Saytın yeni versiyası hazırlanma mərhələsindədir və yaxın aylarda istifadəyə veriləcək.
Azərbaycan mədəniyyət tarixi

Azərbaycanın mədəniyyət siyasətinin qiymətləndirilməsinə bu ölkə Avropa Şurasına üzv olan kimi, onun Mədəniyət Nazirliyinin sorğusundan sonra başlanılmışdır. Bu proses Avropa Şurasının Mədəniyyət Siyasəti və Fəaliyyəti Departamentinin təşəbbüsü ilə üç Qafqaz ölkəsi – Azərbaycan, Ermənistan və Gürcüstan üçün hazırlanan STEYC layihəsinin tərkib hissəsidir. Artıq təşəkkül tapmış ənənəyə uyğun olaraq, Milli Məruzə ölkə tərəfindən tezis şəklində hazırlanır, bundan sonra isə Avropa Şurası tərəfindən milli mədəniyyət siyasətinin icmalı üçün yaradılan müstəqil ekspertlər qrupunun ölkəyə səfərləri başlanır. Milli mədəniyyət siyasətinin icmalı üçün məsul olan ekspertlər qrupu üçün hər biri bir həftəlik iki səfər təşkil olunmuşdur: bu səfərlərin birincisi 2001-ci ilin may ayında, ikincisi isə əvvəlcə həmin ilin oktyabr ayı üçün planlaşdırılsa da, regiondakı siyasi gərginliklər ucbatından təxirə salınaraq, 2002-ci il yanvar ayının axırlarında gerçəkləşmişdir. Yaxın ərazilərə qısa səfərlər istisna edilməklə, Bakı şəhərini əhatə edən birinci səfər zamanı ekspertlər komandası əsasən Mədəniyyət Nazirliyinin rəsmi şəxsləri, KİV, QHT və azlıqların nümayəndələri ilə görüşmüş, habelə Milli Muzeydə, Milli Kitabxanada, Rəsm Qalereyasında, Soros Fondunda, Avrasiya Fondunda olmuş və söhbətlər aparmışdır. İkinci səfər nazirlikdə danışıqların ikinci raundu ilə yanaşı, Qobustan, Quba və Şəkiyə səfərlərdən, Ağdaşda qısamüddətli dayanacaqdan, müvafiq muzey, tarixi abidə və teatrları ziyarətdən, yerli hakimiyyət orqanları, mədəniyyəti idarə edən şəxslər və artistlərlə görüşlərdən ibarət olmuşdur. Müstəqil ekspertlərin ölkəyə səfərlərindən əvvəl mədəniyyət siyasəti icmalının ilkin və ənənəvi informasiya mənbəyi, adətən artıq bu prosesdən keçmiş digər ölkələrdə olduğu kimi, milli komanda tərəfindən hazırlanan Milli Məruzə olur; bu komanda Mədəniyyət Nazirliyinin və yaxud müstəqil təsisatların nəzdində yaradılır və hökumətdən texniki, təşkilati, maliyyə yardımı alır. Bu məruzələr, həmçinin mədəniyyət təşkilatları, mədəniyyət xa¬dim¬ləri, artistlər, qeyri-hökumət təşkilatları ilə geniş məsləhət¬ləş¬mələrin, habelə sosioloji araşdırma və tədqiqatların nəticəsi kimi meydana çıxır. Ekspertlər qrupunun da yaxşı anladığı məlum səbəblərə görə (ölkənin Avropa Şurasına qəbul olunmasından və bunun ardınca dərhal mədəniyyət siyasətinin qiymətləndirilməsi barədə sorğu verilməsindən sonra xeyli az müddət keçməsi, habelə informasiyanın toplanması, onun etibarlı məlumat bazalarında saxlanması ilə bağlı çətinliklərin möv¬cudluğu), Azərbaycanda əvvəllər belə bir məruzə mövcud olmamışdır. Nazirliyin milli ekspert komandası tədricən Milli Məruzəni hazırlamağa başladı və buna paralel olaraq müstəqil ekspertlər də öz tədqiqatlarını apardılar. Ekspertlər qrupu yalnız bircə ilkin informasiyaya – «Avropada mədəniyyət siyasətləri: Əsas fakt və tendensiyaların kompendiumu»ndakı (Avropa Şurası/ERİKarts: Kompendium 2000) məlumatlara malik idi. Bu informasiya ölkəyə iki səfər zamanı və sonrakı aylarda Mədəniyyət Nazirliyi ilə danışıqlar əsasında yeniləşdirildi və ona yeni fəsillər əlavə edildi. Etiraf edirik ki, Milli Məruzənin hazırlanması ölkədə mədəniyyət siyasətinin həyata keçirilməsi strategiyasında ilk mühüm addımdır. Ekspertlərin icmalı ilə yanaşı o, ölkə gerçəklərinin hərtərəfli mənzərəsini, habelə mədəniyyət siyasətinin gələcək tendensiyalarını özündə əks etdirir və gələcək milli müzakirələr, orta və uzunmüddətli strateji qərarların qəbul edilməsi üçün açıqdır. Ekspertlər komandası bu qərar münasibətilə Azərbaycan Mədə¬niy¬yət Nazirli¬yini təbrik edir və Milli Məruzənin yazılması zama¬nı görülən böyük həcmli işə görə ona təşəkkür edir. Biz Mədəniyyət Naziri cənab Polad Bülbüloğluna, onun islahat¬lara yönəlik dinamik rəhbərliyinin Azərbaycan mədəniyyətinin inkişafı üçün son dərəcə vacib əhəmiyyət daşımasına və ekspertlərin ölkəyə səfərləri zamanı onlara hər cür tərifəlayiq diqqət və qayğı göstərdiyinə görə xüsusilə minnətdarıq. Mədəniyyət Nazirinin müavini Sevda xanım Məmmədəliyevaya, Mədəniyyət siyasəti şöbəsinin rəhbəri Nigar xanım Axundovaya və məruzənin hazırlanmasında iştirak edən bütün milli komanda üzvlərinə də islahatların həyata keçirilməsində göstərdikləri iradəyə, onların ağır və qiymətli əməyinə, bizim daimi həm¬söhbətlərimiz olduqlarına, həmçinin Azərbaycan mədəniyyəti və ölkənin üzləşdiyi çətinlikləri bütün cəhətlərilə və kompleks şəkildə anlamaq üçün, çox təəssüflər olsun ki, hədsiz dərəcədə qısa olan iki səfərin təşkilinə görə öz səmimi minnətdarlığımızı ifadə etmək istərdik. Biz, həmçinin bu ölkəyə hər iki səfərimiz zamanı görüşdüyümüz və müzakirələr apardığımız bütün həmsöhbətlərimizə, verdikləri informasiyalara və bizə göstərdikləri hüsn-rəğbətə görə təşəkkür edirik. Onların siyahısı əlavə 1-də təqdim olunur. Avropa Şurasının Mədəniyyət Siyasəti və Fəaliyyəti Departamen¬tinin başçısı xanım Vera Boltoya, problemin perspektivli və aydın təfsirinə görə, STEYC layihəsinin əlaqələndiricisi xanım Dorina Bodeaya əməyinə və proqramın tərifəlayiq təşkilinə görə təşəkkürümüzü bildirir, onları təbrik edirik.

Təbrik edirik

  • Əliyeva Fərəh
Sizi ad günü münasibətilə təbrik edirik

Axtarış

Təqvim

Təqvim üzrə

Abunə

generated 0.17399597167969 seconds