"QARA QARAYEV – 100"
PROFESSOR TƏRLAN SEYİDOVUN MÜƏLLİF LAYİHƏSİ:
"PİANOÇULARIN V RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ"
BMA, 4 – 11 aprel 2018-ci il
Təsisçilər:
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası
Ə S A S N A M Ə
1. Qara Qarayevin 100 illiyinə həsr olunmuş pianoçuların “Təhlil və ifa edir gənc musiqiçilər adlı V Respublika elmi-ifaçılıq müsabiqəsi gənc musiqiçılər üçün keçirilir. Müsabiqə çərçivəsində "Fortepiano, kamera-instrumental və vokal musiqisi Qara Qarayev yaradıcılığında" mövzusu üzrə Respublika elmi-ifaçılıq konfransı keçiriləcək.
2. Bütün iştirakçılar göndərilmiş məruzələr əsasında seçiləcəklər.
ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNİN MƏQSƏDLƏRİ
1. Qara Qarayev yaradıcılığının dərin öyrənilməsi vasitəsilə təbliği.
2. Musiqinin məzmununun əhəmiyyətinin başa düşülməsi.
3. Təcrübənin ifaçılıq nəzəriyyəsi ilə əlaqələndirilməsi.
4. Müəllimlərin professional biliklərinin təkmilləşməsi.
5. Müasir musiqi mədəniyyəti tələblərinə cavab verən professional musiqiçilərin hərtərəfli inkişafının təmin edilməsi.
MÜSABİQƏNİN ŞƏRTLƏRİ
1. Müsabiqənin hər bir iştirakçısı ifa edilən əsərlərdən hər hansı birinə dair məruzə etməli, digər əsərlərə isə annotasiya (qısa məlumat) yazmalıdır, ikinci mərhələdə isə əsərlərin konsert ifası ilə çıxış etməlidir.
2. Müsabiqənin birinci və ikinci mərhələlərinin hər birində çıxış üçün ayrılan reqlament 8 – 15 dəqiqədir.
3. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilir. Qaliblər “Təhlil və ifa edir gənc musiqiçilər" V Respublika elmi-ifaçılıq müsabiqəsi laureatı” adına layiq görülür. Diplom alan şəxslərə isə "Təhlil və ifa edir gənc musiqiçilər" V Respublika elmi-ifaçılıq müsabiqəsi diplomantı” adı verilir.
4. Münsiflər heyətinin qərarı həlledicidir: burada nə şikayət vermə, nə də təkrar müzakirə ola bilməz.
5. Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında yekun konsertdə iştirak edəcəklər.
MÜSABİQƏNİN PROQRAMI
İfaçı reqlamentə uyğun olaraq proqram seçimində sərbəstdir.
İfa edilən əsərlərdən biri Qara Qarayevin (orijinal və ya köçürülmə) əsəri olmalıdır.
Qeyd: Bütün fortepiano əsərləri əzbər ifa olunmalıdır. Yalnız Qara Qarayevin fuqaları not üzündən ifa edilə bilər.
MÜSABİQƏNİN YAŞ QRUPU
I yaş qrupu – 9 – 12 yaş
II yaş qrupu – 13 – 16 yaş
III yaş qrupu – 17 yaş və yuxarı
Birinci mərhələ
Müsabiqənin proqramına uyğun olaraq ifa edilən əsərlərdən hər hansı birinə dair məruzə edilməli, digər əsərlərə isə annotasiya (qısa məlumat) yazılmalıdır. Məruzənin mətni 2 – 4 çap vərəqi həcmində olmalı və aşağıda sadalanan aspektləri daxil etməlidir:
– əsərin obraz-emosional məzmununun açıqlanması, eləcə də şəxsi qavranılıb anlanılması;
– əsərin forması, tempi, ritmi, fakturası, ştrixləri, aqogikası və nüanslarında öz əksini tapan bədii ifa məsələləri, eləcə də texniki çətinliklər və onların aradan qaldırılması yolları;
– tədqiq olunan əsərlərin "Youtube" saytında saytında yerləşdirilən müxtəlif interpretasiyaların müqayisəli xarakteristikası;
– tədqiq olunan əsərlərin əsas müddəalarını əks etdirən parçaların məruzə zamanı ifası (not üzündən oxumaq da olar);
– istifadə olunmuş ədəbiyyatın siyahısı;
– tədqiq olunan əsərlərin internet vasitəsilə dinlənilən ifalarının siyahısı (ifanın yerləşdiyi saytın elektron ünvanını göstərməklə).
Qeyd: 1. Məruzə və annotasiyaların əsas müddəalarının fraqmentlər şəklində (3 – 4 xanə) fortepianoda illüstrasiya edilməsi vacibdir.
2. Məruzəyə təhlil olunan Azərbaycan bəstəkarlarının əsərlərinin səs qatarı, maye (tonallıq), kadensiyaları (yazılı və şifahi formada) daxil olunmalıdır.
İkinci mərhələ
Birinci mərhələdə baxılan əsərlərin konsert ifası (əzbər).
QARA QARAYEVİN NƏŞR OLUNMUŞ
FORTEPİANO ƏSƏRLƏRİ VƏ ƏDƏBİYYAT
(not mətninin elektron versiyasına aşağıdakı linklərdən əldə edə bilərsiniz)
1. «Sarskoye selo heykəli» (1937),
5. «24 prelüd»: I dəftər, № 1-6 (1951-52),
6. «24 prelüd»: II dəftər, № 7-12 (1951-52),
7. «24 prelüd»: III dəftər, № 13-18 (1957),
9. «24 prelüd»: IV dəftər, № 19-24 (1963),
10. «Orta səviyyəli çətin altı pyes» (1965),
11. «12 fuqa» (1981).
1. Карагичева Л. Кара Караев. – Баку: Азернешр, 1956.-31 с.
2. Мамедова Б. О некоторых чертах гармонического языка К.Караева – Баку: Азгосмузыка, 1959.-66 с.
3. Карагичева Л. Кара Караев. – М.. Сов. композитор, 1960.-299 с.
4. Карагичева Л. Кара Караев. – М.. Сов. композитор, 1968.-69 с.
5. Сеидов Т. Детские пьесы для фортепиано Кара Караева – Баку: Азернешр, 1972.– 27с.
7. Франгулова Е. Соната для скрипки и фортепиано К.Караева. – Баку,1977.– 48с.
8. Сеидов Т. Азербайджанская советская фортепианная музыка [1930-1970]. – Баку: Язычы, 1980. – 140 с.
9. 12 фортепианных фуг К.Караева: Методическая разработка / Сост. Т.Сеидов. – Баку, 1983.-12 с.
10. К вопросу изучения и исполнения фортепианной музыки: [Фортепианные сонаты и сонатины азербайджанских композиторов]: - Методические разработки. - Баку, 1985.-60 с.
11. Видные деятели фортепианной культуры Азербайджана / Сост. Т.Сеидов. – Баку: Ишыг, 1987.-28 с.
12. Слово о Кара Караеве: Его учителя и ученики. Соратники и сотрудники. Исполнители его музыки. Исследователи и слушатели / Сост. Э.Абасова, Л.Карагичева. - Баку: Язычи, 1988.-228 с.
13. Сеидов Т. Развитие жанров азербайджанской фортепианной музыки. – Баку: Шур, 1992.-302с.
14. Якубова З. Особенности исполнительской интерпретации сонаты для скрипки и фортепиано Кара Караева. - Баку: Азербайджан, 1999.
15. Сафарова З. Сеять разумное, доброе, вечное… – Баку: Элм, 2002.-243 с.
16. Сеидов Т. Азербайджанская фортепианная культура ХХ века: педагогика, исполнительство и композиторское творчество. – Баку, Азернешр, 2006.-272 с.
17. Карагичева Л. Кара Караев // Советская музыка: Статьи и материалы. – М., 1956.-Вып.1.– С. 217-226.
18. Абезгауз И. О гармоническом языке Кара Караева /Музыка и современность/Ред. Сост. Т.А.Лебедева. -М.,1967.-Вып. 5.-С. 159-208.
19. Абезгауз И. О гармоническом языке Кара Караева /Музыка и современность. Вып. 5.– 1968.-с. 159-206.
20. Алиева З. lV тетрадь фортепианных прелюдий Кара Караева // Изв. АН Аз ССР.сер. лит.; языка искусства. – 1968.-№2. – С. 102-113.
21. Гуреев С. Камерно-инструментальные сочинения Кара Караева 60-х годов // Вопросы теории и эстетики музыки. – Л., 1974.-Вып. 13. – С, 146-162.
22. Аскерова У. Жанр пассакалии в творчестве К.Караева // Ученые записки Азгосконсерватории. – 1977.-№ 1.- С. 16-28.
23. Мухаринская Л. Соната для скрипки и фортепиано К.Караева // Кара Караев. Статьи. Письма. Высказывания /Ред. - сост. Л.В.Карагичева. -М.: Сов. Композитор, 1978.- С.237-247.
25. Гаджинская Г. О композиционных особенностях цикла «12 фуг для фортепиано К.Караева» // Известия АН Азерб. ССР. Сер. Литературы, языка и искусства.-1984.-№12.-С. 98-104.
26. Алиева Н. О полифоническом стиле в творчестве К.Караева 80-х гг. //Известия АН Азерб. ССР. Сер. Литературы, языка и искусства.-1987.-№1.-С. 86-91.
27. Сеидов Т. Пьесы и циклы миниатюр / Т.Сеидов. Развитие жанров Азербайджанской фортепианной музыки. - Баку: Шур, 1992. - С. 3 - 157.
