Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-ci il üçün Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 3-cü bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 1 mart 2017-ci il tarixinədək Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan etmişdir.
Müsabiqə Komissiyasına təqdim olunmuş 60 tədbir layihəsi təhlil edilərək aşağıda qeyd olunan layihələr qalib seçilmişdir:
- “Yeniliyə Doğru” gənclər fondunun “Masaüstü intellektual oyunlar üzrə bələdçilərin (animatorların) hazırlanması” layihəsi
- “Azərbaycan İnkişaf Mərkəzi“ ictimai birliyinin “Zəngin mədəniyyətimiz milli sərvətimizdir!” layihəsi
- “Qəbələ-sağlam mühit” ictimai birliyinin “Şəki-Zaqatala regionu üzrə ekoturizmin inkişafı məsələləri” layihəsi