Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
340

“Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi” çərçivəsində silsilə tədbirlər Şəmkir rayonunda davam etdirilib

Xəbər verdiyimiz kimi, Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti qərb bölgəsində səfərdədir.  4-5 dekabr tarixində baş tutan səfər çərçivəsində Şəmkir rayonunda da silsilə tədbirlər keçirilmişdir.

Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən təntənəli yubiley mərasimində açılış nitqi ilə çıxış edən Sevda Məmmədəliyeva  cənab Prezident İlham Əliyevin 30 avqust 2016-cı il tarixli müvafiq sərəncamı ilə keçirilən tədbirlər haqqında ətraflı məlumat verərək bildirdi ki,  20-23 noyabr tarixində YUNESKO-da təşkil olunmuş sərgi  və konsert qurumda böyük əks-səda doğurmuşdur. Almanların Azərbaycandakı həyat fəaliyyətlərindən danışan xanım Məmmədəliyeva onların ölkəmiz haqqındakı fikirlərini mübaliğəsiz ifadə etmək üçün 1918-ci ildən ADR parlamentinin üzvü olmuş Lorens Kunun parlamentdə səsləndirdiyi çıxışını olduğu kimi diqqətə çatdırdı.

Səfir Mixael Kindsqrab öz növbəsində səfir olduğu müddətdə Şəmkirə bir neçə dəfə səfər etdiyini,  hər səfərində böyük işlərin görüldüyünə şahid olduğunu bildirdi, ikitərəfli əlaqələrin növbəti 200 ildə də inkişafının əhəmiyyətini vurğuladı. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov öz növbəsində qonaqları Şəmkirdə salamlayaraq 200 il öncə Azərbaycana gəlmiş almanların bu müddət ərzində  Şəmkirdə yaratdıqları mədəni irsə azərbaycanlıların münasibəti ilə əsrlər boyu Qarabağın etnik əhalisi tərəfindən yaradılan xalqımızın mədəni irsinə ermənilərin vandal münasibətini müqayisə etdi. İcra başçısı çıxışının sonunda səfir Mixael Kindsqraba hədiyyə olaraq Qarabağ xalçasını təqdim etdi. Rəsmi hissə Almaniyanın Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının müdiri professor Yeva Mariya Aux və Şəmkirdən olan millət vəkili Sona Əliyevanın çıxışları ilə yekunlaşdıqdan sonra tədbir iştirakçıları Almaniya səfirliyi və professor Yeva Mariya Aux tərəfindən Heydər Əliyev Mərkəzində açılmış “Sərhədlərin silinməsi” adlı sərgiyə baxış keçirdilər. Nazir müavini Sevda Məmmədəliyeva burada həmçinin yerli fotoqrafların fotoşəkillərindən ibarət sərgi ilə də tanış oldu və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Səfər proqramı Şəmkir Alman Kilsəsində, Mədəniyyət və Turizm Nazirliyi və Almaniya Səfirliyi tərəfindən birgə təşkil edilmiş alman məskənlərinin salınmasının 200 illiyinə həsr olunmuş orqan və klassik musiqi alətləri ansamblının konserti ilə davam etdi. Konsertdə çıxış edən “D`ACCORDO” ansamblı (bədii rəhbər İlahə Sadıqzadə) və əməkdar artist İlham Nəzərovun klassik musiqi ifaları zalda əyləşən hər kəsi valeh etdi və gurultulu alqışlarla qarşılandı. Proqram tədbir iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətlə başa çatdı.

Səfər çərçivəsində 5 dekabr tarixində Sevda Məmmədəliyevanın başçılığı ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti və professor Yeva Mariya Aux Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində yenidənqurmadan sonra yaradılan şəraitlə və eksponatlarla tanış oldular. Muzey direktoru Cavanşir Pirverdiyev məlumat verdi ki, Şəmkir rayonu ərazisində həm beynəlxalq, həm yerli arxeoloji qazıntılar gedir və əldə olunan materiallar muzeyə gətirilərək burada mühafizə olunur. Sevda Məmmədəliyeva və xanım Aux muzeyin ekspozisiyasına aid  ciddi elmi-konseptual tövsiyələr verdilər.

Nümayəndə heyətinin üzvləri daha sonra Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin ofisinə gələrək burada yeni yaradılmış şəraitlə tanış oldular. Regional idarənin rəisi Höcət Əsədullayev Şəmkir, Göygöl, Daşkəsən və Gədəbəy rayonlarını birləşdirən bu müasir regional mərkəz haqqında ətraflı məlumat verdi.

XƏBƏRLƏR

15.12.2017 17:48
"Regional mədəniyyət və turizm idarələrinin inteqrasiyalı idarəetmə planı"nın təqdimat mərasimi keçirildi
15.12.2017 16:53
Regional idarələrin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
15.12.2017 16:43
Özbəkistanın Respublika sarayı “Türküstan”da keçirilən uşaq xeyriyyə festivalının təşkilatçısı Azərbaycan Mədəniyyət Mərkəzi olmuşdur
15.12.2017 16:21
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Klassik və Folklorun Gənc İfaçılarının "WORLD HARMONY" adlı I Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçiriləcək
15.12.2017 16:11
“Qətibə İnanc” tamaşasının premyerası keçirilib
15.12.2017 16:01
Azərbaycan Dövlət Musiqili Teatrının direktoru 36-cı Beynəlxalq Fəcr festivalının münsiflər heyətində
15.12.2017 15:09
“Nar bağı” bədii filminin qadın rol ifaçısı Antakya Beynəlxalq Film Festivalının “Ən yaxşı aktrisa” nominasiyasının qalibi olmuşdur
15.12.2017 14:48
Əcnəbi dil qabiliyyəti olan 17 nəfər gənc ölkəmizdə turizm bələdçisi kimi fəaliyyət göstərmək hüququ qazanıb
15.12.2017 14:46
Ali təhsil ocaqları ilə mehmanxana müəssisələrinin işbirliyi müzakirə olundu
15.12.2017 14:34
Regional mədəniyyət və turizm idarələrinin saytlarının təqdimatı keçirildi
15.12.2017 14:31
"İlin ən yaxşı kitabxanası" müsabiqəsinin qalibləri mükafatlandırıldı
15.12.2017 14:16
Gənc Tamaşaçılar Teatrında həftəsonu 8 tamaşa nümayiş olunacaq...
15.12.2017 12:51
Mədəniyyət və turizm naziri Sabirabadda vətəndaşlarla görüşüb
14.12.2017 16:02
Mədəniyyət və Turizm Nazirliyi ilə BP şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb
14.12.2017 15:16
“ICOM Azərbaycan Milli Komitəsi”nin 25 illiyi qeyd olunacaq
14.12.2017 14:13
ADGTT Rusiya mətbuatında
14.12.2017 10:01
Azərbaycanla Oman arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
13.12.2017 18:04
Nazir Əbülfəs Qarayev Yunanıstanın Azərbaycandakı Səfiri Nikolaos Kanellos ilə görüşüb
13.12.2017 18:00
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın səfiri xanım Karol Krofts ilə görüşüb
13.12.2017 17:39
“Qətibə İnanc” tamaşasının premyerası keçiriləcək
12.12.2017 15:39
Mədəniyyət və Turizm Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib
12.12.2017 15:01
YUNESKO və BMÜTT-nin birgə təşkilatçılığı ilə Oman Sultanlığında Ikinci Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilir
11.12.2017 17:52
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ulu öndər Heydər Əliyevin anım günü qeyd olunub
11.12.2017 17:13
Avropa SPA Assosiasiyasının (ESPA) nümayəndəsi Naftalanda
11.12.2017 16:46
Binə qəsəbə Mədəniyyət Mərkəzində uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirilib
11.12.2017 16:42
Paytaxt muzeylərinin fəaliyyətinə həsr olunan müşavirə keçirildi
11.12.2017 16:25
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin 60 illiyi qeyd olundu
11.12.2017 15:00
2017-ci ilin 11 ayı üzrə ölkəyə gələn xarici vətəndaşların sayında 20 % artım müşahidə edilmişdir
11.12.2017 14:29
Türk Dünyası Sinemaçılar Birliyinin toplantısı keçirilib
11.12.2017 10:50
Uşaqların kitabxanalara və kitaba marağının artırılması məqsədilə “Nağıllara səyahət” müsabiqəsi elan edilib