28. Фортепианное творчество азербайджанских композиторов 50-х и 60-х годов. Кара Караева, Джевдет Гаджиев, Фикрет Амиров и их последователи /Сеидов Т. Азербайджанская фортепианная культура ХХ века: педагогика, исполнительство и композиторское творчество. – Баку: Азернешр, 2006.- С. 80-114.
ELMİ-İFAÇILIQ MÜSABİQƏSİNƏ
TƏQDİM OLUNACAQ SƏNƏDLƏR
1. İştirakçının özünün və ya təhsil müəssisəsinin ərizəsi (məruzələrin mövzularının, ifa olunan proqramın göstərilməsi şərtilə; əsərlərin adı, yazıldığı il və səslənmə müddəti dəqiq göstərilməlidir), ünvan, telefon, e-mail.
2. Doğum haqqında şəhadətnamənin və ya şəxsiyyət vəsiqəsinin surəti.
3. 13x18 ölçüdə 2 rəngli foto şəkil.
4. Qısa tərcümeyi-hal və yaradıcılıq xasiyyətnaməsi.
5. Müsabiqədə ifa olunacaq əsərlərə dair hazırlanan məruzə və annotasiyalar (istifadə olunan ədəbiyyat göstərilməklə).
Qeyd: Məruzə və annotasiyalar iki formada (elektron və çapdan çıxarılmış və disklə birlikdə) təqdim olunmalıdır. Məruzənin üz vərəqəsində iştirakçı barədə aşağıdakı məlumatlar verilməlidir:
– şagirdin təhsil aldığı məktəbin nömrəsi;
– soyadı, adı, atasının adı;
– oxuduğu sinif;
– ixtisası;
– ifa olunan əsərlərin adı;
– iştirakçının rəhbərlərinin (ixtisas və nəzəri fənlər üzrə müəllimlərin) soyadı, adı, atasının adı və imzaları;
– viza (musiqi məktəbi müdirinin imzası).
Ədəbiyyat siyahısında kitabın müəllifı, adı, nəşriyyatı və nəşr olunan ili göstərilməlidir.
ƏRİZƏ VERMƏNİN QAYDASI
Müsabiqədə iştirak etmək istəyənlər öz ərizələrini (tam sənədlər paketi ilə birgə) Təşkilat komitəsinin bu ünvanına təqdim etməlidirlər: AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası. Sənədlərlə ərizə 1 mart 2018-ci il tarixinədək göndərilməlidir.
Telefon: (+99412) 4931917, (+99412) 5980194.
E-mail: musicstudiobaku@hotmail.com
"FORTEPİANO, KAMERA-İNSTRUMENTAL VƏ VOKAL MUSİQİSİ
QARA QARAYEV YARADICILIĞINDA"
RESPUBLİKA ELMİ-İFAÇILIQ KONFRANSI
Konfransda yaşından asılı olmayaraq bütün musiqiçilər iştirak edə bilərlər. Qara Qarayevin yuxarıda sadalanan fortepiano əsərlərindən əlavə, kamera-instrumental və vokal əsərləri də məruzə və ifa mövzusu kimi seçilə bilər.
Müsabiqədən fərqli olaraq, konfrans iki hissədən – elmi və ifaçılıq hissələrindən ibarət bir bütöv mərhələdə keşiriləcəkdir. Hər bir iştirakçı Q.Qarayevin əsərlərindən biri haqda elmi məruzə ilə çıxış edib, sonra əsəri ifa etməlidir (not üzündən ifa edilə bilər).
Konfrans və müsabiqənin nəticələri üzrə "Dəyirmi masa" təşkil olunacaq və tədbir Qara Qarayev yaradıcılığının öyrənilməsi ilə ifasının perspektivlərinə həsr ediləcəkdir.
"FORTEPİANO, KAMERA-İNSTRUMENTAL VƏ VOKAL MUSİQİSİ
QARA QARAYEV YARADICILIĞINDA"
RESPUBLİKA ELMİ-İFAÇILIQ KONFRANSINA
TƏQDİM OLUNACAQ SƏNƏDLƏR
1. Qara Qarayevin ifa olunacaq əsərinin adının və məruzə mövzusunun göstərilməsi şərtilə
iştirakçının özünün və ya təhsil müəssisəsinin ərizəsi.
2. 13x18 ölçüdə 2 rəngli foto şəkil.
3. Məruzənin mətni istifadə olunan ədəbiyyat göstərilməklə 1 mart 2018-ci il tarixindən gec olmayaraq müsabiqənin Təşkilat komitəsinin bu ünvanına göndərilməlidir: AZ 1014, Bakı, Şəmsi Bədəlbəyli küçəsi, 98, Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyası.
Telefon: (+99412) 4931917, (+99412) 5980194.
E-mail: musicstudiobaku@hotmail.com