Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1017

Tbilisidə Formula-1 Azərbaycan Qran-Prisinin təqdimatı olub

Formula-1 Azərbaycan Qran-Prisi ilə əlaqədar mayın 24-də Tbilisidə təqdimat mərasimi keçirilib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Qran-Prinin təşkili ilə bağlı görülən işlər, Azərbaycanın sosial-iqtisadi, mədəni və turizm imkanları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan artıq beynəlxalq idman yarışlarının təşkili sahəsində zəngin təcrübəyə malikdir.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim çıxışında Azərbaycanın beynəlxalq yarışların keçirilməsi sahəsində zəngin təcrübəsindən danışıb. Bildirib ki, ötən il keçirilən Avropa Qran-Prisini Formula-1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası, eləcə də həmin yarışı izləyən yerli və xarici mətbuat nümayəndələri, tamaşaçılar çox yüksək qiymətləndirirlər. İnanırıq ki, iyunun 23-25-də keçiriləcək Formula-1 Azərbaycan Qran-Prisi də çox yüksək səviyyədə keçəcək.

Sonra ötən il iyunun 17-19-da təşkil olunan Formula-1 Avropa Qran-Prisinə dair videoçarx nümayiş etdirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov təqdimat mərasimində iştirak edib.

Nigar Arpadarai AZƏRTAC-a müsahibəsində deyib: “Formula-1 yarışları təkcə Azərbaycan üçün deyil, region dövlətləri üçün də önəmli tədbirdir. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər paytaxt Bakını və respublikamızın regionlarını görmək istəyirlər. Onlar, eyni zamanda, qonşu Gürcüstanla da maraqlanırlar. Bunu nəzərə alaraq, Tbilisiyə səfərimizin məqsədi Gürcüstan mətbuatını və əhalisini Formula-1 haqqında ətraflı məlumatlandırmaqdır. Formula-1 dünyada ən çox izlənilən idman tədbirlərindən biridir. Bu yarışlar televiziya auditoriyasının böyüklüyünə görə futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra üçüncü yerdədir”.

Bülent Özərdim isə müsahibəsində bildirib: “Gürcüstan bizə dost və qonşu ölkədir. Keçən il bu ölkədən Azərbaycana xeyli qonaq gəlmişdi. Bu il satılan biletlərin 60 faizi xarici ölkə vətəndaşlarının payına düşür. Dünyanın 50 ölkəsindən bilet sifariş edilib. Bəzi sektorlar üçün biletlər artıq qurtarıb. Bu, xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artdığını sübut edir”.

Formula-1 Azərbaycan Qran-Prisinə bilet alan əcnəbilərin sayına görə Gürcüstanın Rusiya, İngiltərə və Ukraynadan sonra dördüncü sırada qərarlaşdığını vurğulayan builki yarışların da yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

XƏBƏRLƏR

20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi
20.04.2018 17:40
Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib
20.04.2018 17:27
Şəmkir hərbi birliyinin hərbi şəhərciyində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir
19.04.2018 17:52
Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”
18.04.2018 12:07
Sumqayıtda Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirilib
18.04.2018 12:06
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir
17.04.2018 18:59
Xalq Artisti Lütfiyar İmanovun xatirəsi anılıb
17.04.2018 17:51
Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
17.04.2018 17:43
Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar