Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
673

Azərbaycanın mədəni marşrutlar şəbəkəsinə qoşulması turizmin inkişafına təkan verəcək

Azərbaycanın mədəni marşrutlar şəbəkəsinə qoşulması turizmin inkişafına təkan verəcək.

Bu fikir IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq üçün Avropa Şurasının mədəni marşrutlar şəbəkəsi” mövzusunda keçirilən sessiyada səslənib.

Avropa Şurasının mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni bildirib ki, bu şəbəkə ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələrin və mədəniyyətlərarası dialoqun inkişafında əhəmiyyətli rol oynayır, turizmin inkişafına yol açır. Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinə 1987-ci ildən bu günədək 30-dan çox ölkə qoşulub. Burada Avropa və Avropadan kənar ölkələrin marşrut şəbəkələri var.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov sessiyanın mövzusunun Azərbaycan üçün əhəmiyyətini, mövzunun iki vacib məqama – turizm və mədəniyyət sahəsinə toxunduğunu diqqətə çatdırıb. Bildirib ki, hesablamalara görə, 2030-cu ildə dünyada turistlərin sayı 1,8 milyard nəfərə çatacaq. Azərbaycan-Gürcüstan transsərhəd marşrutu Qafqaz mədəniyyətinin inkişafında vacib rola malikdir. Bu marşrut daha da təkmilləşdirilərək turizmin inkişafına töhfə veriləcək.

“Azərbaycan tarixi abidələr, təbiət mənzərəsi olan məkanlarla zəngindir. Ölkəmizə üz tutan turistlərin sayı hər il artır və onlar Azərbaycanın turizm potensialının şahidi olurlar”, - deyə nazir müavini vurğulayıb.

“Müqəddəs Olavın Yolları” adlı marşrut şəbəkəsinin nümayəndəsi Hans Morten Lovrod qeyd edib ki, bu marşrut tarix ərzində ticarət, miqrasiya və müharibələr üçün istifadə olunub. Marşrutun adı din xadimi Olavın adı ilə bağlıdır. “Müqəddəs Olavın Yolları” insanlar arasında dini tolerantlıq və mədəniyyətlərin uzlaşmasını təmin edən əhəmiyyətli marşrut şəbəkəsidir.

Avropa Şurasının mədəni marşrutlarının eramızdan əvvəlki qayaüstü incəsənət nümunələri üzrə məruzəçisi Ramon Montes video təqdimatla çıxış edib. Təqdimat zamanı qayaüstü incəsənət nümunələrindən bəhs edən məruzəçi Azərbaycanın bu istiqamətdə xüsusi yeri olduğunu söyləyib. Qobustanın Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinə qoşulması ilə bu sahə daha da genişləndirilib. Qobustan qoruğu Azərbaycanın minillik tarixini özündə əks etdirən ən mühüm abidələrdəndir. Bundan əlavə, Azərbaycanda başqa məkanlar da var və onlar həm turizm, həm də tarixi baxımdan vacib mövqedədir.

“Iter Vitis” Mədəni Marşrutu üzrə nümayəndə Emanuel Panke marşrutun üzümçülük və şərabçılıqla bağlı olduğunu deyib. “Şərabçılıq və üzümçülük xalqların ortaq mədəniyyəti və məşğuliyyətidir. İnsanlar ziyafətlərdə, dostluq tədbirlərində şərabdan istifadə edirlər. Düşünürəm ki, şərab da mədəniyyətlərarası dialoqa töhfə verən bir vasitədir. Qafqaz ölkələri arasında Azərbaycan və Gürcüstanda üzümçülük və şərabçılıq geniş yayılıb. Bu ölkələrlə geniş əməkdaşlıq edirik. 2018-ci ildə Azərbaycanda üzümçülük və şərabçılıq marşrut şəbəkəsi ilə bağlı təqdimatlar etməyi düşünürük”, - deyə E.Panke vurğulayıb.

“The Routes of the Olive Tree” təşkilatının nümayəndəsi Denise De Ruz zeytun ağacları marşrut şəbəkəsindən söz açıb: Zeytun ağacı tarixboyu mədəniyyətin, sülhün, sivilizasiyanın simvolu olub. Bir çox qədim tarixi əsərlərin, arxeoloji qazıntılar zamanı aşkarlanan əşyaların üzərində zeytun ağacının cizgilərinə rast gəlmək olur.

Sessiya çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə Azərbaycanın Avropa Şurasının mədəni marşrutlar şəbəkəsinə qoşulması ilə bağlı sertifikat təqdim olunub.

Nazir Azərbaycanın bu marşrut şəbəkəsində iştirakının əhəmiyyətini və ölkəyə əlavə turistlərin cəlbi üçün şərait yarandığını diqqətə çatdırıb.

XƏBƏRLƏR

20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi
20.04.2018 17:40
Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib
20.04.2018 17:27
Şəmkir hərbi birliyinin hərbi şəhərciyində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir
19.04.2018 17:52
Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”
18.04.2018 12:07
Sumqayıtda Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirilib
18.04.2018 12:06
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir
17.04.2018 18:59
Xalq Artisti Lütfiyar İmanovun xatirəsi anılıb
17.04.2018 17:51
Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
17.04.2018 17:43
Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar