Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
243

2018-ci il TÜRKSOY çərçivəsində “Qara Qarayev” ili elan edilmişdir

Xəbər verdiyimiz kimi, cari ilin 4-5 dekabr tarixində Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev və Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Tamerlan Axundov iştirak etmişdirlər.

İclasda TÜRKSOY-un 2017-ci il üzrə fəaliyyətinin yekunları dinlənilmiş, 2018-ci il üçün fəaliyyət planı müzakirə edilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov çıxış edərək ölkəmizlə TÜRKSOY arasında sıx əməkdaşlıq əlaqələrindən, ölkəmizin TÜRKSOY-dakı fəaliyyətindən danışmışdır.

Azərbaycanın da dəstəyi ilə Düsen Kaseinov səs çoxluğu ilə 2017-2020-ci illər üzrə yenidən  TÜRKSOY-un baş katibi seçilmişdir.

İclasda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təklifi ilə Türkiyənin Kastamonu şəhəri TÜRKSOY Daimi Şurası tərəfindən 2018-ci il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunmuşdur.

Bundan əlavə, TÜRKSOY Daimi Şurası 2018-ci ildə Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin 100 illik, Qazax şairi Magjan Cumabayevin 125 illik və Qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileylərinin qeyd olunmasını qərara almışdır. Qeyd edək ki, 2018-ci ildə təşkilatın tarixində ilk dəfə üç görkəmli şəxsiyyətin yubileyi qeyd olunacaq.

Sonda TÜRKSOY Daimi Şurasının 35-ci iclasının Yekun Bəyannaməsi imzalanmışdır.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə digər türkdilli ölkələrin nümayəndələri arasında görüşlər keçirilmiş, əməkdaşlıq əlaqələrinin inkişafı müzakirə edilmişdir.

İclasdan sonra “Türküstan-türk dünyasının mədəniyyət paytaxtı-2017” mədəniyyət ilinin bağlanış mərasimi keçirilmişdir.

 

XƏBƏRLƏR

15.12.2017 17:48
"Regional mədəniyyət və turizm idarələrinin inteqrasiyalı idarəetmə planı"nın təqdimat mərasimi keçirildi
15.12.2017 16:53
Regional idarələrin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
15.12.2017 16:43
Özbəkistanın Respublika sarayı “Türküstan”da keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur
15.12.2017 16:21
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Klassik və Folklorun Gənc İfaçılarının "WORLD HARMONY" adlı I Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçiriləcək
15.12.2017 16:11
“Qətibə İnanc” tamaşasının premyerası keçirilib
15.12.2017 16:01
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru 36-cı Beynəlxalq Fəcr festivalının münsiflər heyətində
15.12.2017 15:09
“Nar bağı” bədii filminin qadın rol ifaçısı Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olmuşdur
15.12.2017 14:48
Əcnəbi dil qabiliyyəti olan 17 nəfər gənc ölkəmizdə turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb
15.12.2017 14:46
Ali təhsil ocaqları ilə mehmanxana müəssisələrinin işbirliyi müzakirə olundu
15.12.2017 14:34
Regional mədəniyyət və turizm idarələrinin saytlarının təqdimatı keçirildi
15.12.2017 14:31
"İlin ən yaxşı kitabxanası" müsabiqəsinin qalibləri mükafatlandırıldı
15.12.2017 14:16
Gənc Tamaşaçılar Teatrında həftəsonu 8 tamaşa nümayiş olunacaq...
15.12.2017 12:51
Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşlarla görüşüb
14.12.2017 16:02
Mədəniyyət və Turizm Nazirliyi ilə BP şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
14.12.2017 15:16
“ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunacaq
14.12.2017 14:13
ADGTT Rusiya mətbuatında
14.12.2017 10:01
Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
13.12.2017 18:04
Nazir Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellos ilə görüşüb
13.12.2017 18:00
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın səfiri xanım Karol Krofts ilə görüşüb
13.12.2017 17:39
“Qətibə İnanc” tamaşasının premyerası keçiriləcək
12.12.2017 15:39
Mədəniyyət və Turizm Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib
12.12.2017 15:01
YUNESKO və BMÜTT-nin birgə təşkilatçılığı ilə Oman Sultanlığında Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilir
11.12.2017 17:52
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub
11.12.2017 17:13
Avropa SPA Assosiasiyasının (ESPA) nümayəndəsi Naftalanda
11.12.2017 16:46
Binə qəsəbə Mədəniyyət Mərkəzində uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib
11.12.2017 16:42
Paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirə keçirildi
11.12.2017 16:25
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin 60 illiyi qeyd olundu
11.12.2017 15:00
2017-ci ilin 11 ayı üzrə ölkəyə gələn xarici vətəndaşların sayında 20 % artım müşahidə edilmişdir
11.12.2017 14:29
Türk Dünyası Sinemaçılar Birliyinin toplantısı keçirilib
11.12.2017 10:50
Uşaqların kitabxanalara və kitaba marağının artırılması məqsədilə “Nağıllara səyahət” müsabiqəsi elan edilib