Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
413

Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanasında 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirildi

15 yanvar 2018-ci il tarixində, Firudin bəy Köçərli adına Respublika Uşaq kitabxanası, 1990- cı il 20 Yanvar hadisələrinin 28- ci ildönümü ilə əlaqədar “ Həqiqət uğrunda ölümləriylə, ölümü kamına çəkdi şəhidlər “ adlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə, F.Köçərli adına Respublika Uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova açdı. 20 Yanvar faciəsində canlarından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükütla yad edildi. Ş.Qəmbərova bildirdi ki, 1990-cı ilin 20 Yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq salnaməsi kimi daxil olduğunu, bu tarixin bütün dünya tərəfindən Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya, müstəqillik və suverenliyi uğrunda mübarizəsinin simvolu kimi qeyd edildiyini və şəhidlərin daim qəlbimizdə yaşayacağını vurğuladı. Daha sonra kitabxananın əməkdaşı, 1990- cı 20 Yanvar hadisələrindən bəhs edərək, M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasətinin dəstəklənməsinə, o zamankı rəhbərliyin xəyanətkar mövqeyinə öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması, Bakıda misli görünməmiş faciəyə gətirib çıxararaq, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndiyini və həmin dövrdə Kremlin qəzəbinə tuş gəlmək istəməyən yerli hakimiyyətin cəsarətsizliyinin əksi olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev böyük siyasi iradə nümayiş etdirib, Bakının Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar qırğınını törədənləri kəskin tənqid etməklə yanaşı, Azərbaycan xalqı ilə birgə olduğunu vurğulayaraq bu faciəni xalqa qarşı edilən tarixi cinayət adlandırmış və yalnız ulu öndər Heydər Əliyevin Azərbaycana hakimiyyətinə qayıdışından sonra 20 Yanvar hadisələrinə dövlət səviyyəsində tam siyasi hüquqi qiymət verildiyini və həmin gecə həlak olan şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, eləcədə hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və şəhid ailələrinə dövlət qayğısının artırılması məqsədilə onlarla Fərman və Sərəncamın imzalandığını və ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən cənab İlham Əliyevin hər zaman 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına və şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərdiyini qeyd etdi. Tədbir zamanı iştirakçılara 20 Yanvar faciəsi ilə bağlı sənədli film təqdim olundu. Kitabxananın rəssam oxucuları tərəfindən çəkilən 1990- cı il 20 Yanvar hadisələrini əks etdirən rəsm əsərlərinin və kitabların nümayiş olunduğu tədbir, H.Sarabski adına Bakı şəhəri 7 nömrəli Uşaq Musiqi məktəbinin şagirdlərinin ifasında konsert proqramı ilə davam etdi.

XƏBƏRLƏR

21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi
21.02.2018 12:26
Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilib
20.02.2018 12:46
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
19.02.2018 17:51
Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü
19.02.2018 16:01
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb
19.02.2018 15:59
Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
19.02.2018 15:15
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi
19.02.2018 15:13
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir
19.02.2018 12:36
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
19.02.2018 12:31
Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
16.02.2018 18:15
Azərbaycan Dövlət Kukla Teatrı premyeraya hazırlaşır
16.02.2018 15:50
Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı repertuar
16.02.2018 12:45
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 11-ci görüşü keçirilmişdir
15.02.2018 18:19
Qəbələ rayonunda “Fəaliyyətin yeni formatları” adlı təlim təşkil olunmuşdur
15.02.2018 18:17
Azərbaycan nümayəndə heyəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman tərəfindən qəbul edilmişdir
15.02.2018 18:05
Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı
15.02.2018 16:07
Lüks turizm peşəkarlarının növbəti görüşü
15.02.2018 12:42
Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi olmuşdur
14.02.2018 18:02
“Hərəyə bir kitab” adlı tədbir keçirildi