Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
24.05.2017 14:16
Tbilisidə Formula-1 Azərbaycan Qran-Prisinin təqdimatı olubFormula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar mayın 24-də Tbilisidə təqdimat mərasimi keçirilib. “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Qran-Prinin təşkili ilə bağlı görülən işlər, Azərbaycanın sosial-iqtisadi, mədəni və turizm imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan artıq beynəlxalq idman yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malikdir. BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim çıxışında Azərbaycanın beynəlxalq yarışların keçirilməsi sahəsində zəngin təcrübəsindən danışıb. Bildirib ki, ötən il keçirilən Avropa Qran-Prisini Formula-1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası, eləcə də həmin yarışı izləyən yerli və xarici mətbuat nümayəndələri, tamaşaçılar çox yüksək qiymətləndirirlər. İnanırıq ki, iyunun 23-25-də keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi də çox yüksək səviyyədə keçəcək. Sonra ötən il iyunun 17-19-da təşkil olunan Formula-1 Avropa Qran-Prisinə dair videoçarx nümayiş etdirilib. Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov təqdimat mərasimində iştirak edib. Nigar Arpadarai AZƏRTAC-a müsahibəsində deyib: “Formula-1 yarışları təkcə Azərbaycan üçün deyil, region dövlətləri üçün də önəmli tədbirdir. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər paytaxt Bakını və respublikamızın regionlarını görmək istəyirlər. Onlar, eyni zamanda, qonşu Gürcüstanla da maraqlanırlar. Bunu nəzərə alaraq, Tbilisiyə səfərimizin məqsədi Gürcüstan mətbuatını və əhalisini Formula-1 haqqında ətraflı məlumatlandırmaqdır. Formula-1 dünyada ən çox izlənilən idman tədbirlərindən biridir. Bu yarışlar televiziya auditoriyasının böyüklüyünə görə futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra üçüncü yerdədir”. Bülent Özərdim isə müsahibəsində bildirib: “Gürcüstan bizə dost və qonşu ölkədir. Keçən il bu ölkədən Azərbaycana xeyli qonaq gəlmişdi. Bu il satılan biletlərin 60 faizi xarici ölkə vətəndaşlarının payına düşür. Dünyanın 50 ölkəsindən bilet sifariş edilib. Bəzi sektorlar üçün biletlər artıq qurtarıb. Bu, xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artdığını sübut edir”. Formula-1 Azərbaycan Qran-Prisinə bilet alan əcnəbilərin sayına görə Gürcüstanın Rusiya, İngiltərə və Ukraynadan sonra dördüncü sırada qərarlaşdığını vurğulayan builki yarışların da yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. ..
06.05.2017 20:05
Superstar Meraya Keri Formula-1 Azərbaycan Qran-Prisinin sonuncu günündə Bakıda konsert verəcəkSuperstar Meraya Keri Formula-1 Azərbaycan Qran-Prisinin sonuncu günündə - iyunun 25-də Bakıda konsert verəcək. Mahnı satışına görə dünyada qadın müğənnilər arasında rekord göstəriciyə malik Meraya Keri paytaxtımıza toplaşacaq avtoidman həvəskarları üçün Azərbaycan Qran-Prisinin podium mərasimindən sonra Dənizkənarı Milli Parkda yerləşən böyük səhnədə ən sevilən ifalarını səsləndirəcək. Karyerasının zirvəsində olduğu dövrdə Las-Veqasda ilboyu davam edən silsilə konsert proqramlarına ara verərək Bakıya təşrif buyuracaq dünya ulduzu yarış başa çatdıqdan sonra Formula-1 azarkeşlərinə unudulmaz anlar yaşadacaq. Müğənnilik karyerasında ifa etdiyi möhtəşəm mahnıları ilə ABŞ-da 18 dəfə ən yüksək pillədə yer alan Meraya Keri Bakıda ona dünya şöhrəti qazandırmış “Hero”, “Fantasy”, “Always Be My Baby”, “We Belong Together” və mahnılarını səsləndirəcək. Dünya pop-ulduzu Meraya Kerinin mahnıları indiyədək ümumilikdə 220 milyondan çox satılıb. Meraya Keriyə ABŞ-da “Nömrə-1” ünvanını qazandıran 18 mahnıdan 17-sinin sözləri ona məxsusdur. “Fantasy”, “Always Be My Baby”, “Hero”, “Touch My Body”, “One Sweet Day” və “We Belong Together” kimi mahnıların sözlərini yazan Meraya Keri öz mahnıları ilə dünya şöhrəti qazanmış ən məşhur solo ifaçı hesab olunur. Sahib olduğu bənzərsiz səsi və peşəkar yanaşması ilə Meraya Keri müasir pop müsiqisinə yeni çalarlar gətirib. İfaçı mahnı sözlərinin yazıçısı və prodüser kimi çox sayda mükafata, o cümlədən dəfələrlə “Grammy”, 21 dəfə Amerika musiqi, “Billboard”ın “Son onilliyin ən yaxşı müğənnisi” mükafatlarına, “Minilliyin ən çox mahnı satan qadın müğənnisi” ünvanını əldə etdiyinə görə Ümumdünya Musiqi Mükafatına və mahnı sözlərinin yazılmasında göstərdiyi yüksək peşəkarlığa görə “BMI”in “İkona” mükafatına layiq görülüb. Meraya Kerinin mahnıları dünyada hər zaman ən çox dinlənənlər arasında yer alıb və onun verdiyi konsertlərdə hər dəfə tamaşaçılar arena və stadionlar azarkeşlərlə dolu olub. Sahib olduğu hərtərəfli istedadı ona dünya miqyasında milyonlarla azarkeş qazandırıb və o, bu özəllikləri ilə musiqi dünyasına mükəmməlliyə dair yeni standartlar gətirən sənətçi kimi tarixdə adını yazdırıb. Amerikalı müğənninin şöhrəti sadəcə musiqi ilə məhdudlaşmır. O, həm də kino sahəsində şəxsi bacarıq və qabiliyyətlərini sınayıb. İndiyədək bir sıra filmlərdə, o cümlədən “Precious” (2009) və “The Butler” (2013) filmlərində rol alıb, “A Christmas Melody” (2015) televiziya filmində isə rejissorluq edib. Meraya Keri öz vaxtı və enerjisini xeyriyyə məqsədilə keçirilən bir sıra işlərə də həsr edib. O, “Save the Music”, “Make-A-Wish Foundation”, “World Hunger Relief” və “Elton John AIDS Foundation” kimi müxtəlif fondlar üçün xeyriyyə məqsədilə konsertlər verib. O, “Fresh Air” Fondu ilə birlikdə ağır şərait içərisində yaşayan uşaqların gələcək karyeralarının düzgün istiqamətdə qurulmasına dəstək göstərən “Camp Mariah” proqramını təsis edib. BŞH-nin icraçı direktoru Arif Rəhimov Meraya Kerinin Bakı konserti barədə danışarkən deyib: “Biz musiqi tarixində böyük uğur qazanmış xanım müğənnini Bakıda baş tutacaq ikinci Formula-1 yarışının sonuncu günündə qarşılamaqdan böyük qürur duyuruq. Meraya Keri bütün dünyada milyonlarla insanın dillər əzbəri olmuş mahnıları ilə seçilən möhtəşəm səsə malik məşhur ifaçıdır. Onun ən çox sevilən mahnılarını ifa edəcəyi konsert proqramında iştirak etmək həqiqətən də böyük bir ayrıcalıqdır və bu tədbir mövsümün ən möhtəşəm və ən baxımlı Formula-1 həftəsonunu ən gözəl şəkildə yekunlaşdıran mükəmməl bir final olacaq. Biz bu tədbiri bütün dünya ilə birlikdə yüksək səviyyədə qeyd etməyə hazırıq və hamını bu yay Bakıda bizimlə birgə olmağa çağırırıq”. ..
02.05.2017 14:38
Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda konfrans təşkil olunubFormula-1 yarışının promouteri - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə fevralın 15-də Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans təşkil olunub. Konfransda çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişafı haqqında məlumat verib. O, mötəbər beynəlxalq idman yarışlarının ölkəmiz üçün əhəmiyyətindən danışıb. Nazir Azərbaycanda mötəbər idman yarışlarının uğurla təşkil edildiyini, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayaraq deyib: “Azərbaycanda idman sahəsində dünya standartlarına cavab verən maddi-texniki baza yaradılıb. Bu idman qurğularının yarışlardan sonra da qorunub saxlanılması və insanların buraya cəlb edilməsi çox önəmlidir. Bəzi ölkələrdə olimpiadalardan sonra idman qurğularının istifadə edilmədiyi və yararsız vəziyyətə düşdüyü görünür. Ancaq Azərbaycanda idman kompleksləri yüksək səviyyədə saxlanılır və insanlar bu qurğulardan istifadə edirlər. Ölkəmizdə güclü könüllülük hərəkatı var. On yeddi mindən çox gənc beynəlxalq tədbirlərin təşkilində könüllü kimi fəaliyyət göstərir. Biz yerli insanların və şirkətlərin də beynəlxalq idman yarışları zamanı müxtəlif layihələrə qoşulmasını təmin edirik”. Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanın turizm potensialından, beynəlxalq yarışların turizm imkanlarının təbliğinə və bu sahənin inkişafına töhfəsindən danışıb. Bildirib ki, ötən il ölkəmizdə turizm sahəsində sürətli inkişaf müşahidə edilib. Dövlətimizin başçısının turizm sahəsinin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlar öz bəhrəsini verir. Turizm milli iqtisadiyyatın 11 prioritet sahəsindən biridir. Turizm sahəsində ilbəil uğurlu nəticələrə nail oluruq. Bu uğura Azərbaycanda irimiqyaslı yarışların təşkili də mühüm töhfə verir. Amerika Ticarət Palatasının Azərbaycandakı prezidenti İlqar Vəliyev və “PwC Azərbaycan” şirkətinin idarəedici tərəfdaşı Mövlan Paşayev beynəlxalq idman yarışlarının ev sahibi ölkəyə faydaları, irimiqyaslı yarışların müsbət nəticələri, ortaya çıxan problemlərin həlli və biznesin buna hazırlıq vəziyyətindən söz açıblar. Sonra tədbir sual-cavab sessiyası ilə davam edib. MDB məkanında və regionda bu mövzuda ilk dəfə olaraq Azərbaycanda keçirilən konfransda dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, Əbu-Dabi, Soçi, Bəhreyn Qran-prilərinin yüksək vəzifəli nümayəndələri və jurnalistlər iştirak ediblər. Konfransın ikinci hissəsində BŞH-nin icraçı direktoru Arif Rəhimov, Formula-1 Rusiya Qran-prisinin promouteri Sergey Vorobyev, Formula-1 üzrə beynəlxalq məsləhətçi Riçard Kreqan, Bəhreyn Beynəlxalq Halqasının əməliyyatlar üzrə direktoru Fayez Rəmzi Fayez və başqaları mühüm idman yarışlarının faydalarına dair məruzələrlə çıxış ediblər. Sonda iştirakçıların suallarını cavablandırılıb. ..
15.04.2017 16:22
Formula-1 könüllüləri üçün təlim keçirilibİyunda Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi yarışında iştirak edəcək könüllülər üçün təlim təşkil edilib. Formula-1 Azərbaycan Qran-prisi yarışı üçün 10 min yerli və xarici könüllü müraciət edib. Amma təşkilat komitəsi üç min gənc könüllünü yarışa cəlb edib. Onların yarışa tam hazırlığı üçün müxtəlif təlimlər keçirilir. Könüllülər ümumi təlim, rol üzrə təlim və məkan üzrə təlim olmaqla, üç mərhələdə təlimdən keçirlər. Ümumi təlimdə onlar Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, ümumiyyətlə, Formula-1 yarışları haqqında məlumatlar alır, komanda işini inkişaf etdirmək üçün müxtəlif çalışmalarda iştirak edir, tapşırıqlar yerinə yetirirlər. ..
11.04.2017 19:02
Formula-1 Azərbaycan Qran-Prisinin “Filarmoniya” tribunasındakı yerlərə biletlər satılıbAzərbaycanda Formula-1 yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Qran-Priyə iki aydan çox müddətin qaldığı ərəfədə Azneft dairəsinin qarşısında yerləşən “Filarmoniya” tribunasındakı bütün yerlərə biletlərin artıq satıldığını bildirib. BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bu ilin yayında baş tutacaq Azərbaycan Qran-Prisinə marağın artdığını vurğulayaraq deyib: “Yarışa 75 günün qaldığı ərəfədə tribunaların birində bütün biletlərin satılması çox sevindirici haldır. Bu, yarışa həm xaricdən, həm də ölkə daxilindən böyük marağın olduğunu göstərir. Yaxın günlərdə yarış həftəsonunun axşamlarında iştirak edəcək dünya ulduzlarının adlarını açıqlayacağıq. Bundan başqa, ötən həftədən etibarən 2-16 yaşlı tamaşaçılar üçün dördgünlük endirimli biletlərin satışına başlamışıq. Qısa müddətdə biletlərin satışında yüksək artım gözləyirik. Fürsətdən istifadə edərək Bakıda baş tutacaq növbəti möhtəşəm Formula-1 yarışını qaçırmamaq istəyən bütün avtoidman həvəskarlarına səslənirəm ki, bilet almağa tələssinlər və ilin ən coşqulu və əyləncə ilə dolu həftəsində bizimlə birlikdə olsunlar”. Bu il iyunun 23-25-də keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisində tamaşaçılar üçün müxtəlif, o cümlədən bir, iki və dördgünlük biletlər təklif olunur. Dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 250-690 manat arasında dəyişir. Azyaşlılar üçün bütün tribunalara təklif olunan dördgünlük biletlər 175-480 manat təşkil edir. Dördgünlük bileti olan tamaşaçılar Azərbaycan Qran-Prisi ilə əlaqədar keçiriləcək bütün yarış sessiyalarını izləməklə yanaşı, cümə axşamı baş tutacaq “Pit yolu” gəzintisində, həmçinin yarış həftəsonu ərzində Dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında iştirak edə biləcəklər. İndiyədək Azərbaycan da daxil olmaqla Bakıda keçirilən növbəti Formula-1 yarışına ümumilikdə 48 ölkədən bilet alınıb. Satılan biletlərin 34 faizi Azərbaycanın payına düşür. Qalan 66 faizlik hissə isə xaricdən alınıb. İlk onluğa daxil olan ölkələr Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Avstriya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, ABŞ və Almaniyadır. Satılan biletlərdə fərdi şəxslərlə yanaşı, korporativ müştərilər də böyük paya sahibdirlər. Azarkeşlər Bakıda keçiriləcək Azərbaycan Qran-Prisini tribunadan və ayaqüstü zonalardan izləyə biləcəklər. Tribunaların ümumi tutumu 18 min yerdir. Ayaqüstü zonalar isə azı 10 min tamaşaçını qəbul edə bilər. ..
07.04.2017 14:53
Formula-1 Azərbaycan Qran-Prisində azyaşlılar üçün bütün tribunalara endirimli biletlər təklif olunurAzərbaycanda Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) 2-16 yaşlı tamaşaçılara endirimli qiymətlərlə dördgünlük biletlər təklif edir. Yalnız tribunalar üçün nəzərdə tutulan bu biletlər məhdud sayda satışa çıxarılıb və onların qiyməti tribunadan asılı olaraq, 140-480 manat arasında dəyişir. BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim Formula-1 həvəskarlarını endirimli bilet imkanından yararlanmağa dəvət edir: “Biz azarkeşlərə Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisində ailəliklə iştirak etmək üçün geniş imkanlar təqdim etməyə çalışırıq. Ötən illə müqayisədə bu il azyaşlılar üçün daha çox endirimli bilet təklif edirik. Bu gündən etibarən azyaşlılar üçün artıq bütün tribunalara bilet almaq mümkün olacaq. Bilet sahibləri yarışı izləməklə yanaşı, müxtəlif yaş qrupları üçün nəzərdə tutulan zəngin əyləncə proqramlarından da yararlana biləcəklər. Bir sözlə, Bakı şəhər halqasında yarış həftəsonu ərzində yarış və əyləncənin bir arada yaşandığı festival ab-havası olacaq. Hamını bilet alaraq bu fürsəti əldən verməməyə çağırıram”. Dördgünlük bileti olan azyaşlı tamaşaçılar Azərbaycan Qran-Prisi ilə əlaqədar keçiriləcək bütün yarış sessiyalarını izləməklə yanaşı, cümə axşamı baş tutacaq “Pit yolu” gəzintisində və həmçinin yarış həftəsonu ərzində Dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında iştirak edə biləcəklər. Formula-1 Azərbaycan Qran-Prisi iyunun 23-25-də keçiriləcək. Avtoidman həvəskarları yarışa biletləri şəhərin kassalarından əldə edə bilərlər. Bununla yanaşı, biletləri BŞH-nin rəsmi veb-səhifəsindən (www.bakucitycircuit.com) də onlayn qaydada alma mümkündür. ..
15.03.2017 17:12
Dünya şöhrətli Formula-1 pilotu Bakıda səfərdədirDünya şöhrətli Formul-1 pilotu Devid Kulthard iyunun 23-dən 25-dək Bakıda keçiriləcək Azərbaycan Qran-prisinə hazırlıq prosesi çərçivəsində ölkəmizə səfər edərək Formula-1-in ən yeni treki - Bakı şəhər halqası ilə yaxından tanış olub. Devid Kulthard Bakıya səfərinin ilk saatlarında yarışın keçiriləcəyi trek boyunca gəzərək ötən ilin yayında baş tutmuş birinci yarışda Bakı şəhər halqasının pilotlar üçün çətin mübarizəyə səbəb olan yerləri ilə diqqətə maraqlanıb. Formula-1 yarışının Bakının mərkəzi küçələrinə yenidən qayıdışına üç aydan bir qədər çox müddətin qaldığı ərəfədə və həmçinin mövsümün ilk yarışı olan Avstraliya Qran-prisindən bir həftə əvvəl keçirilən bu trek gəzintisi Devid Kultharda ötən ilin ən sürətli şəhər trekində yaşanmış möhtəşəm anları xatırladıb. O, bu ilin yayında keçiriləcək növbəti yarış üçün Bakı şəhər halqasında görülən hazırlıq işlərində böyük irəliləyişin olduğunu bildirib. “Williams”, “McLaren” və “Red Bull” komandalarında çıxış etmiş Devid Kulthard səhər saatlarında trekə keçirilmiş baxış zamanı Bakıda baş tutan Formula-1 yarışını fərqləndirən əsas məqamlarla da tanış olub. Dünya şöhrətli pilot trekin İçərişəhər divarları boyunca uzanan və 8-11-ci döngələri əhatə edən 7,6 metrlik dar, yoxuşlu və dolanbaclı hissəsi ilə xüsusən maraqlanıb. O, həmçinin trekin Qız qalasının qarşısından keçən hissəsinə - 18-ci döngəyə və eyni zamanda, trekin iki istiqamətli hissəsinə də baxış keçirib. Sonda Devid Kulthard trekin möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar boyunca uzanan sürətlənmə hissəsində də olub. Ötən il “Williams” komandasının pilotu Valtteri Bottas bu hissədə rəsmi göstəriciyə əsasən, saatda 366 kilometr sürətlə hərəkət edərək Bakı şəhər halqasına ən sürətli şəhər treki ünvanı qazandırmışdı. Qeyri-rəsmi rəqəmlərə görə isə bu sürət həddi saatda 378 kilometr təşkil edib. Trek gəzintisindən dərhal sonra keçirilmiş mətbuat konfransında Devid Kulthard Bakıya növbəti səfərindən olduqca məmnun qaldığını bildirərək deyib: “Formula-1 Azərbaycan Qran-prisindən əvvəl Bakıya dəvət olunmağım mənim üçün böyük şərəfdir. Bakıya gəldiyim andan etibarən gördüyüm qonaqpərvərlik olduqca möhtəşəmdir və bu, ötən il Bakıda birinci dəfə keçirilmiş Formula-1 yarışı ərəfəsində səfərim zamanı yaranmış ilkin təəssüratlarımı daha da qüvvətləndirdi. Həqiqətən də Bakı sahib olduğu tarixi və müasir gözəllikləri, həmçinin özündə daşıdığı Şərq və Qərb mədəniyyətinin izləri baxımından ziyarət olunacaq möhtəşəm şəhərdir. Tam əminəm ki, bu ilin yayında burada baş tutacaq növbəti Formula-1 yarışı ötən ildəkindən daha maraqlı olacaq. Xüsusən trekin dar hissələri 2017-ci ilin enli təkərli bolidləri üçün daha çox çətinlik yaradacaq və nəticədə bu il biz daha gərgin mübarizənin şahidi olacağıq. Mən həqiqətən də bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm”. Bu gün baş tutan trek gəzintisindən başqa Devid Kulthard Bakı səfəri çərçivəsində yerli azarkeşlərin iştirakı ilə paytaxtda baş tutacaq bir sıra tədbirlərdə iştirak edəcək. O, həmçinin Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kollektivi ilə də görüşəcək. ..
15.02.2017 15:02
Marşal Mərkəzində Bakı şəhər halqasının mini treki hazırlanıbFormula-1 Azərbaycan Qran-prisinin marşalları üçün yeni Marşal Mərkəzi inşa olunub. Martın 1-dən təlimlərə başlayacaq marşallar hazırlıq prosesini məhz bu mərkəzdə keçəcəklər. Bu sözləri Bakı Marşal Klubunun layihələr və kommunikasiya üzrə əlaqələndiricisi Vüsal Bəkirov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.     ..
14.02.2017 14:42
Formula-1 Azərbaycan Qran-prisinə 40 ölkədən biletlər alınıbBakıda keçiriləcək Formula-1 Azərbaycan Qran-prisinin biletlərinin son iki ayda endirimli qiymətlərlə satışı kampaniyası davam edir. Biletlərin satışında bu il ikiqat artım müşahidə olunur. Bu sözləri “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim fevralın 14-də jurnalistlərə müsahibəsində deyib. B.Özərdim deyib: “Ötən il 22 həftədə bilet satışında əldə olunan göstəriciyə hazırda 10 həftədə nail olmuşuq. Bu günədək 40 ölkədən biletlər alınıb. Onların 60 faizi xaricdən, 40 faizi Azərbaycandan alınıb. Xaricdən ən çox bilet alan ölkələr Rusiya, İngiltərə, Ukrayna, Almaniya, Hollandiya, Gürcüstan, Qazaxıstan, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir. Hələ ki bu ölkələr xaricə satılan biletlərin 80 faizini alıblar”. BŞH-nin rəsmisi bildirib ki, bu gündən bilet satışlarında fevral kampaniyasına start verilir. Bu kampaniyada bir bilet alana ikincisi yarı qiymətə təklif olunur. Kampaniya yalnız tribuna üçün olan dördgünlük biletlərə aiddir (Abşeron tribunası xaric olmaqla) və “azyaşlı” biletləri və ya birgünlük biletlərə tətbiq edilməyəcək. Bundan başqa, BŞH kampaniya çərçivəsində fevralın 14-də onlayn bilet alanlar arasında lotereya keçirir. Çəkilişə əsasən, “Sevgililər günü” kampaniyası ilə əlaqədar olaraq, bilet alan hər 14 nəfərdən biri seçiləcək və ilk beş alıcı (14, 28, 42, 56 və 70-ci alıcılar) hədiyyələrlə mükafatlandırılacaq. Hədiyyə paketinə iki nəfər üçün dördulduzlu hoteldə dörd gün gecələmək, alınan biletlərə əlavə olaraq, pulsuz bir bilet və Bakının möhtəşəm restoranlarından birində ikinəfərlik şam yeməyi daxildir. “Bu il də Formula-1 yarışları zamanı üç gün böyük konsertlərin təşkil edilməsi planlaşdırılır. Danışıqlar başa çatmaq üzrədir. Konsertlərlə yanaşı, fərqli əyləncələr və konsertlər də olacaq. Bu il üçgünlük biletləri dördgünlük biletlər adlandırmışıq. Burada məqsəd azarkeşlərin iyunun 22-də - yəni həftənin cümə axşamı günü başlayacaq tədbirlərə qatılmasını təmin etməkdir. Tədbirlər iyunun 22-də axşamüstü pit-laynda yürüşlə başlayacaq. Azarkeşlər burada qarajlarla tanış olacaq, pilotlardan imzalar alacaqlar. Cümə günü isə yarışlara start veriləcək”, - deyə B.Özərdim əlavə edib. ..