Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
20.04.2018 17:40
“23 aprel – Beynəlxalq kitab və müəllif hüquqları günüdür”20.04.2018-ci il tarixində Azərbaycan Milli Kitabxanasında “23 aprel – Beynəlxalq kitab və müəllif hüquqları günüdür” adlı geniş kitab sərgisi açılmışdır. Sərgidə Azərbaycan və rus dillərində dünya ədəbiyyatı nümayəndələrinin əsərləri,  müəlliflik hüququ ilə bağlı kitablar və dövri mətbuat materialları sərgilənir. Sərgi bir həftə davam edəcək. ..
20.04.2018 17:40
Milli Kitabxanada Tofiq Hüseynoğlu-80” adlı kitab sərgisi açılmışdır20.04.2018-ci il tarixində Azərbaycan Milli Kitabxanasında ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Tofiq Hüseyn oğlu Hüseynovun anadan olmasının 80 illik yubileyi münasibətilə “Tofiq Hüseynoğlu-80” adlı kitab sərgisi açılmışdır. Sərgi alimin əsərləri, tərtib etdiyi, redaktoru olduğu, ön söz yazdığı, haqqında olan kitablardan və dövri mətbuat materiallarından ibarətdir. Sərgi bir həftə davam edəcək. ..
20.04.2018 17:37
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşırAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniya Respublikası Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə may ayının 10-dan 16-dək Bitola şəhərində keçiriləcək  “XX Beynəlxalq Monodram” festivalında iştirak edəcək. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq  sözügedən festivalda iştirak etmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidovun müvafiq əmri ilə Xalq artisti, rejissor Cənnət Səlimova, Əməkdar artist Şövqi Hüseynov və səhnə maşinisti Zaur Abasov may ayının 10-dan 16-dək Bitola şəhərinə ezam olunacaqlar. Kollektiv festivalda P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edərək, festivalın proqramına uyğun  olaraq 1 tamaşa nümayiş etdirəcək, daha sonra dünyanın bir sıra teatr mütəxəssisinin rəhbərliyi ilə keçiriləcək ustad dərslərdə, treninqlərdə, səhnə döyüşü və texnikası məşğələlərində də iştirak edəcəklər.  Qeyd edək ki, “Kontrabas“ tamaşası indiyədək  İran, Türkiyə, Moldova, Rusiya və Ukrayna Respublikalarında  keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb. ..
20.04.2018 17:29
Mərkəzi İncəsənət Məktəbində Ustadla görüş18 aprel 2018-ci il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində hazırda Fransada yaşayan həmyerlimiz, görkəmli pianoçu, beynəlxalq konsert ifaçısı, pianoçuların Ədilə Əliyeva adına Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin prezidenti Ədilə Əliyevanın ustad dərsləri keçirildi. Dərslərdə Bakının müxtəlif musiqi tədris ocaqlarında təhsil alan istedadlı gənc pianoçular iştirak etdi. Bunlardan Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Nərgiz Əliyeva S. Prokofyevin “Sarkazm” pyesini, Münəvvər Alıyeva isə İ. S. Baxın 12 saylı invensiyasını və Y. Haydnın Sonata-partitasını, Ü. Hacıbəyli adına BMA-nın Məktəb-studiyasının şagirdi  Humay Nəbiyeva V. A. Motsartın 8 saylı sonatasını, 22 saylı Musiqi Məktəbinin şagirdi Amin Məhərrəmzadə İ. S. Baxın II cild YTK-dən 12 saylı prelüdiya və fuqasını Ədilə xanıma təqdim edərək “fortepiano şəhzadəsi”nin qiymətli məsləhətlərini almaq imkanını əldə etdilər. Ədilə xanımla yeddi saat davam edən ünsiyyətdən böyük həzz alan şagird və müəllimlər ustada öz minnətdarlıqlarını bildirərək, daim belə dərslərin keçirilməsində maraqlı olduqlarını və ondan növbəti görüşlər ümüdi ilə ayrıldıqlarını söylədilər. ..
