Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
824

Həştərxanda Üçüncü Xəzər Mediaforumu baş tutmuşdur

Cari ilin 28-29 sentyabr tarixində Rusiya Federasiyası Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyinin dəstəyi ilə Həştərxanda Üçüncü Xəzər Mediaforumu baş tutmuşdur. Tədbirdə Xəzəryanı ölkələrin – Azərbaycan Respublikasının, İran İslam Respublikasının, Qazaxıstan Respublikasının və Rusiya Federasiyasının nümayəndə heyətləri iştirak etmişdir.

Üçüncü Xəzər Mediaforumunun açılışından əvvəl Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin sammitdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb. Xəzəryanı ölkələrin jurnalistlərinin ifadə etdiyi ümumi fikrə görə Həştərxanda keçirilən mediaforumlar qonşu dövlətlər arasında təcrübə mübadiləsi və əməkdaşlığın möhkəmlənməsi üçün münasib məkandır.

Forumun proqramında plenar iclaslar, ustad dərsləri, stend diskussiyaları, yaradıcı görüşlər, Xəzəryanı region ölkələrinin KİV layihələrinin təqdimatı, “Sərhədsiz Xəzər” mövzusunda ən yaxşı jurnalist işi üçün müsabiqəyə yekun vurulması və digər tədbirlər nəzərdə tutulmuşdur.

Sentyabrın 28-də “Xəzər Mediaforumu-2017” çərçivəsində “Qrand otel Astraxan” məkanında Xəzər regionu ölkələrinin kütləvi informasiya vasitələrinin informasiya layihələrinin media nümayişi həyata keçirilib.

Azərbaycan nümayəndə heyəti tamaşaçılara “Sarıbaş” filmini, İran jurnalistləri balıq haqqında süjeti, Qazaxıstan nümayəndələri quşların həyatına və ekoloji turizmə həsr edilmiş mediakontenti, Rusiya Federasiyasının KİV nümayəndələri – “QTRK Lotos” və “Astraxan-24” regional kanalı Həştərxan quberniyasının 300 illiyi münasibətilə hazırlanmış media layihələrini nümayiş etdiriblər.

Forumda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTv) təqdim etdiyi  “Azərbaycan. Odlar yurduna səyahət” adlı film və "Aranfilm" yaradıcılıq mərkəzinin təqdim etdiyi “Sarıbaş” sənədli filmi nümayiş etdirilib. Filimlərə görə AzTv-nin baş redaktoru, aparıcı Tural Orucov və "Aranfilm" yaradıcılıq mərkəzinin bədii rəhbəri Tahir Əliyev “İnsan və Dəniz” nominasiyasına layiq görülüb.

“Azərbaycan. Odlar yurduna səyahət” filmində tamaşaçılar unikal təbiətimiz, qədim tariximiz, ölkəmizin turizm potensialı ilə tanış olmuşlar. Filmdə Azərbaycanın ən gözəl turistik marşrutları təqdim edillir. Ölkəmizin dünya xəritəsində coğrafi mövqeyindən danışılır, qədim tariximizə nəzər salınır. Bildirilir ki, alov hələ qədim zamandan Azərbaycanın rəmzinə çevrilib. İzləyicilər Bakının Suraxanı qəsəbəsindəki Atəşgah haqqında da məlumat əldə edirlər. Bildirilir ki, XVII əsrə aid məbəd UNESCO-nun qeyri maddi-mənəvi irs siyahısına salınıb.

Xəzər Media Forumu Mail.ru Group media layihələrinin baş redaktoru Olqa Sidorovanın master-klassı ilə yekunlaşıb. Olqa xanım indi tamaşaçılara rəqəmsal medianın necə baş verdiyini və 3-5 il ərzində nələr olacağını izah edib. Rəqəmsal media konsepsiyasını müəyyənləşdirən spiker, xəbərlər və idman bölmələrini və həmçinin 5 sahə: oyun, axtarış, sosial şəbəkələr, messenger və poçt portalını əhatə edən Mail.ru layihələrinin strukturunu şərh etmişdir.

XƏBƏRLƏR

23.01.2018 18:04
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək
23.01.2018 17:09
Milli İncəsənət muzeyində Tvinninq layihəsi tərəfindən “İtaliyada mədəniyyətin planlaşdırılmasında mövcud təşəbbüslərə dair nümunələr” mövzusunda təlim keçirilmişdir
23.01.2018 14:31
İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açılıb
23.01.2018 12:48
İrəvan teatrında “Ömür qatarı” tamaşasının premyerası olub
23.01.2018 12:31
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinə həsr olunmuş rəsm sərgisi və inşa yazı müsabiqəsi
22.01.2018 17:21
Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
22.01.2018 16:30
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirilib
22.01.2018 14:13
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar filmlər nümayiş olunub
22.01.2018 12:02
Respublikamızın şəhər (rayon) Mədəniyyət Mərkəzlərində “20 Yanvar - xalqımızın qan yaddaşı unudulmur” silsilə tədbirləri təşkil edilmişdir
22.01.2018 11:25
Azərbaycan filmi Brüsseldə beynəlxalq festivalda nümayiş olunub
20.01.2018 15:54
Nazir Əbülfəs Qarayevin Portuqaliyaya səfəri davam edir
19.01.2018 17:56
Turizm və Menecment Universitetində “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib
19.01.2018 17:55
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib
19.01.2018 17:51
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2018 17:50
20 Yanvar faciəsinin ildönümü münasibəti ilə Milli İncəsənət Muzeyində tədbirlər
19.01.2018 15:59
Özbəkistanda 20 yanvar şəhidləri anıldı
19.01.2018 15:56
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Bilik yarışı keçirilib
19.01.2018 15:53
Milanın La Skala səhnəsindən unudulmaz təəssürat
19.01.2018 15:53
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir
19.01.2018 15:50
Sabirabad rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
19.01.2018 12:25
EHTTA-nın İcraiyyə Şurasında Nazirlik təmsil olunur
19.01.2018 00:00
ADGTT-da 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib
18.01.2018 17:50
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
18.01.2018 16:54
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
18.01.2018 16:43
Musiqili Teatrının yanvar ayının son həftəsi üçün repertuarı
18.01.2018 16:35
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçirildi