Saytın yeni versiyası hazırlanma mərhələsindədir və yaxın aylarda istifadəyə veriləcək.
Azərbaycan mədəniyyət tarixi

«Soyuq müharibə»nin başa çatması və dünya sosializm sisteminin dağılması, keçmiş sovet respublikalarının müstəqil dövlətlər kimi beynəlxalq arenaya çıxması və öz xarici siyasət prioritetlərini özləri təyin etməsi – bütün bunlar mədəniyyət sahəsində beynəlxalq münasibətlərin yeni formada qurulmasına birbaşa təsir göstərdi. Sovet dövründə bütün beynəlxalq mədəni əlaqələrin Moskva tərəfindən müəyyən edilməsinə və tənzimlənməsinə baxmayaraq, özünəməxsusluğu ilə seçilən Azərbaycan incəsənəti beynəlxalq arenaya çıxa bilmiş və bu çıxış öz təcəssümünü Hollandiya, İtaliya, Portuqaliya kimi ölkələrdə Azərbaycan Mədəniyyət Günlərinin keçirilməsində, Azərbaycan Dövlət Opera və Balet Teatrının Fransa və digər ölkələrdə qastrollarında tapmışdır. zərbaycan müstəqillik əldə etdikdən sonra beynəlxalq mədəni əlaqələr yeni xarici siyasətin başlıca alətlərindən birinə çevrildi. Bu siyasətin əsas məqsədləri xarici ölkələrlə qarşılıqlı anlaşma və qarşılıqlı inam münasibətlərini möhkəmləndirməkdən, onlarla bərabərhüquqlu və qarşılıqlı faydalı olan tərəfdaşlığı inkişaf etdirməkdən, ölkəmizin dünyada obyektiv şəkildə tanımasını təmin etməkdən ibarət olmuşdur. Gənc müstəqil dövlətin imicinin formalaşmasında milli mədəniyyət öz təsirliliyi və inandırıcılığı ilə, siyasətdə və iqtisadiyyatda qazanılan nailiyyətlərdən heç də az rol oynamamışdır. Bir çox mədəniyyət sahələrində baş verən demokratikləşmə və desentralizasiya prosesləri beynəlxalq münasibətlərdə də öz əksini tapmışdır. Bir çox xarici ölkələrlə regional və şəhərlər səviyyəsində əlaqələr nəzərə çarpacaq dərəcədə güclənmişdir; ayrı-ayrı kollektivlər və artistlər bu sahədə tam müstəqillik əldə etmişlər. Artıq beynəlxalq əlaqələrin daha da güclənməsini məhdudlaşdıran yeganə amil maliyyə məsələsi olmuşdur. Lakin, sürətlə liberallaşma beynəlxalq mədəni əlaqələr sahəsinə təkcə müsbət deyil, həm də mənfi təsir göstərmişdir. Təəssüflər olsun ki, ayrı-ayrı kollektivlər və artistlər tərəfindən xaricə aparılan mədəniyyət məhsulu heç də həmişə özünün ən yaxşı nümunələri ilə təmsil olunmur. Bu sözləri eyni zamanda qarşılıqlı olaraq xaricdən gətirilən mədəni ixrac məhsulları haqqında da söyləmək olar.

Təbrik edirik

  • Qurbanov Anar
  • Rəhmanova Leyla
Sizi ad günü münasibətilə təbrik edirik

Axtarış

Təqvim

Təqvim üzrə

Abunə

generated 0.1700451374054 seconds