Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
450

“Leyli və Məcnun” 110 ildir səhnədə

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası növbəti dəfə nümayiş edilib.

Sözügedən operanın 110 illiyi çərçivəsində təqdim edilən səhnə əsərində Məcnun obrazını Xalq Artisti Məsum İbrahimov, Leyli rolunu isə gənc xanəndə Arzu Əliyeva canlandırıb. Səhnə əsərində Xalq Artisti Sabir Əliyev, Əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov və teatrın solistləri Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nəzər Bəylərov və Vüqar Əliyev iştirak ediblər.

Opera Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub. Maraqlı, zəngin səhnə dekorasiyası və aktyorların məharətli çıxışı səhnə əsərini daha da baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Müsəlman Şərqində ilk opera sayılan “Leyli və Məcnun” ilk dəfə olaraq dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən 1908-ci ildə qələmə alınıb. Opera elə həmin ilin yanvarın 12-də ilk dəfə səhnəyə qoyulub. Ölməz bəstəkarın bu ölməz əsəri 110 ildir ki, Opera və Balet Teatrının repertuarındadır.

XƏBƏRLƏR

21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi
21.02.2018 12:26
Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilib
20.02.2018 12:46
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
19.02.2018 17:51
Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü
19.02.2018 16:01
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb
19.02.2018 15:59
Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
19.02.2018 15:15
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi
19.02.2018 15:13
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir
19.02.2018 12:36
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
19.02.2018 12:31
Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
16.02.2018 18:15
Azərbaycan Dövlət Kukla Teatrı premyeraya hazırlaşır
16.02.2018 15:50
Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı repertuar
16.02.2018 12:45
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 11-ci görüşü keçirilmişdir
15.02.2018 18:19
Qəbələ rayonunda “Fəaliyyətin yeni formatları” adlı təlim təşkil olunmuşdur
15.02.2018 18:17
Azərbaycan nümayəndə heyəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman tərəfindən qəbul edilmişdir
15.02.2018 18:05
Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı
15.02.2018 16:07
Lüks turizm peşəkarlarının növbəti görüşü
15.02.2018 12:42
Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi olmuşdur
14.02.2018 18:02
“Hərəyə bir kitab” adlı tədbir keçirildi