Saytın yeni versiyası hazırlanma mərhələsindədir və yaxın aylarda istifadəyə veriləcək.
Xəbərlər

Mədəniyyət

Koroğlu Operası İstanbulda

20.07.10 | Günay Qurbanova

Koroğlu Operası İstanbulda 2-23 iyul 2010-cu il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində İstanbulun 2010-cu il üçün Avropa Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar hazırlanmış Tədbirlər Planı çərçivəsində 1-ci Beynəlxalq İstanbul Opera Festivalı keçirilir. TÜRKSOY Baş Katibliyinin hazırlamış olduğu və 23 iyul 2010-cu il tarixdə Haliç-Konqres Mərkəzində səhnələnəcək “Koroğlu” operası ilə festival başa çatacaqdır. İlk dəfə olaraq təşkil olunan Beynəlxalq İstanbul Opera Festivalının əsas özəlliyi türk xalqlarının mədəniyyət və yaşamını özündə əks etdirməsidir.
Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin bu əsəri üslubunun zənginliyi və sadəliyi ilə hər zaman izləyiciləri heyran etmişdir. TÜRKSOY Baş Katibliyi bu əsərin türk dünyasının tanınmış sənətkarları ilə birlikdə yenidən səhnələşdirilməsi məqsədilə 2009-cu ildən müvafiq işlərə başlamışdır.
Beynəlxalq Koroğlu Operası layihəsi TÜRKSOY-a üzv olan 6 ölkədən (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstan) 250 sənətçinin iştirakı ilə keçən il Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində böyük uğurla səhnələnmişdir.
Bu il türk dilində səsləndiriləcək Koroğlu operası Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər türk ölkələrinin sənətçilərinin iştirakı ilə səhnələşdiriləcəkdir.
Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru; Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti; Azərbaycan Dövlət Xor Kapellasının artistləri və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tədbirdə Azərbaycan Respublikasını təmsil edəcəklər.

Təbrik edirik

  • Qurbanov Anar
  • Rəhmanova Leyla
Sizi ad günü münasibətilə təbrik edirik

Axtarış

Təqvim

Təqvim üzrə

Xəbərlərdə axtarış

Abunə

generated 0.17254090309143 seconds