Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1120

Bakı Şopinq Festivalının nəticələrinə həsr olunan mətbuat konfransı keçirildi

Aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq Ticarət festivalı (Baku Shopping Festival) təşkil olundu. Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən keçirilən festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu idi.

Mayın 24-də “Bulvar Hotel”də Şopinq festivalının nəticələrinə həsr olunan mətbuat konfransı keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şopinq festivalı haqqında məlumat verdi. Bildirdi ki, dünyada əsasən xarici turistlər üçün nəzərdə tutulan ticarət festivalları məhz ilk dəfə Azərbaycanda yerli vətəndaşları da əhatə etdi: “Ölkəmizdə ilk dəfə təşkil olunan Ticarət festivalına həm yerli sakinlərin, həm də şəhərimizin qonaqlarının marağı yüksək olub. Bu festivaldan daha çox yerli vətəndaşlar yararlanıb. Əldə olunan nəticələrə görə deyə bilərik ki, festival kifayət qədər müsbət nəticələrlə yadda qaldı. Festivalın keçirilməsi ilk növbədə iqtisadi amillərlə bağlıdır. Qısa müddətdə hazırlanan festival müvafiq dövlət orqanlarının səyləri nəticəsində yüksək səviyyədə baş tutdu. Biz ehtimal edirik ki, bu ilin sonuna qədər ikinci festivalın da keçirilməsi nəticəsində büdcəyə 40-50 milyon vəsaitn daxil olacaq”.

Nazir daha sonra Şopinq festivalının nəticələri haqqında məlumat verdi. Bildirdi ki, bu cür festivallar ölkəmizdə ənənəvi olaraq keçiriləcək. Ölkəmizin turizm sənayesinin inkişafı istiqamətində atılan digər addımlarla yanaşı, Şopinq festivalı da bu sahəyə öz töhfəsini verəcək: “Apardığımız rəy sorğularına görə Bakı Şopinq Festivalında iştirak edənlərin 98 faizi festivaldan məmnun qaldıqlarını bildiriblər. Ümumən festivalın keçirilməsinə cəmi 700 min manat xərclənib. Ümumi büdcə 1 milyon manatı keçməyib. Dövlət büdcəsinə isə 5,6 milyon manat vəsait daxil olub”.

Qeyd olundu ki, aprel ayı ərzində ölkəmizə 187 min 577 turist gəlib. 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz artım var. Mayın ilk on günündə isə Azərbaycana 70 min 776 turist gəlib və 15 hədəf ölkə üzrə keçən ilin müvafiq dövrünə nisbətən 32 faiz artım olub.

Nazir festivalın tanıtım tədbirlərinin də uğurla həyata keçirildiyini dedi: “Sevindirici haldır ki, ölkəmizdə gerçəkləşən festival beynəlxalq və yerli medianın geniş müzakirə mövzusuna çevrilib. Bakı Şopinq Festivalının marketinqi, dünya mediasında işıqlandırılması və təbliğatı sahəsində də mühüm işlər görülüb. Belə ki, ölkəmiz də daxil olmaqla, ümumilikdə 54 ölkədə TV, radio, onlayn media, sosial şəbəkələr və internet televiziyası vasitəsilə festival haqqında məlumatlar yayılıb. Xüsusi olaraq sosial şəbəkələrdə festival barədə informasiyaları milyonlarla insan izləyib. Bunlardan daha çoxu Rusiya, Səudiyyə Ərəbistanı, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə qeydə alınıb”.

Bildirildi ki, festival çərçivəsində bir sıra mədəni tədbirlər təşkil olunub: “Bir ay müddətində şou-proqramlar, əyləncəli tədbirlər keçirilib. Həmçinin paytaxtın Sabir bağında Mədəniyyət və Turizm Nazirliyinin Milli Turizm Təbliğat Bürosu tərəfindən mədəni tədbirlər təşkil edilib. İlk dəfə keçirdiyimiz bu festival özünəməxsus yeniliklər, maraqlı mədəni tədbirlər və sürprizlərlə zəngin idi. Azərbaycanın zəngin mədəniyyətini, turizm imkanlarını, eləcə də ticarət potensialını əks etdirən festival ilk gündən ziyarətçilərin və iştirakçıların böyük axınına səbəb oldu. Festival çərçivəsində ticarət mərkəzlərinin ərazisində, İçərişəhərdə, Sabir bağında və şəhərimizin digər görkəmli yerlərində təşkil edilmiş müxtəlif tədbirlərdə 200 minədək ziyarətçi iştirak edib”.

Nazir sonda Bakı Şopinq Festivalının təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. Onu da əlavə etdi ki, növbəti Şopinq festivalı üçün hazırlıqlara başlanacaq.

Vergilər nazirinin müavini Sahib Ələkbərov festivalın əhəmiyyətindən danışaraq qeyd etdi ki, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi yolu ilə həyata keçirilən bu əhəmiyyətli layihə ilk dəfədən ölkəmizdə turizmin inkişafı, ticarətin, habelə pərakəndə satışın genişlənməsi baxımından uğurlu olub. Festivalın yerli sahibkarlığın inkişafı sarıdan effektiv olduğunu söyləyən Sahib Ələkbərov qeyd etdi ki, festival çərçivəsində vətəndaşlarımızın da xarici turistlərə şamil olunan ƏDV-nin qaytarılması sistemindən yararlanmasına şərait yaradılıb.

Diqqətə çatdırıldı ki, Festival müddətində 205 mağaza iştirakçı kimi qeydiyyatdan keçib və onlardan 172-si ƏDV qaytarmaq proqramına qoşulub. “Tax Free” sistemi üzrə 23 min 242 ədəd hesab faktura verilib. Təsdiqlənmiş fakturalar üzrə ümumi dövriyyə 18 milyon 167 min 892 manat olub və banklar alıcılara 1 milyon 800 min manat məbləğində ƏDV qaytarıb. Festival aylığı ərzində alıcılar 30-70 faiz arası endirimlərdən və satış kompaniyalarından faydalanıblar. Festival iştirakçılarından əldə edilmiş məlumatlara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin aprelində premium geyim və aksesuar mağazalarında 15 faizədək, kütləvi geyim brendlərinin satışını həyata keçirən mağazalarda 46 faizədək, elektronika və məişət avadanlıqlarının satışını həyata keçirən mağazalarda isə 200 faizədək satış həcminin artması qeydə alınıb.

Sonra Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova və Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova çıxış edərək festivalın əhəmiyyətindən, festival çərçivəsində görülən işlərdən danışdılar. Bildirildi ki, unikallığı ilə seçilən Bakı Şopinq Festivalı gələcəkdə bazarı uyğun məsullarla təmin etməklə yanaşı, alıcıların tələbatının və şopinq vərdişlərinin nəzərə alınmasını da planlaşdırır.

Qeyd edək ki, 1 ay müddətində ƏDV-nin qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival - Tax Free” stikeri yerləşdirilmişdi. ƏDV-lərin qaytarılması üçün Vergilər Nazirliyi ilə birlikdə 6 alış-veriş mərkəzində xüsusi köşklər fəaliyyət göstərib. Festival günlərində 100 manat və daha çox alış-veriş edən hər bir əcnəbi və ya Azərbaycan vətəndaşları aldıqları malın ƏDV-sini (18 faiz - müvafiq xidmət rüsumu çıxılmaqla) geri almaq imkanı əldə etdilər.

XƏBƏRLƏR

20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi
20.04.2018 17:40
Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib
20.04.2018 17:27
Şəmkir hərbi birliyinin hərbi şəhərciyində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir
19.04.2018 17:52
Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”
18.04.2018 12:07
Sumqayıtda Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirilib
18.04.2018 12:06
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir
17.04.2018 18:59
Xalq Artisti Lütfiyar İmanovun xatirəsi anılıb
17.04.2018 17:51
Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
17.04.2018 17:43
Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar