Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
859

Mərkəzi kitabxanaların nəzdində fəaliyyət göstərən “Amerika guşələri”nin silsilə tədbirləri

Gəncə şəhər, habelə Salyan, Kürdəmir və Xaçmaz rayon mərkəzi kitabxanalarında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi arasında “Amerika guşələri” proqramı çərçivəsində Memoranduma uyğun olaraq 2017-ci ilin dekabr ayında tədbirlər təşkil edilmişdir.

Salyan rayon Mərkəzi Kitabxanasında  "Texnologiya saatı" təşkil olunmuşdur. ABŞ-ın Azərbaycandakı Səfirliyinin əməkdaşı Tereza Dikson və Bakı Amerika Mərkəzinin əməkdaşı Şölə Eminbəyli 3D printer, robotlar, elektron innovativ intellektual oyunlar  və digər avadanlıqlar haqqında tədbir iştirakçılarına məlumat verdilər və onların suallarını cavablandırdılar.

Kürdəmir rayon Mərkəzi Kitabxanasında fəaliyyət göstərən “Amerika güşəsi”ndə də Texnologiya aylığı çərçivəsində  tədbir keçirilmişdir. Texnologiya saatında Səfirlik tərəfindən gətirilmiş avadanlıqlar “Amerika güşəsi”nin bütün istifadəçi və qonaqlarına təqdim olundu və həmin avadanlıqlar haqqında qonaqlara geniş məlumat verildi. Tədbir iştirakçıları texnologiya və innovasiyalar haqqında məlumat aldılar, gətirilmiş avadanlıqlardan istifadə edib, praktiki təcrübə keçdilər.  Müxtəlif təqdimatlar və oyunlar tədbir iştirakçılarının marağına səbəb oldu.

Bundan başqa, Kürdəmir rayon Mərkəzi Kitabxanasının “Amerika guşəsi”ndə ABŞ-ın donanma kapitanı  və NASA-nın keçmiş qadın  astronavtı Haydi Stefanişin-Payper ilə görüş təşkil edildi.

Görüş astronavt Haydi Stefanişin-Payperin hazırladığı “Mənim əhvalatım” adlı videoçarxın  təqdimatı  ilə başladı. Astronavtın  məktəb illərindən başlayaraq ordudan tərxis olunanadək dövrü, xüsusən  kosmosa uçduğu 12 və 16 günlük iki səfərini  əks  etdirən  foto-şəkillər iştirakçılar tərəfindən maraqla qarşılandı. Riyaziyyatı  çox sevdiyini, universitetdə mühəndis ixtisasına  yiyələndiyini,  hərbi  dəniz qüvvələrində sualtı gəmilərin təmiri  sahəsində çalışdığını,  sonra isə  NASA-ya  getdiyi haqqında danışan qonaq kosmosa uçuşlarını və burada qarşılaşdığı maraqlı epizodları  xatırlatdı. Şəkillər üzərində şərhlər verən qonaq  kosmosdan planetin gözəlliyinin daha aydın görməsini  vurğulayaraq  sonradan yenidən hərbi dəniz qüvvələrinə qayıtdığını və oradan  tərxis olunduğunu bildirdi. Astronavt  Haydi Stefanişin-Payper özü, ailəsi və kosmosa səfəri ilə əlaqədar iştirakçıları maraqlandıran sualları cavablandı. İndiyədək 500 nəfərə yaxın adamın kosmosa uçduğunu, onlardan 35-i qadın kosmonavt olduğunu qeyd etdi.

Sonda qonaq iştirakçılarla xatirə şəkili çəkdirdi.

Kürdəmir “Amerika guşəsi”ndə ingilis dili tədris köməkçisi  Braden Alihsan ilə də görüş  təşkil edildi. Tədbirdə məktəblilər, müəllimlər və gənclər iştirak etdilər. Tədbir zamanı ingilis dili tədris köməkçisi Braden Alihsan “ABŞ-da bayramlar” mövzusunda təqdimatla tədbir iştirakçılarına Amerikada qış aylarında keçirilən bayramlar haqqında geniş məlumat verdi.

Amerikalıların qış bayramları ilə bağlı adət-ənənələrindən, bayramların tarixindən söhbət açıldı və  uşaqları maraqlandıran suallar cavablandırıldı.

Gəncə  şəhər Mərkəzi Kitabxanasında fəaliyyət göstərən “Amerika guşəsi”ndə müxtəlif mövzuları əhatə edən MOOC kursları - təcrübə zamanı verilənlərin analizi  və nəticə çıxarmağın yolları və bütün bunları – (Technology, Engineering and Math) elmlərin ( texnologiya, mühəndislik və riyaziyyat) zəngin konsepsiyalarını öyrənməklə "Business- English "  inkişafı üçün oxucular yeni biliklər əldə etdilər. Təcrübəni MOOC təliminin - Pensilvaniya Universitetinden sertifikat almış Həlimə Fətəliyeva aparırdı.  İki gün davam edən təlimdən sonra iştirakçılar sertifikatlarla təmin olundular. Mary Boehmer - İngilis dili tədrisçisi "ABŞ-da Bayramlar" mövzusunda təqdimat etdi. Təqdimatdan sonra iştirakçılar Azərbaycanın milli bayramları haqqında bildiklərini qonaqla bölüşdülər, günün ikinci yarısında qonaq ingilis dili müəlimləri ilə görüşərək fikir mübadiləsi apardılar.

Memorandum əsasən Gəncə şəhər Mərkəzi Kitabxanasındakı “Amerika guşəsi“  ictimai informasiya və müvafiq proqram, belə ictimaiyyət üçün ingilis dili klublarının sistemli təşkili, maarifləndirmə məqsədi ilə geniş ictimaiyyət üçün mədəni proqramların keçirilməsi, ABŞ-da təhsil ilə bağlı müxtəlif təqdimatların, fərdi və qrup şəklində məsləhətlərin verilməsi, Bakı Amerika Mərkəzində və başqa yerlərdə keçirilən təhsil və iş yarmarkaları haqqında məlumatların verilməsi, ingilis dili müəllimləri üçün İnternet şəbəkəsi vasitəsilə ABŞ-dan birbaşa vebinarların, distant seminarların keçirilməsi nəzərdə tutur. Bununla yanaşı, müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil və təcrübə keçmiş məzunlarla maarifləndirici proqramların həyata keçirilməsi planlaşdırılır.

Xaçmaz rayon Mərkəzi Kitabxanasında fəaliyyət göstərən “Amerika guşəsi”ndə İngilis dili Tədris köməkçisi (English Teaching Assistant, ETA) James [Ceyms] Nadelin  təqdimatı keçirildi. Təqdimatda natiq ABŞ-da həyata keçirilən bayramlar haqqında ətraflı məlumat verdi. Tədbirin sonunda J.Nadel tədbir iştirakçılarının suallarına cavablandırdı. ABŞ bayramları haqqında aldıqları ətraflı və maraqlı məlumatlara görə iştirakçılar natiqə təşəkkürlərini bildirdilər.

“Amerika guşələri”ndə 2018-ci ildə də davam etdiriləcəkdir.

XƏBƏRLƏR

20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi
20.04.2018 17:40
Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib
20.04.2018 17:27
Şəmkir hərbi birliyinin hərbi şəhərciyində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir
19.04.2018 17:52
Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”
18.04.2018 12:07
Sumqayıtda Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirilib
18.04.2018 12:06
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir
17.04.2018 18:59
Xalq Artisti Lütfiyar İmanovun xatirəsi anılıb
17.04.2018 17:51
Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
17.04.2018 17:43
Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar