Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
317

Dünya şöhrətli Formula-1 pilotu Bakıda səfərdədir

Dünya şöhrətli Formul-1 pilotu Devid Kulthard iyunun 23-dən 25-dək Bakıda keçiriləcək Azərbaycan Qran-prisinə hazırlıq prosesi çərçivəsində ölkəmizə səfər edərək Formula-1-in ən yeni treki - Bakı şəhər halqası ilə yaxından tanış olub.

Devid Kulthard Bakıya səfərinin ilk saatlarında yarışın keçiriləcəyi trek boyunca gəzərək ötən ilin yayında baş tutmuş birinci yarışda Bakı şəhər halqasının pilotlar üçün çətin mübarizəyə səbəb olan yerləri ilə diqqətə maraqlanıb. Formula-1 yarışının Bakının mərkəzi küçələrinə yenidən qayıdışına üç aydan bir qədər çox müddətin qaldığı ərəfədə və həmçinin mövsümün ilk yarışı olan Avstraliya Qran-prisindən bir həftə əvvəl keçirilən bu trek gəzintisi Devid Kultharda ötən ilin ən sürətli şəhər trekində yaşanmış möhtəşəm anları xatırladıb. O, bu ilin yayında keçiriləcək növbəti yarış üçün Bakı şəhər halqasında görülən hazırlıq işlərində böyük irəliləyişin olduğunu bildirib.

“Williams”, “McLaren” və “Red Bull” komandalarında çıxış etmiş Devid Kulthard səhər saatlarında trekə keçirilmiş baxış zamanı Bakıda baş tutan Formula-1 yarışını fərqləndirən əsas məqamlarla da tanış olub. Dünya şöhrətli pilot trekin İçərişəhər divarları boyunca uzanan və 8-11-ci döngələri əhatə edən 7,6 metrlik dar, yoxuşlu və dolanbaclı hissəsi ilə xüsusən maraqlanıb. O, həmçinin trekin Qız qalasının qarşısından keçən hissəsinə - 18-ci döngəyə və eyni zamanda, trekin iki istiqamətli hissəsinə də baxış keçirib.

Sonda Devid Kulthard trekin möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar boyunca uzanan sürətlənmə hissəsində də olub. Ötən il “Williams” komandasının pilotu Valtteri Bottas bu hissədə rəsmi göstəriciyə əsasən, saatda 366 kilometr sürətlə hərəkət edərək Bakı şəhər halqasına ən sürətli şəhər treki ünvanı qazandırmışdı. Qeyri-rəsmi rəqəmlərə görə isə bu sürət həddi saatda 378 kilometr təşkil edib.

Trek gəzintisindən dərhal sonra keçirilmiş mətbuat konfransında Devid Kulthard Bakıya növbəti səfərindən olduqca məmnun qaldığını bildirərək deyib: “Formula-1 Azərbaycan Qran-prisindən əvvəl Bakıya dəvət olunmağım mənim üçün böyük şərəfdir. Bakıya gəldiyim andan etibarən gördüyüm qonaqpərvərlik olduqca möhtəşəmdir və bu, ötən il Bakıda birinci dəfə keçirilmiş Formula-1 yarışı ərəfəsində səfərim zamanı yaranmış ilkin təəssüratlarımı daha da qüvvətləndirdi. Həqiqətən də Bakı sahib olduğu tarixi və müasir gözəllikləri, həmçinin özündə daşıdığı Şərq və Qərb mədəniyyətinin izləri baxımından ziyarət olunacaq möhtəşəm şəhərdir. Tam əminəm ki, bu ilin yayında burada baş tutacaq növbəti Formula-1 yarışı ötən ildəkindən daha maraqlı olacaq. Xüsusən trekin dar hissələri 2017-ci ilin enli təkərli bolidləri üçün daha çox çətinlik yaradacaq və nəticədə bu il biz daha gərgin mübarizənin şahidi olacağıq. Mən həqiqətən də bu yay yenidən Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm”.

Bu gün baş tutan trek gəzintisindən başqa Devid Kulthard Bakı səfəri çərçivəsində yerli azarkeşlərin iştirakı ilə paytaxtda baş tutacaq bir sıra tədbirlərdə iştirak edəcək. O, həmçinin Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kollektivi ilə də görüşəcək.

XƏBƏRLƏR

23.01.2018 18:04
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək
23.01.2018 17:09
Milli İncəsənət muzeyində Tvinninq layihəsi tərəfindən “İtaliyada mədəniyyətin planlaşdırılmasında mövcud təşəbbüslərə dair nümunələr” mövzusunda təlim keçirilmişdir
23.01.2018 14:31
İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açılıb
23.01.2018 12:48
İrəvan teatrında “Ömür qatarı” tamaşasının premyerası olub
23.01.2018 12:31
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinə həsr olunmuş rəsm sərgisi və inşa yazı müsabiqəsi
22.01.2018 17:21
Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
22.01.2018 16:30
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirilib
22.01.2018 14:13
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar filmlər nümayiş olunub
22.01.2018 12:02
Respublikamızın şəhər (rayon) Mədəniyyət Mərkəzlərində “20 Yanvar - xalqımızın qan yaddaşı unudulmur” silsilə tədbirləri təşkil edilmişdir
22.01.2018 11:25
Azərbaycan filmi Brüsseldə beynəlxalq festivalda nümayiş olunub
20.01.2018 15:54
Nazir Əbülfəs Qarayevin Portuqaliyaya səfəri davam edir
19.01.2018 17:56
Turizm və Menecment Universitetində “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib
19.01.2018 17:55
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib
19.01.2018 17:51
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2018 17:50
20 Yanvar faciəsinin ildönümü münasibəti ilə Milli İncəsənət Muzeyində tədbirlər
19.01.2018 15:59
Özbəkistanda 20 yanvar şəhidləri anıldı
19.01.2018 15:56
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Bilik yarışı keçirilib
19.01.2018 15:53
Milanın La Skala səhnəsindən unudulmaz təəssürat
19.01.2018 15:53
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir
19.01.2018 15:50
Sabirabad rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
19.01.2018 12:25
EHTTA-nın İcraiyyə Şurasında Nazirlik təmsil olunur
19.01.2018 00:00
ADGTT-da 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib
18.01.2018 17:50
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
18.01.2018 16:54
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
18.01.2018 16:43
Musiqili Teatrının yanvar ayının son həftəsi üçün repertuarı
18.01.2018 16:35
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçirildi