Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2057

Bakı Şopinq Festivalına görə bir qrup şəxs mükafatlandırıldı

Mayın 24-də “Bulvar Hotel”də Bakı Şopinq Festivalının keçirilməsində əməyi olan bir qrup şəxsin mükafatlandırılma mərasimi keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şopinq Festivalının təşkil olunması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən ilk festival uğurlu nəticələrlə yadda qaldı: “Bakı Şopinq Festivalının təşkil olunmasına cəlb edilmiş bütün dövlət qurumları birgə çalışaraq bu festivalın işinə öz töhfəsini verdi. Qısa müddətdə təşkil olunmasına baxmayaraq festival uğurlu nəticələrlə yekunlaşdı. 1 ay müddətində Bakının əsas ticarət mərkəzlərinin, mağazalarının qoşulduğu bu festivaldan turistlərlə yanaşı, yerli sakinlər də geniş yararlana bildilər”.

Nazir qeyd etdi ki, Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsi üçün Turizm Şurası yaradılıb. Şuranın həyata keçirdiyi ilk iş də məhz Bakı Şopinq Festivalı oldu.

Nazir festivalın təbliğ olunmasında yerli kütləvi informasiya vasitələrinin də böyük rolu olduğunu diqqətə çatdırdı.

Vurğulandı ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan Bakı Şopinq Festivalı paytaxtımızın böyük turizm mərkəzinə çevrilməsində mühüm rol oynayacaq. Növbəti festivala 500-dək ticarət obyektinin qoşulması, “Tax Free” sisteminin tətbiq olunması müddətinin artırılması da nəzərdə tutulur. İkinci festivalın vaxtı, proqramı yaxın günlərdə elan olunacaq.

Daha sonra Şopinq festivalının keçirilməsində əməyi olan bir qrup şəxsə mükafatlar təqdim olundu. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Türkan Cəfərova, Turizm şöbəsinin əməkdaşı Günel Aslanova, Azərbaycan Konqreslər Bürosunun direktoru Ülviyyə Mirqasımova, Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad Nağıyev “Fəxri turizm işçisi”, İncəsənət şöbəsinin əməkdaşı Mənzərxanım Nurəliyeva “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olundular.

Bir qrup şəxsə isə nazirliyin fəxri fərmanı təqdim olundu.

XƏBƏRLƏR

20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi
20.04.2018 17:40
Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib
20.04.2018 17:27
Şəmkir hərbi birliyinin hərbi şəhərciyində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir
19.04.2018 17:52
Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”
18.04.2018 12:07
Sumqayıtda Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirilib
18.04.2018 12:06
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir
17.04.2018 18:59
Xalq Artisti Lütfiyar İmanovun xatirəsi anılıb
17.04.2018 17:51
Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
17.04.2018 17:43
Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar