Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
552

"Çıraqqala" tarix memarlıq qoruğuna yürüş təşkil olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Mədəniyyət və Turizm Nazirliyi ilə birgə ölkəmizdə aktiv turizmin təbliğ olunması məqsədilə yeni layihənin icrasına başlayıb.

Bu məqsədlə noyabrın 10-da ilk olaraq Şabran rayonu ərazisindəki “Çıraqqala” tarixi memarlıq qoruğuna yürüş təşkil olundu.

Layihə barədə məlumat verən Gənclər Fondu Aparatının rəhbəri Faiq Qürbətov bildirdi ki, layihə aktiv turizmin təşviqi, gənclərin asudə vaxtının səmərəli təşkilinə xidmət etməklə yanaşı, eyni zamanda tarixi abidələrimizin təbliği məqsədi daşıyır: "Son illər turizm sənayesinin müxtəlif növləri ölkəmizdə inkişaf etməkdədir. Gənclər arasında da aktiv turizmə böyük maraq var. Buna görə Mədəniyyət və Turizm Nazirliyi, eləcə də bu turizm növü ilə məşğul olan turizm şirkətləri ilə bu layihəni gerçəkləşdirdik”.

Məlumat verildi ki, layihə çərçivəsində ölkəmizdəki qoruqlarda turizmin müxtəlif növlərinin (piyada, dağçılıq, atçılıq və s.) inkişafı, yeni turizm marşrutlarının təşkili, turlara dair məlumat kitabçalarının hazırlanması, habelə marşrutlar üzrə abadlıq işlərinin aparılması, istiqamət göstəriciləri və məlumat lövhələrin quraşdırılması planlaşdırılır.

Faiq Qürbətov diqqətə çatdırdı ki, ilk səfərin gerçəkləşdirildiyi "Çıraqqala"ya qalxan yolun üzərində məlumat lövhələri və yol göstərici nişanlar qoyulub. Bu da tarixi abidəni görmək istəyən yerli və xarici turistlərin rahat, təhlükəsiz şəkildə yürüş etmələrinə yardımçı olacaq. Layihə üzrə belə yürüşlərin davamlı olaraq təşkil olunması nəzərdə tutulub.

Yürüş zamanı “Çıraqqala” tarix memarlıq qoruğunun direktoru Cavid Xudaverdiyev tərəfindən dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən Çıraqqala tarixi abidəsi haqqında iştirakçılara geniş məlumat verildi.

Qeyd edək ki, “Çıraqqala” Gilgilçay müdafiə divarının ən yüksək nöqtəsi olaraq IV-VI əsrlərdə Böyük İpək Yolunun qorunması məqsədilə tikilib. Hündürlüyü 100-120 metr olan sıldırım qayanın üzərində ucalan baş qüllədən bir tərəfdən Dərbənd, digər tərəfdən Beşbarmaq səddinəcən dəniz sahili boyu ərazini nəzarətdə saxlamaq mümkün olub. 17 bürcdən ibarət qala əsasən yerli daşlardan və bişmiş kərpicdən inşa edilib. Divarların hündürlüyü 8-10 metr, qalınlığı isə 3-4 metrdir.

Azərbaycanın tarixi irsinin və xalqımızın memarlıq ənənələrinin mühüm nümunələrindən olan "Çıraqqala" tarixi abidələr kompleksinin gələcək nəsillər üçün saxlanılmasının, bərpasının və mühafizəsinin təmin edilməsi məqsədilə 2003-cü il iyunun 23-də Prezident Heydər Əliyev tərəfindən xüsusi sərəncam imzalanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 27 sentyabr tarixli sərəncamı ilə abidələr kompleksinin ərazisi “Çıraqqala” Tarix-memarlıq qoruğu elan edilib.

XƏBƏRLƏR

23.01.2018 18:04
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək
23.01.2018 17:09
Milli İncəsənət muzeyində Tvinninq layihəsi tərəfindən “İtaliyada mədəniyyətin planlaşdırılmasında mövcud təşəbbüslərə dair nümunələr” mövzusunda təlim keçirilmişdir
23.01.2018 14:31
İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açılıb
23.01.2018 12:48
İrəvan teatrında “Ömür qatarı” tamaşasının premyerası olub
23.01.2018 12:31
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinə həsr olunmuş rəsm sərgisi və inşa yazı müsabiqəsi
22.01.2018 17:21
Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
22.01.2018 16:30
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirilib
22.01.2018 14:13
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar filmlər nümayiş olunub
22.01.2018 12:02
Respublikamızın şəhər (rayon) Mədəniyyət Mərkəzlərində “20 Yanvar - xalqımızın qan yaddaşı unudulmur” silsilə tədbirləri təşkil edilmişdir
22.01.2018 11:25
Azərbaycan filmi Brüsseldə beynəlxalq festivalda nümayiş olunub
20.01.2018 15:54
Nazir Əbülfəs Qarayevin Portuqaliyaya səfəri davam edir
19.01.2018 17:56
Turizm və Menecment Universitetində “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib
19.01.2018 17:55
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib
19.01.2018 17:51
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2018 17:50
20 Yanvar faciəsinin ildönümü münasibəti ilə Milli İncəsənət Muzeyində tədbirlər
19.01.2018 15:59
Özbəkistanda 20 yanvar şəhidləri anıldı
19.01.2018 15:56
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Bilik yarışı keçirilib
19.01.2018 15:53
Milanın La Skala səhnəsindən unudulmaz təəssürat
19.01.2018 15:53
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir
19.01.2018 15:50
Sabirabad rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
19.01.2018 12:25
EHTTA-nın İcraiyyə Şurasında Nazirlik təmsil olunur
19.01.2018 00:00
ADGTT-da 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib
18.01.2018 17:50
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
18.01.2018 16:54
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
18.01.2018 16:43
Musiqili Teatrının yanvar ayının son həftəsi üçün repertuarı
18.01.2018 16:35
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçirildi