Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
711

Forum çərçivəsində UNESCO-Şarjah mükafatı təqdim edilib

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ərəb mədəniyyəti üçün UNESCO-Şarjah mükafatının təqdimat mərasimi keçirilib.

Tədbiri açan UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif ərəb mədəniyyəti üçün UNESCO-Şarjah mükafatı barədə məlumat verib. Bildirilib ki, 1998-ci ildə təsis olunan mükafat hər il ərəb mədəniyyətinin və incəsənətinin inkişafında xidmətləri olan iki şəxsə verilir. Bu mükafata namizədlər ərəb mədəniyyətinin dünya miqyasında inkişafına, yayılmasına və təşviqinə əhəmiyyətli töhfələr verməlidirlər.

Fransanın Yuxarı Elzas Universitetində medievalist, "Strasbourg-Mediterranee" Festivalının prezidenti Miriam Şopin bildirib ki, mükafata laureatlar UNESCO-nun baş direktoru tərəfindən beynəlxalq ekspertlərdən ibarət münsiflər heyətinin tövsiyəsi əsasında seçilir. Bu gün dünyanın üzləşdiyi qloballaşma, dərin siyasi dəyişikliklər və sosial mutasiya fonunda bu mükafat tam olaraq qarşılıqlı anlaşma dəyərlərini təcəssüm etdirir.

Şarjah İncəsənət Fondunun mədəniyyət və informasiya şöbəsinin sədri Abdullah əl-Ovais deyib ki, Şarjah mükafatı ərəb mədəniyyətinin təşviqi üçün təqdim olunur. Bu, ərəb dünyası alimlərinin əsərlərinin beynəlxalq miqyasda tanınmasına zəmin yaradan mükafatdır. Beynəlxalq təşkilatlar tərəfindən tanınan bu mükafatın təqdimat mərasiminin belə nüfuzlu tədbirdə keçirilməsi müxtəlif mədəniyyətlərdən olan insanların diqqətini ərəb dünyasının alimlərinin əsərlərinə yönəltməyə kömək edəcək.

UNESCO-Şarjah mükafatı laureatı rəssam El Seed Faouzi öz əsərlərində ərəb dünyasına xüsusi yer verdiyini bildirib. Fransada böyüməsinə baxmayaraq, ərəb mədəniyyətinə vurğun olduğunu deyən El Seed Faouzi əsərləri ilə İslam incəsənətinə töhfə verməkdən məmnun olduğunu qeyd edib.

Digər laureat musiqiçi Şamma Nasir musiqi vasitəsilə ərəb mədəniyyətinin inkişafına töhfə verdiyi üçün xoşbəxt olduğunu deyib. Qeyd edilib ki, mədəniyyətlərin inkişafı, yayılması üçün musiqidən istifadə etmək çox əhəmiyyətli ola bilər. İfa etdiyi musiqi aləti vasitəsilə bu prosesə dəstək verdiyini deyən Şamma Nasir müxtəlif ölkələrə səfər etdiyini, həmin ölkələrdə gənclərə bu sənətinin sirlərini öyrətdiyini bildirib. Diqqətə çatdırıb ki, gənclər incəsənəti daha tez qavrayırlar. Buna görə də gələcəkdə incəsənət vasitəsilə ərəb mədəniyyətinin inkişafına töhfə vermək üçün onların istedadlarını üzə çıxarmaq zəruridir.

Çıxışlardan sonra Şəmma Nasirin və azərbaycanlı tarzən Şəhriyar İmanovun ifasında musiqilər səsləndirilib.

XƏBƏRLƏR

21.07.2018 17:31
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib
21.07.2018 16:24
Nazir müavini Sevda Məmmədəliyeva məşhur Uffitsi Qalereyasının direktoru Ayke Şmit ilə görüşdü
20.07.2018 16:41
Nazir Əbülfəs Qarayev Qazax rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
20.07.2018 11:27
Nazir Əbülfəs Qarayev Qazaxda vətəndaşlarla görüşüb
20.07.2018 10:26
Nazir “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarla tanış olub
19.07.2018 15:43
Qusarda “Muzey işçilərinin assosiasiyası”nın yaradılmasına dair iclas keçirilmişdir
19.07.2018 11:52
Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilir
19.07.2018 11:13
Kiyevin mərkəzində Müslüm Maqomayev adına parkın təntənəli açılış mərasimi olub
18.07.2018 17:41
İtaliya Prezidentinin qızı Laura Mattarella Qobustan Milli Tarixi-Bədii Qoruğu ilə tanış olub
18.07.2018 09:55
Göygöldə Turistik Məlumat İdarəetmə Sisteminin açılışı olub
17.07.2018 17:49
Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018 16:56
Milli Konservatoriyada Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib
17.07.2018 14:17
Ağstafa regional mərkəzdə səyyar seminar-treninqə bu gün start verildi
17.07.2018 09:41
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.07.2018 09:32
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransının açılış mərasimi olub
16.07.2018 15:59
Azərbaycan Respublikasının mədəniyyət naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16.07.2018 15:48
Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə yekun vurub
16.07.2018 15:01
“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Mingəçevir şəhəri olub
16.07.2018 14:49
Bakıda kitabxanaların əməkdaşlığı genişlənir
16.07.2018 09:10
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı xalqımızın mədəni irsinin təbliğinə xidmət edir
13.07.2018 17:55
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Ümumdünya Konfransı Bakı şəhərində keçiriləcəkdir
13.07.2018 17:45
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümə “Leyli və Məcnun “ tamaşası ilə yekun vuracaq
13.07.2018 15:06
Mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası
13.07.2018 14:49
Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş keçirildi
12.07.2018 18:55
Dövlət Xidmətinin rəisi Qəbələ Dövlət tarix-bədii qoruğunda olub
12.07.2018 17:56
Xüsusi qayğıya ehtiyacı olan sənətkarların seminar və sərgi təşkil olunub
12.07.2018 16:40
Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq
12.07.2018 15:45
Mədəniyyət Nazirliyində regional mədəniyyət idarələrinin tabe rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
12.07.2018 12:04
İyulun 12-də TÜRKSOY-un yaradılmasının 25 ili tamam olur
11.07.2018 18:53
Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 18:51
Kukla teatrı mövsümü başa vurur
11.07.2018 18:45
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib
11.07.2018 17:57
Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir
11.07.2018 12:30
Akademik Milli Dram Teatrı mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 12:20
Salyanda yeni “DAMA” art-studiyası yaradıldı