Saytın yeni versiyası hazırlanma mərhələsindədir və yaxın aylarda istifadəyə veriləcək.
Xəbərlər

Mədəniyyət

Uşaq kitabxanalarının Veb-saytlarının sayı artır

09.07.10 | Samir Abbasov

Uşaq kitabxanalarının Veb-saytlarının sayı artır «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın icrasını təmin etmək məqsədi ilə Sumqayıt şəhər Uşaq Kitabxanasının Veb-saytı yaradılmış və oxucuların istifadəsinə verilmişdir (http://www.sum-child.az).
Sumqayıt şəhər Uşaq Kitabxanasının saytında kitabxana haqqında, habelə kitabxananın fondunda olan yeni və maraqlı kitabların elektron variantı oxuculara təqdim edilir. Veb-saytda ilk dəfə olaraq oxucuların kitabxana haqqında fikirlər, hər il keçirilən ənənəvi Kitab bayramı haqqında məlumat verilmişdir.
Sumqayıt şəhər Uşaq Kitabxanasının saytında eyni zamanda gənclər şəhəri Sumqayıt haqqında ətraflı informasiya verilmişdir. Saytda ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinə 16 dəfə səfər etməsi və bu səfərlər haqqında məlumat, fotoşəkillər  əks olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2010-cu ilin “Ekologiya ili” elan olunması ilə əlaqədar Veb-saytda “Ekologiya” bölməsi yaradılmışdır. Bu bölmədə ekologiya haqqında məlumat, ekologiya sahəsinə dair rəsm müsabiqəsinin qaliblərinin çəkdikləri rəsmlər, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin ekologiya, təbiət haqqında kəlamları verilmişdir.
Saytda erməni şovinistləri tərəfindən 1988-ci ildə xüsusi hazırlanmış və Sumqayıtın 40 illik tarixinin ən acı səhifəsi olan “Sumqayıt hadisələri” linkində məlumat və elektron kitablar oxuculara təqdim edilir.
Azərbaycan   Respublikası   Prezidentinin   Sərəncamı ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasında  kitabxana-informasiya  sahəsinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramı”nın Tədbirlər  planının  2.2.10.  bəndinin  icrası məqsədi ilə şəhər Uşaq kitabxanasında yaradılan Uşaq  Hüququ-İnformasiya Mərkəzi haqqında, habelə yol hərəkəti qaydaları ilk dəfə olaraq bu saytda məlumatlar verilmişdir.
Dost saytlarımız linkində isə respublikada Veb-saytları olan kitabxanaların siyahısı verilmişdir. Siyahıda verilən kitabxanaların saytlarına birbaşa daxil olmaq mümkündür.

Təbrik edirik

  • Qurbanov Anar
  • Rəhmanova Leyla
Sizi ad günü münasibətilə təbrik edirik

Axtarış

Təqvim

Təqvim üzrə

Xəbərlərdə axtarış

Abunə

generated 0.16576600074768 seconds