“Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda  Respublika məqalə müsabiqəsi elan olunur

“Azərbaycanda davamlı turizm məhsulları” mövzusunda Respublika məqalə müsabiqəsi elan olunur

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən məqalə müsabiqəsi dövlətin turizm siyasəti sahəsində gördüyü işlərin cəmiyyətdə daha geniş təbliği, davamlı turizm sahəsi üzrə aktual mövzuların ictimaiyyətin diqqətinə çatdırılması, həmin mövzularda tədqiqat işlərinin aparılmasına mütəxəssislərin cəlb olunması, elmi tədqiqatların nəticələrinin təqdim edilməsi, habelə “Beynəlxalq davamlı turizm ili”nin elan olunmasına diqqətin artırılması məqsədilə təşkil olunur. Bununla əlaqədar Azərbaycan Turizm və Menecment Universitetində Təşkilat komitəsi yaradılmış və müsabiqənin keçirilməsi ilə bağlı qaydalar təsdiq edilmişdir.

 

Müsabiqədə aşağıdakı istiqamətlərdə təqdim edilmiş məqalələrə üstünlük verilir:

-hərtərəfli və dayanıqlı iqtisadi inkişaf;

-sosial cəlbedicilik, məşğulluq və yoxsulluğun azaldılması;

-təbii ehtiyatlardan səmərəli istifadə, ətraf mühitin mühafizəsi və iqlim  dəyişikliyi;

-mədəni dəyərlər, müxtəliflik və irs;

-qarşılıqlı anlaşma, sülh və təhlükəsizlik məsələlərində turizmin rolu.

 

Müvafiq qaydalara uyğun hazırlanmış məqalələr Təşkilat komitəsinə 2017-ci ilin 10 mart tarixindən 7 sentyabr tarixinə qədər iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Turizm və Menecment Universitetinə şəxsən təqdim olunmalıdır.

 

Tələb olunan sənədlər:

 

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. İştirakçının anket forması

 

Əlaqə məlumatları:

AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi 822/23

Azərbaycan Turizm və Menecment Universiteti

Tel: (+994 12) 564 42 33 (daxili 126); 

Fax: (+994 12) 564 42 34, 

E-mail: info@atmu.edu.az, q.mammadova@atmu.edu.az

Əlavə məlumat üçün: www.atmu.edu.az

Əlaqələndirici şəxs: Qahirə Məmmədova


799

10.03.2017

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bir sira görkəmli elm, mədəniyyət və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə büstlərin və ya heykəllərin eskiz-layihələrinin hazırlanması üçün heykəltəraşlar arasında açıq müsabiqə elan edir

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın görkəmli elm, mədəniyyət və incəsənət ...


03.03.2017

Davamı...

Milli Turizm Təbliğat Bürosunun loqosunun yaradılması ilə bağlı müsabiqə elan edilir

Azərbaycanda turizm sənayesinin sürətli inkişafını təmin etmək məqsədilə 6 dekabr 2016-cı il ...


02.03.2017

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi uşaq və gənclər arasında vokal və estrada oxuma üzrə respublika müsabiqəsini elan edir

Respublikada vokal və estrada oxuma sənətinin inkişaf etdirilməsi, gənc istedadların aşkara çıxarılması, onların ifaçılıq ...


23.02.2017

Davamı...

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Uşaq Xor Kollektivlərinin IX Respublika müsabiqəsini" elan edir

Respublikada zəngin xor mədəniyyətinin qorunub saxlanılması və inkişaf etdirilməsi, uşaq musiqi və incəsənət məktəblərində ...


23.02.2017

Davamı...

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi "Gənc pianoçuların III Respublika Müsabiqəsini" elan edir

Respublikada fortepiano ifaçılığı sənətinin inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması, onların peşəkar ifaçılıq səviyyələrinin ...


23.02.2017

Davamı...

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-cı il üçün müsabiqə elan edir

            Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə ...


01.02.2017

Davamı...

“Gəncliyin səsi” festivalı keçiriləcək

2017-ci ilin 2 fevral – 6 fevral tarixində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “2 ...


30.01.2017

Davamı...

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu ...


23.01.2017

Davamı...

“Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” II Respublika festivalı keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ...


05.01.2017

Davamı...

1 2 3 4 ...

FAYDALI KEÇİDLƏR