Perspektivlər
Muzeylərin gələcək fəaliyyət prioritetləri aşağıdakılardır:
• mərkəzləşdirilmiş kompüter məlumat bazasının yaradılması, İnternet vasitəsilə muzey əşyaları və muzeylərin fəaliyyəti haqqında maksimum informasiya əldə etmək imkanının təmin edilməsi;
• muzey kolleksiyalarının komplektləşdirilməsi işinin gücləndirilməsi;
• muzeylərin tərtibatının keyfiyyətinin müasir tələblərə uyğun olaraq yüksəldilməsi;
• muzey praktikasında yeni texniki vasitələrin tətbiqinin sürətləndirilməsi;
• muzey işçilərinin peşəkarlığının və muzeylərdə xidmət səviyyəsinin yüksəldilməsi;
• muzeylərdə marketinqin inkişaf etdirilməsi;
• əlillərlə işə böyük diqqət yetirilməsi;
• hər vəchlə diqqətin muzey işçilərinin əmək haqlarının artırılması, onların sosial müdafiəsi problemlərinə yönəldilməsi və muzey işçisi peşəsinin nüfuzunun qaldırılması;
• mədəni turizmdə muzeylərin rolunun artırılması;
• yeni iş formaları axtarışı;
• muzeylərdə mühafizə və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi;
• Azərbaycan muzeyləri arasında əlaqələri möhkəmləndirmək məqsədilə İKOM-un milli komitəsi nəzdində muzeylərarası şuranın yaradılması (Azərbaycan Muzeyləri İttifaqı).
Muzeylərin ölkənin bütün mədəni irs spektrinə istiqamətlənməsi və kollektiv təcrübənin muzey ekspozisiyaları sistemi vasitəsilə yayılması əhalinin sosial fəallığını, onların sosial əhəmiyyətli problemlərin həllinə diqqətini artırır və Azərbaycanın adekvat imicinin yaranmasına kömək edir.