Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2212

Gənc mədəniyyət işçiləri yeni fəaliyyət mexanizmləri müzakirə edəcəklər

  Sentyabrın 25-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Mərkəzin nəzdində yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun Bakı şəhəri üzrə üzvləri ilə ilk görüşü keçiriləcəkdir.

Qeyd etmək lazımdır ki, daha öncə "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" ümumrespublika toplantısından başlayaraq  region kreativləri ilə bir çox görüş və tədbirlər keçirmişdir.

Görüşdə məqsəd gənc mədəniyyət işçilərinin fəaliyyət istiqamətlərində innovasiya və kreativliyi artırmaq üçün planlamalar, Bakıdakı gənc mədəniyyət işçilərinin daimi olaraq əlaqədə qalmaları və informasiya mübadiləsi üçün virtual müstəvidəki fəaliyyətin aparılması, Azərbaycan milli mədəni irsinin Bakıda qonaq olan turistlərə düzgün çatdırılması, işgüzar yaradıcı mühitdə daha effektiv koordinasiya işlərinin görülməsi və regionlardakı gənclərin ideya zənginliyinin artırılması istiqamətində işlərin fəallaşdırımasıdır.

 Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalovun və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin iştirakı ilə keçiriləcək  tədbirə şəhərin bütün rayonlarını əhatə edən 200 nəfərədək gənc mədəniyyət işçisinin iştirakı gözlənilir.

 Görüşdə sahənin cəmiyyətdəki nüfuzu, dövlətimizin inkişafında və xalqın rifahında mədəniyyət amili, təşəbbüskarlıq və kreativlik, müasir düşüncə və mənəvi sərvətimiz olan adət-ənənələrimiz, fəaliyyətimizin müasir formaları, mədəniyyət müəssisələrinin sosial imici, əməkdaşların peşəkarlığı, Azərbaycançılıq ideologiyasının təbliğində mədəniyyət müəssisələrinin rolu, vətənpərvərlik və mədəniyyət, sərbəst fəaliyyət, məhdud şərait və tükənməz arzular, bacarıqlarımızın və istəklərimizin nisbəti, əlavə maliyyə qazancı olan qrantlarla iş və s. mövzuların müzakirəsi nəzərdə tutulmuşdur.

 

XƏBƏRLƏR

20.02.2018 12:46
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
19.02.2018 17:51
Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü
19.02.2018 16:01
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb
19.02.2018 15:59
Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
19.02.2018 15:15
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi
19.02.2018 15:13
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir
19.02.2018 12:36
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
19.02.2018 12:31
Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
16.02.2018 18:15
Azərbaycan Dövlət Kukla Teatrı premyeraya hazırlaşır
16.02.2018 15:50
Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı repertuar
16.02.2018 12:45
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 11-ci görüşü keçirilmişdir
15.02.2018 18:19
Qəbələ rayonunda “Fəaliyyətin yeni formatları” adlı təlim təşkil olunmuşdur
15.02.2018 18:17
Azərbaycan nümayəndə heyəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman tərəfindən qəbul edilmişdir
15.02.2018 18:05
Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı
15.02.2018 16:07
Lüks turizm peşəkarlarının növbəti görüşü
15.02.2018 12:42
Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi olmuşdur
14.02.2018 18:02
“Hərəyə bir kitab” adlı tədbir keçirildi
14.02.2018 12:50
Turizm biznesi peşəkarları üçün “B2B Luxury & MICE Workshop” adlı ənənəvi illik tədbir keçiriləcək
13.02.2018 18:39
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ilə görüşüb
13.02.2018 17:21
Sumqayıtda mədəniyyət müəssisələrinin kollektivləri ilə görüşlər keçirilib
13.02.2018 14:35
MuzTV Azərbaycan kanalı peyk yayımına başlayır
13.02.2018 12:16
Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları-2018” mövzusunda konfrans keçirilir