Saytın yeni versiyası hazırlanma mərhələsindədir və yaxın aylarda istifadəyə veriləcək.
Azərbaycan mədəniyyət tarixi

Mədəni həyatda iştirak barədə məlumatlar ölkədə əhalinin yaşayış səviyyəsini, siyasi və iqtisadi vəziyyəti əks etdirən ən vacib göstəricilərdən biridir. Bu məlumatlar mədəniyyətin inkişafının strateji planlaşdırılmasında və büdcənin tərtib edilməsində əhəmiyyətli rol oynayır. Eyni zamanda onu da qeyd etmək lazımdır ki, statistik məlumatlar müntəzəm olaraq toplansa da, mədəniyyət sahəsində sosioloji tədqiqatlar aparılması praktikası hələ kifayət dərəcədə işlənib hazırlanmamışdır. Bu faktı nəzərə alan Mədəniyyət Nazirliyi xüsusi olaraq Milli Məruzə üçün SİAR sosial və marketinq tədqiqatları mərkəzinə «Mədəniyyətdə iştirak» mövzusunda araşdırma sifariş vermişdir. Həmin icmal əsasən mədəniyyət industriyaları – televiziya, kinematoqrafiya, radio, kompüter texnologiyası, qəzet və kitab buraxılışı sahələrindəki mövcud vəziyyəti əks etdirir. Fəsildə Mədəniyyət Nazirliyinin Elmi-Metodiki Mərkəzi tərəfindən təqdim edilən in¬for¬masiyalar nazirliyin mədəniyyət müəssisələrinin məlumatları əsasında ha¬zır¬lanmışdır. Biz burada həmçinin, Mərkəzi Statistika İdarəsinin əsas mədəniyyət mər¬kəz¬lərinə gələnlərin sayının dinamikasını əks etdirən məlumatlarını da daxil etmişik.

Təbrik edirik

  • Əliyeva Fərəh
Sizi ad günü münasibətilə təbrik edirik

Axtarış

Təqvim

Təqvim üzrə

Abunə

generated 0.16992807388306 seconds