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq20-22 aprel tarixlərində saat 19.00-da “Talelər qovuşanda” (R.Hacıyev, F.Zöhrabov, E.Ocaqov), “Toya bir gün qalmış” (Ə.Səmədli) və  “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları təqdim ediləcək. Musiqili Teatr balaca teatrsevərlərin görüşünə 21 və 22 aprel saat 12:00-da “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər) və “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov) tamaşası ilə gələcək. Teatrsevərlər nümayiş olunacaq səhnə əsərlərində milyonların sevimli gülüş ustası, xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Nahidə Orucova, Şövqü Hüseynov, aktyorlar Məhərrəm Qurbanov, Möylə Mirzəliyev, Rəsmiyyə Nurməmmədova, Ağaxan Şərifov, Elxan İsmayılov, Ülviyyə Əliyeva, Elçin İmanov, Emil Heydərov, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Hüseyn Əlili, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Eleanora Mustafayeva, Güldanə Əzimova, Nadir Xasiyev, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Elnarə Nağdəliyeva, Türkel Tariqpeyma, Əmrah Dadaşov, Mehriban Zalıyeva, Şaban Cəfərov, Nicat Əli, Ruslan Mürsəlov, Fərid Rzayev, Eleanora Mehdiyeva, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər. Həftəni xoş ovqatla və yaddaqalan başa vurmaq istəyən hər kəs 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.  ..
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdirATMU-nun “Biznes idarəçiliyi“ fakiltəsinin təşkilatçılığı ilə “Amrahbank“ ASC və Azərbaycan Banklar Assosiasiyasının birgə “Turizm müəssisələrində nağdsız hesablaşmalar“ mövzusunda təlim keçrilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planına uyğun olaraq sənaye - ATMU əməkdaşlığı çərçivəsində keçirilən kompleks tədbirlər davam edir. 19 aprel 2018 il tarixində ATMU-nun “Biznes idarəçiliyi“ fakiltəsinin təşkilatçılığı ilə “Amrahbank“ ASC və Azərbaycan Banklar Assosiasiyasının birgə “Turizm müəssisələrində nağdsız hesablaşmalar“ mövzusunda təlim keçrilmişdir. Təlimdə Biznes idarəçiliyi fakültəsinin dekanı Anar Mirzəyev və təlimin kordinatoru, “İqtisadiyyat” kafedrasının dosenti Səkinə Hacıyeva çıxış edərək bildirdi ki,-“ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ındə turizm sektorunda  müvafiq peşə hazırlığı üzrə təlimlərin keçirilməsi və keyfiyyət sisteminin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilməsi prioritet bir məsələ kimi qarşıya qoyulmuşdur. İqtisadiyyatın müxtəlif sahələrində biznes fəaliyyəti ilə məşğul olan müəssisələr üçün kadrların hazırlığı prosesində keyfiyyət məsələlərinə diqqət yetirilməsi hazırda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu ayrı-ayrı sahələr üçün kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssiələrinin qarşısında yeni tələblər irəli sürür. Bu məsələnin həll edilməsi üçün biznes strukturlarının kadrların peşə, ixtisas hazırlığı səviyyəsinə olan tələbatlarının müəyyən olunması və ona müvafiq olaraq tələbələrə zəruri bilik və bacarıqların aşılanması üzrə tədbirlər həyata keçirilməlidir. Hazırda ölkəmizdə bir sıra sahibkarlıq strukturları iqtisadiyyatın müxtəlif sahələri üçün milli rəqabətqabiliyyətli kadrların hazırlanması işində yaxından iştirak edərək öz korporativ sosial məsuliyyət siyasətlərinin reallaşdırılması çərçivəsində çoxşaxəli işlər görürlər. ATMU-un “İqtisadiyyat” kafedrası real sektorla əməkdaşlıq əlaqələrini daim genişləndirərək tələbələrin gələcəkdə əmək bazarına keyfiyyətli kadr kimi daxil olması və öz bilik və bacarıqlarını reallaşdırması, gələcəkdə işlə təmin olunması üzrə kompleks tədbirlər həyata keçirir. Bu tədbirlər çərçivəsində Azərbaycan Banklar Assosiasiyasının “Təhsilə dəstək” layihəsində iştirak da nəzərdə tutulmuşdur. Bu gün “Nağdsız hesablaşmalar“ mövzusunda təlim təşkil edilmişdir. Hörmətli tələbələr, gələcəkdə təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində fəaliyyət göstərərkən nağdsız hesablaşmanın həyata keçirilməsi prinsiplərinə, xüsusiyyətlərinə dair geniş, ətraflı biliklərə malik olmağınız sizin biznes idarəçiliyinin müxtəlif sferalarında bir peşəkar kadr kimi fəaliyyətinizdə çox lazım olacaq, bu  biliklərin əldə olunması xüsusilə “Maliyyə” ixtisası üzrə təhsil alan tələbələr üçün zəruridir. Əminik ki, peşəkar mütəxəsis “Əmrahbankın” filialının direktoru Ramin Bayramovun təcrübə və məlumatları sizin üçün çox faydalı olacaq” Təlimdən sonra Ramin Bayramov təlimdə iştirak edən tələbələrin çox saylı suallarına cavab verdi. Sonda Səkinə Hacıyeva təlimin təşkili və keçirilməsinə görə “Amrahbank“ ASC-nin və Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyinə o cümlədən təlimçi Ramin Bayramova ATMU adından dərin təşəkkürünü bildirdi. ..
20.04.2018 14:42
“Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda geniş tədbir keçirilibSalyan rayon Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda geniş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Lətif Zərbəliyev açaraq Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğısından danışıb. O qeyd edib ki, Heydər Əliyev xalqın təkidi ilə Azərbaycana qayıdandan sonra ölkəmiz sülh, əmin-amanlıq şəraitində yaşayır. Bu gün onun siyasətini prezident İlham Əliyev uğurla davam etdirir. Sonra 5 saylı şəhər klubunun müdiri Aytəkin Bədəlova “Heydər Əliyev və mənəvi dəyərlərimiz” mövzusunda geniş məruzə ilə çıxış edib. Sonda mədəniyyət işçiləri xalqın böyük dəstəyi ilə yenidən prezident seçilən İlham Əliyevi təbrik etdilər. Eyni mövzulu tədbirlər qrafikə uyğun olaraq mayın 5-dək şəhər və kənd mədəniyyət evləri və klublarında keçiriləcək. ..
20.04.2018 14:41
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının iki sənətçisi Beynəlxalq Teatr Festivalında münsiflər heyətinə qatılacaqAzərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Azərbaycan və Kalmıkya Respublikalarının Əməkdar İncəsənət xadimi Bəhram Osmanov və teatrın aktyoru, Azərbaycan və Kalmıkya Respublikalarının Əməkdar artisti Şövqü Hüseynov bu ilin aprel ayının 25-dən mayın 1-dək İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək V Beynəlxalq Küçə Teatrları Festivalında münsiflər heyətinin tərkibində iştirak etmək üçün Təbriz Bələdiyyəsinin Mədəniyyət və İncəsənət təşkilatı tərəfindən dəvət almışdır. Sənətçilər sözügedən Beynəlxalq tədbirdə iştirak etmək məqsədi ilə Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrının direktoru Əməkdar incəsənət xadimi Mübariz Həmidovun müvafiq əmri  ilə bu il aprel ayının 24-dən 01-dək İran İslam Respublikasının Təbriz şəhərinə ezam olunucaqlar. Festival çərçivəsində Azərbaycan teatr sənətçiləri teatr sənətinə aid müxtəlif treninqlərdə, ustad dərslərdə və seminarlarda çıxış edərək Azərbaycan teatrının 145 və ADGTT-nın 90 illik yaradıcılıq fəaliyyəti barədə festivalda iştirak edən digər xarici ölkə teatr mütəxəsislərinə və təbrizli həmkarlarına məlumat verəcəklər. ..
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdirCari ilin 18 aprel tarixində Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, “Bakı Prosesi” beynəlxalq işçi qrupunun katibi Vasif Eyvazzadə YUNESKO baş qərargahında keçirilən qurumun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə”nin həyata keçirilməsi ilə bağlı iclasında iştirak etmişdir. Tədbir çərçivəsində V.Eyvazzadə və Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində fəaliyyəti və “Bakı Prosesi”nin tarixi və əhəmiyyətinə dair təqdimatla çıxış etmişdirlər. Daha sonra V.Eyvazzadə YUNESKO baş direktorunun müavini Nada Al-Naşif və təşkilatın mədəniyyətlərarası dialoqa cavabdeh olan departamentinin əməkdaşları ilə görüş keçirdi. Görüşdə Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov həmin gün keçirilən Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihəyə həsr olunan tədbirdə Azərbaycana xüsusi yer ayrıldığına görə Nada Al-Naşifə təşəkkür etdi və ölkəmizin “Bakı Prosesi” çərçivəsində YUNESKO ilə sıx əməkdaşlıqdan məmnun olduğunu bildirdi. Vasif Eyvazzadə ötən 10 il müddətində “Bakı Prosesi”nin qlobal hərəkata çevrilməsində YUNESKO-nun dəstəyinə görə təşəkkür edərək növbəti mərhələdə bu beynəlxalq təşəbbüsün prioritetləri barədə məlumat verdi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq “Bakı Prosesi”nin 10 illiyinə həsr olunan tədbirlərin beynəlxalq təşkilatlarda və xarici ölkələrdə təqdimatının keçirilməsinə başlanıldığını diqqətə çatdırdı. Nada Al-Naşif YUNESKO-nun Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu və “Bakı Prosesi”ni mədəniyyətlərin dialoqu üçün əsas platforma kimi gördüklərini qeyd etdi. Daha sonra növbəti il üçün əsas plan və layihələr barədə müzakirə aparıldı. ..