Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
854

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda təşkil olunan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna mayın 6–da yekun vurulub.

Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə reallaşıb.

Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi Forumun əhəmiyyətindən danışıb. "Forumun çox zəngin proqramı vardır. İki gün ərzində bizim müzakirə etdiyimiz məsələlər beynəlxalq əməkdaşlıq baxımından çox önəmli idi. Aparılan müzakirələr bizi yenidən bu məsələlərə qatılmağa vadar edir. Dialoq çox önəmlidir. "Bakı prosesi" bir daha sübut edir ki, hələ də əməkdaşlıq əlaqələri yaxşı səviyyədə qurulmayıb. Bu istiqamətdə birlikdə çalışmalıyıq", - deyə natiq bildirib.

Beynəlxalq təşkilatla birlikdə "Bakı prosesi"nə yeni töhfələr verəcəklərini söyləyən alim bu prosesin yeni layihələrə rəvac verəcəyini vurğulayıb.

O qeyd edib ki, Forumda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması, turizmin inkişafı və digər məsələlərə toxunulub. Həmçinin mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülüb.

UNESCO-nun baş direktoru İrina Bokova Forumla bağlı fikirlərini bölüşüb. Bildirib ki, hər bir yekun yeni başlanğıclar üçün imkanlar yaradır. Biz Bakıdan yeni fikirlərlə, ideyalarla ayrılacağıq.

Birinci Forumdan ötən müddət ərzində görülən işlər artıq öz bəhrəsini verir. Bu mənada ki, Forumun coğrafiyası ötən müddət ərzində çox genişlənib.

O deyib: "UNESCO-nun hər iki tədbirinin təşkilinə Azərbaycan dövləti böyük dəstək verdi. Biz IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində bir sıra tədbirlər keçirtdik. UNESCO ümumilikdə forum çərçivəsində 13 tədbir keçirib və təşkilatdan 25 nəfər burada iştirak edib".

"Forumda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə, həmçinin bir sıra ölkələrin birinci xanımları ilə görüşlərimiz oldu. Bu görüşlərdə qadınların təhsili məsələsi ilə bağlı müzakirələr apardıq. Qadınların təhsili önəmlidir, ona görə ki, ekstremizmə qarşı mübarizədə bu, olduqca vacibdir. Bu Forum bizim üçün yaxşı fürsətdir. Keçirilən görüşlər, müzakirələr olduqca önəmli idi. Biz hər zaman bu Foruma öz töhfəmizi verməyə çalışacağıq", - deyə UNESCO-nun rəhbəri vurğulayıb.

Bu gözəl ölkədə, Şərqlə Qərbin qovuşuğunda belə bir Forumu keçirmək olduqca maraqlıdır. Bu, Azərbaycanın uğurudur. Mən Forumdan çox nikbinliklə ayrılıram və gələcəyə inamla baxıram.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser Azərbaycan Prezidentinə belə bir əhəmiyyətli forumun təşkilinə görə təşəkkür edib. Bildirib ki, mədəniyyətlərarası və dinlərarası dialoq məsələsi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Azərbaycanla əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirən Nassir Abdulaziz Al-Nasser diqqətə çatdırıb ki, Azərbaycan hökuməti və BMT-nin Sivilizasiyalar Alyansı gələn il "Bakı prosesi"nin 10-cu ildönümünü qeyd edəcək və bu münasibətlə mükafatlar yüksək səviyyəli rəsmilərə təqdim olunacaq.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının Prezidentinə, Birinci vitse-prezidentinə, Azərbaycan xalqına təşəkkür edib. O deyib: "Bu forum əslində bir başlanğıcdır. Biz ISESCO olaraq tərəfdaşlığı davam etdirməliyik. Forumda hər kəs fəal iştirak etdi".

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan hökumətini təbrik edərək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun artıq ənənəyə çevrildiyini vurğulayıb. "Biz düzgün vaxtda, düzgün məkanda lazımi mövzunu müzakirə etdik. Bu iş davam etdiriləcək və gələcək nəsillər üçün faydalı olacaq", - deyən Taleb Rifai Forumun yüksək səviyyədə təşkil edildiyini vurğulayıb.

Azərbaycanın müstəqil dövlət kimi gənc, eyni zamanda, müasir ölkə olduğunu qeyd edən Taleb Rifai deyib: "Biz mədəniyyətlərarası dialoq haqqında danışarkən başqalarına dərs öyrətmək məqsədi daşımırıq. Əksinə, biz özümüz üçün nəticələr çıxarmalıyıq. Elə mühit yaratmalıyıq ki, insanlar bir-biri ilə əlaqədə olsunlar. Bakıda təşkil edilən Forumda iştirak etməyimizdən qürur duyuruq".

Tədbirdə çıxış edən digər natiqlər Azərbaycanın belə yüksək təşkilatçılığına görə təşəkkür ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın böyük sayda beynəlxalq təşkilatların üzvü olması məsuliyyəti daha da artırır. O deyib: "Birinci dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 40 ölkə ilə başladıq. Hazırda isə bu Forumda 123 ölkə təmsil olunur. İştirakçıların sayı 1500 nəfərdən çoxdur və onların təxminən 800-ü xaricdən gəlib. Forum müddətində 200 məruzəçi çıxış edib, 40 müxtəlif tədbir, o cümlədən sessiya, "dəyirmi masa" və s. təşkil edilib. Habelə 47 beynəlxalq təşkilatın rəhbərləri bir otaqda əyləşərək müzakirələr aparıblar. Bütün sessiyalarda keçirdiyimiz hər məqam canlı şəkildə BMT televiziyası və BMT veb-saytı vasitəsilə yayımlanıb".

"Bakı prosesi"nin davam edəcəyini bildirən Ə.Qarayev gələn il bu prosesin 10 yaşı olacağını diqqətə çatdırıb. "Biz tarixi yaddan çıxarmamalıyıq. Çünki tarixi bilmədən gələcəyi görmək olmaz", - deyən Ə.Qarayev bütün iştirakçılara Azərbaycan hökuməti adından təşəkkür edib.

Sonda xatirə şəkli çəkdirilib.

XƏBƏRLƏR

26.09.2018 13:57
X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb
25.09.2018 17:02
Gənc mədəniyyət işçiləri öz gücünü idmanda sınadılar
25.09.2018 16:15
Sumqayıtda silsilə tədbirlər keçirilib
25.09.2018 11:51
Mədəniyyət naziri Qusarda vətəndaşlarla görüşüb
25.09.2018 10:59
Görkəmli opera müğənnisi Firəngiz Əhmədovanın 90 illiyi qeyd olundu
24.09.2018 16:20
Sumqayıt Regional mədəniyyət idarəsinin müşavirəsi keçirilib
24.09.2018 16:19
İkinci M.A.P. Bakı Beynəlxalq İncəsənət Festivalının proqramı olduqca zəngindir
24.09.2018 16:13
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Qara Qarayevin kino musiqisi” kitabı işıq üzü görmüşdür
24.09.2018 14:51
Akademik Milli Dram Teatrında “Sinif yoldaşları” tamaşasının premyerası olub
24.09.2018 12:10
SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayev ilə yaradıcı görüş keçiriləcək
24.09.2018 12:06
Oğuzda “Şəfa” bayramı keçirilib
24.09.2018 11:09
Qara Qarayevin 100 illiyi Moskvada qeyd olunub
24.09.2018 11:00
Heydər Əliyev Mərkəzində Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının bağlanış konserti keçiriləcək
24.09.2018 09:21
Adana festivalında Azərbaycan kinosunun 120 illik yubiley mərasimi böyük maraqla qarşılanıb
22.09.2018 20:09
Nazir Əbülfəs Qarayev Moskva Hökumətinin naziri Aleksandr Kibovski ilə görüşmüşdür
22.09.2018 12:12
Bakıda görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçirildi
21.09.2018 17:10
Respublika Gənclər Kitabxanasının 90 illiyi münasibəti ilə kitab sərgisi keçirildi
21.09.2018 16:35
Bəstəkarlar İttifaqının “Üzeyir Hacıbəyli” medalı Xalq yazıçısı Anara təqdim olundu
21.09.2018 15:41
Akademik Milli Dram Teatrında “Sinif yoldaşları” tamaşasının premyerası olacaq
21.09.2018 15:34
Bakıda SSRİ Xalq artisti, görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçiriləcək
21.09.2018 14:58
Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomu təqdim olunub
21.09.2018 14:29
Respublika Gənclər Kitabxanasında Beynəlxalq Sülh Günü münasibəti ilə “Dünyanı sülhə səsləyək” adı altında dəyirmi masa keçirilib
21.09.2018 14:15
Azərbaycan Xalça Muzeyində “Beynəlxalq Sülh Günü” qeyd olunub
21.09.2018 10:02
Görkəmli opera müğənnisi Firəngiz Əhmədovanın 90 illiyi qeyd olundu