Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
737

Növbəti Bakı Şopinq Festivalı bayramı başladı!

Endirimlər, hədiyyələr, lotereya oyunları və daha nələr sizləri gözləyir

15 oktyabrdan etibarən paytaxtımızda uzun müddətdir hazırlıqları gedən II Bakı Şopinq Festivalı start götürür. Bu dəfəki Şopinq Festival birincidən çox fərqli və daha yeni imkanlar vəd edir. Noyabrın 15-dək davam edəcək festivala 500-dən artıq ticarət obyekti qoşulacaq. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyətinin ƏDV qaytarılması sisteminə qoşulması, turistlər və yerli alıcılar üçün böyük fürsətlər yaradır.  

Bakı Şopinq Festivalının rəsmi tərəfdaşları Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət) və AzərTürkBankdır.

Yeniliklərdən biri də budur ki, bu dəfə Bakı Şopinq Festivalında iki supermarket - “Bravo” hipermarketi və “Neptun” supermarketi də iştirak edəcək. Bundan başqa, bir sıra apteklər də festivala qoşulublar.

 Bakı Şopinq Festivalının təşkilatçıları turistlər üçün xüsusi paketlər  hazırlayaraq müvafiq turizm agentliklərinə təqdim edəcək. Bu paketlərə aviabilet, transfer, sığorta, 3 gecə oteldə qalma, festival mağazalarına şopinq turların təşkili daxildir.

Festival iştirakçılarını hədiyyə kartları, xüsusi uduşlu lotereyalar və endirim kuponları, bir çox sürprizlər və əyləncəli tədbirlər də gözləyir. Həmçinin, həvəsləndirici tədbir olaraq, turistlər və alıcılar üçün Park Bulvar Mall-da isə “Şopomania”  oyunu, 28 Mall və Gənclik Mall  ticarət mərkəzlərində interaktiv oyunlardan ibarət Uğurlu Çarx əyləncə proqramı təşkil olunacaq. Fəvvarələr meydanında isə fan zona fəaliyyət göstərəcək.

 “Festival Sürprizləri”: Lotereyada oyna və hədiyyə qazan!

Festival müddətində həyata keçiriləcək poz-qazan formatında hazırlanmış Ani Stimullaşdırıcı Lotereyalar zamanı müştəri digər iştirakçıları gözləmədən qazanmaq şansı əldə edir. Festival dövründə Bakı Şopinq Festivalı iştirakçısı olan istənilən mağazadan bir dəfəyə 100 AZN və daha çox alış-veriş edən hər bir kəs lotereya iştirakçısı ola bilər. Festival zamanı  100 – 500 AZN-lik alış-veriş edənlər 1 bilet, 500 AZN və daha çox alış-veriş  edənlər isə 2 bilet əldə edə biləcəklər.

Tax Free nədir və kimlərə şamil olunur?

Bütün dünyada geniş yayılan tax free - xarici vətəndaşlar tərəfindən alınmış və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılmasıdır.

Azərbaycanda da son illərdə alınan malların ƏDV-si turistlərə geri qaytarılır. Onlar Tax Free loqosu olan mağazalarda alınan mallara görə ödədiyi ƏDV məbləğini ölkəni tərk edərkən hava limanında geri ala bilirlər.

Bu ildən başlayaraq, paytaxtımızda təşkil edilən Bakı Şopinq Festivalı sayəsində ölkəmizdə Tax Free anlayışı xarici ölkələrlə müqayisədə daha cəlbedici olub. Belə ki, digər ölkələrdə Tax Free yalnız xarici turistlərə şamil edilirsə, Azərbaycanda bu sistemdən yerli əhali də yararlana bilir. Azərbaycan vətəndaşları da aldıqları mallara görə ödədikləri ƏDV-nin bir qismini geri ala bilirlər.

Bundan başqa, şopinqin inkişafı məqsədilə, ölkəmizdə “Tax-Free” üçün minimal alış məbləği də aşağı endirilib. Yəni, başqa vaxtlarda yalnız xarici vətəndaşlar üçün təqdim olunmuş Tax Free üçün minimum 300 AZN həddindədirsə Bakı Şopinq Festivalı dövründə həm turistlərin, həm də yerli vətəndaşların 100 AZN-dən yuxarı alış-verişlərinə tətbiq edilir. Bu isə o deməkdir ki, bir mağazadan toplam məbləği 100 AZN-dən yuxarı olan alış-verişlərin müəyyən hissəsi alıcıya qaytarılır. Alış zamanı satıcı alıcıya elektron vergi hesab fakturası təqdim edir. Alıcı ƏDV köşkünə yaxınlaşır və həmin fakturanı təsdiqlədir. ƏDV köşklərinin ünvanını festivalın saytındakı http://bakushopfest.com/edv-koshkleri/ keçidindən əldə edə  bilərsiniz.

Fakturanı ƏDV köşkündə tədiqlətdiyi gün ƏDV məbləği fesivalın müvəkkil bankında alıcıya qaytarılır. ƏDV qaytarılması kampaniyası yalnız qeydiyyatdan keçmiş festival mağazalarından alınan mallara aid edilir. Müvəkkil bankların siyahısı ilə festivalında saytında  olan http://bakushopfest.com/muvekkil-banklar/ keçidindən tanış  ola  bilərsiniz.

Bakı Şopinq Festivalı zamanı hansı mağazalardan alış-veriş zamanı ƏDV-nin gismini geri ala biləcəyinizi öyrənmək üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

 http://bakushopfest.com/our-stores/

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı ilk dəfə bu il aprelin 10-dan mayın 10-dək keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli "Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamına əsasən keçirilən Festivalın təşkili Mədəniyyət və Turizm Nazirliyinə həvalə olunub və  nazirliyin nəzdində olan Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir. Bakı Şopinq Festivalının təşkil olunması ölkə başçısının 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə də öz əksini tapmışdır.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BSF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: 

Telefon: 0124982063

E-mail: media@bakushopfest.com
Web: www.bakushopfest.com

Media müraciət üçün: http://bakushopfest.com/for-media-inquiries/

 

XƏBƏRLƏR

23.01.2018 18:04
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək
23.01.2018 17:09
Milli İncəsənət muzeyində Tvinninq layihəsi tərəfindən “İtaliyada mədəniyyətin planlaşdırılmasında mövcud təşəbbüslərə dair nümunələr” mövzusunda təlim keçirilmişdir
23.01.2018 14:31
İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açılıb
23.01.2018 12:48
İrəvan teatrında “Ömür qatarı” tamaşasının premyerası olub
23.01.2018 12:31
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinə həsr olunmuş rəsm sərgisi və inşa yazı müsabiqəsi
22.01.2018 17:21
Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
22.01.2018 16:30
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirilib
22.01.2018 14:13
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar filmlər nümayiş olunub
22.01.2018 12:02
Respublikamızın şəhər (rayon) Mədəniyyət Mərkəzlərində “20 Yanvar - xalqımızın qan yaddaşı unudulmur” silsilə tədbirləri təşkil edilmişdir
22.01.2018 11:25
Azərbaycan filmi Brüsseldə beynəlxalq festivalda nümayiş olunub
20.01.2018 15:54
Nazir Əbülfəs Qarayevin Portuqaliyaya səfəri davam edir
19.01.2018 17:56
Turizm və Menecment Universitetində “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib
19.01.2018 17:55
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib
19.01.2018 17:51
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2018 17:50
20 Yanvar faciəsinin ildönümü münasibəti ilə Milli İncəsənət Muzeyində tədbirlər
19.01.2018 15:59
Özbəkistanda 20 yanvar şəhidləri anıldı
19.01.2018 15:56
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Bilik yarışı keçirilib
19.01.2018 15:53
Milanın La Skala səhnəsindən unudulmaz təəssürat
19.01.2018 15:53
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir
19.01.2018 15:50
Sabirabad rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
19.01.2018 12:25
EHTTA-nın İcraiyyə Şurasında Nazirlik təmsil olunur
19.01.2018 00:00
ADGTT-da 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib
18.01.2018 17:50
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
18.01.2018 16:54
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
18.01.2018 16:43
Musiqili Teatrının yanvar ayının son həftəsi üçün repertuarı
18.01.2018 16:35
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçirildi