Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
290

Daşkənddə 2017-ci il Özbək mətbuatında “Azərbaycan haqqında ilin ən yaxşı məqaləsi” müsabiqəsinin qalibləri, Azərbaycanı təbliğ edən fəallar mükafatlandırılıb

Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan mərasim dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramına həsr olunub.

Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistan-Azərbaycan, Dostluq Cəmiyyətinin rəhbərliyi, elm, mədəniyyət, incəsənət xadimləri, yerli azərbaycanlılar, tələbələr, jurnalistlər iştirak ediblər.

Mədəniyyət  Mərkəzinin foyesində “Azərbaycan Qafqazın mirvarisi” adlı fotosərgi təşkil olunub. Sərgidə Azərbaycanın tarixi abidələri, turizm imkanları, milli mədəni irsimizə dair fotoşəkillər nümayiş etdirilib.

Giriş sözü ilə çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev iştirakçıları dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik edib. O, 2017-ci ilin Azərbaycan-Özbəkistan münasibətləri üçün uğurlu olduğunu, çoxsaylı yüksək səviyyəli qarşılıqlı səfərlərin reallaşdırıldığını, Daşkənddə hər iki tərəfin iştirakı ilə “İslam həmrəyliyi” mövzusunda beynəlxalq konfransın keçirildiyini, Özbək jurnalistlər üçün Azərbaycana “Mediatur” təşkil edildiyini söylədi. Səfir ötən ildə Daşkənd və Səmərqənddə dəfələrlə “Azərbaycan mədəniyyəti həftəsi”nin keçirildiyini, Özbəkistanın aparıcı universitetlərində Azərbaycan ocaqlarının yaradıldığını, iki xalq arasında dostluq münasibətləri, mədəni-ədəbi əlaqələrə dair çoxsaylı nəşrlərin, habelə sənədli filmin hazırlandığını qeyd etdi. O, ölkə başçıları arasında yüksək səviyyədə olan dostluq əlaqələrinin bu münasibətlərin göstəricisi olduğunu vurğuladı.

Daha sonra 2017-ci ilin yekunlarına dair ilin fəal jurnalistlər, dosluq münasibətlərinin təbliğatçıları, Azərbaycan ədəbiyyatına dair  çoxsaylı tərcümələrin müəllifləri  Səfirlik Heydər  eydər Əliyev adına Mədəniyyət Mərkəzinin Fəxri Fərmanları, Mədəniyyət Mərkəzinin pul mükafatına layiq görülüblər.

Ölkəmizin tarixini, iqtisadiyyatını, mədəniyyətini, turizmini, ədəbiyyatını, habelə Azərbaycan-Özbəkistan dostluğunu 2017-ci ildə Özbəkistanda ən fəal təbliğ edən, Özbəkistanın xəbər saytlarının jurnalistlərinə fəxri mükafatlar təqdim edilib.

Mərasimdə  Özbəkistanın tanınmış jurnalistləri - Maqsad Caxangirov, Lola Raxmanboeva, Obidcon Şofiyev, Rimma Sabircanova, Qamaraddin Şayxov, Yuriy Kortsunsov, Tulkin Eşbekov, Boris Babayev, Sobircan Yoqubov, Mixail Dovlatov və başqaları xüsusi mükafata layiq görüldülər.

Azərbaycanın “Palitra” qəzeti iki ölkə arasında dostluq əlaqələrinin təbliği, Azərbaycan Mədəniyyət Mərkəzinin çoxsaylı layiohələrinin işıqlandırdığı üçün xüsusi mükafatla təltif edilib. Qəzetin jurnalisti Tural Tağıyev Fəxri Fərmana  layiq görülüb.

Qeyd edək ki, 2017-ci ildə Özbəkistanda Azərbaycan haqqında “İlin ən yaxşı məqaləsi” müsabiqəsi elan olunmuş, müsabiqədə 3 nominasiya “Azərbaycan və Özbəkistan əməkdaşlığı: qədimlikdən-müasirliyə”, “Azərbaycan və İslam həmrəyliyi”, “Azərbaycanda ekoturizm və müalicəvi turizm” üzrə məqalələr qəbul edilib. Mədəniyyət Mərkəzində yaradılmış xüsusi Komissiya ilin ən yaxşılarını seçib.

“2017-ci ildə Azərbaycan-Özbək ədəbi əlaqələrini araşdıran və təbliğ edən ilin fəal azərbaycanlı və özbək alimləri” nominasiyası üzrə Fəxri Fərmanlar Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun “Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri” şöbəsinin müdiri, filologiya elmləri doktoru, Almaz Ülvi Binnətovaya və  Özbəkistan tərəfindən bu mükafat Əlişer Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurovaya təqdim olunub.

Azərbaycan ədəbiyyatından “İlin ən yaxşı tərcümə əsərləri” nominasiyasına görə tərcüməçi Rüstəm Cabbarovun Özbək dilinə çevirdiyi Azərbaycan yazıçısı Vaqif Sultanlının “Ölüm yuxusu” əsəri, digər mükafat isə tərcüməçi Muxammadəmin Toxliyevin Özbək dilinə tərcümə etdiyi azərbaycanlı professor Əli Həsənovun “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti: Xocalı soyqırımı” kitabı layiq görülüb.

Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə bir sıra ilin fəal azərbaycanlıları da mükafatlandırılıblar. Mükafata Səmərqənd Vilayəti Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin rəhbəri Adilağa Mirzəyev, Özbəkistanda azərbaycanlı tərcüməçi, fəxri müəllim  Şərqiyyə Şıxəliyevaya mükafatlar təqdim edilib.

Daha sonra Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkil etdiyi bədii proqrama start verilib. Özbəkistanın məşhur “Asl” musiqi qrupu, tanınmış müğənni Madina Mumtaz Azərbaycan və Özbək musiqilərini ifa ediblər. Mədəniyyət Mərkəzinin nəzdindəki “Qafqaz qartalları” rəqs ansamblı maraqlı Azərbaycan milli rəqslərini ifa ediblər.

Tədbir Mədəniyyət Mərkəzinin “Odlar yurdunun naxışları” Azərbaycan xalçaıarı zalında rəsmi ziyafətlə başa çatıb. İştirakçılar  milli şirniyyatlar, yeməklərə qonaq ediliblər.

XƏBƏRLƏR

20.01.2018 15:54
Nazir Əbülfəs Qarayevin Portuqaliyaya səfəri davam edir
19.01.2018 17:56
Turizm və Menecment Universitetində “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib
19.01.2018 17:55
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib
19.01.2018 17:51
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2018 17:50
20 Yanvar faciəsinin ildönümü münasibəti ilə Milli İncəsənət Muzeyində tədbirlər
19.01.2018 15:59
Özbəkistanda 20 yanvar şəhidləri anıldı
19.01.2018 15:56
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Bilik yarışı keçirilib
19.01.2018 15:53
Milanın La Skala səhnəsindən unudulmaz təəssürat
19.01.2018 15:53
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir
19.01.2018 15:50
Sabirabad rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
19.01.2018 12:25
EHTTA-nın İcraiyyə Şurasında Nazirlik təmsil olunur
18.01.2018 17:50
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
18.01.2018 16:54
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
18.01.2018 16:43
Musiqili Teatrının yanvar ayının son həftəsi üçün repertuarı
18.01.2018 16:35
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçirildi
18.01.2018 16:21
“20 Yanvar – Hüzn və Milli Qürur günü 28” adlı kitab sərgisinin açılışı və “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının təqdimat mərasimi keçirilmişdir
18.01.2018 16:17
Qubada 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib
18.01.2018 12:34
Mədəniyyət və Turizm Nazirliyi “Fitur 2018” beynəlxalq turizm sərgisində təmsil olunur
17.01.2018 17:22
Azərbaycan Dövlət Musiqili Teatrında "Mənim günahım” tamaşası nümayiş olunacaq
17.01.2018 17:19
“Tariximizin qanlı və şanlı səhifəsi” adlı sərgi təşkil olunmuşdur
17.01.2018 16:48
Nazir müavini Nazim Səmədov Mərakeş Krallığının Səfiri Mohamed Adil Embarşla görüşdü
17.01.2018 16:24
“Azadlıq aşiqləri günü-20 yanvar” respublika uşaq rəsm müsabiqəsi elan olunmuşdur
17.01.2018 15:36
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq Festivala hazırlaşır
17.01.2018 15:33
Baş İdarənin müəssisələrində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Milli Qəhrəmanlara həsr olunmuş filmlərin nümayişi davam edir
17.01.2018 15:32
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Qanlı yanvar” mövzusunda tədbir keçirilib
17.01.2018 12:39
Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi
17.01.2018 10:30
“Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib
17.01.2018 10:29
Tanınmış bəstəkar Elnarə Dadaşovanın yaradıcılıq gecəsi keçirilib
17.01.2018 10:26
Rəssam Məlik Məmmədxanovun əsərlərindən ibarət sərgi açılıb