Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
381

Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Bilik yarışı keçirilib

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə Mingəçevir Turizm Kollecində  keçirilən tədbirlər sırasına daha biri əlavə olundu. “Qara Qarayevin incəsənətimizdə qoyduğu iz” adlı intellektual yarış keçirildi. Yarış kollecin fənn müəllimləri Eldar Dərişov, Elnarə İsmayılova  və kollecin  tələbə - gənclər təşkilatının fəallarının təşəbbüsü ilə təşkil edilmişdir. Bilik mübarizəsində ayrı-ayrı ixtisas qruplarının  tələbələrindən ibarət 6 komanda iştirak edirdi. Eyni zamanda yarışa  əyani şöbələrin tələbələri ilə yanaşı qiyabiçi tələbələrdən təşkil olunmuş komandalar da qoşulmuşdu.

Müəyyən edilmiş qaydalara uyğun olaraq intellektual yarış üç mərhələyə bölünmüşdür. Hər mərhələdə komandalara Qara Qarayevin həyat və  yaradıcılığı mövzusunda 10 sual ünvanlanırdı. Yarışın tamaşaçıları komandalar arasında bərabər və gərgin mübarizə aparılmasının şahidi oldular. İştirakçıların  nümayiş etdirdiyi biliklər tələbə gənclərin   Azərbaycan  musiqi  sənəti,  xüsusilə  də  görkəmli bəstəkar Qara  Qarayevin  yaradıcılığı haqqında kifayət qədər məlumatlı olduğunu  göstərdi. Münsiflər heyəti komandaların fəallığını cavablardakı dəqiqlik və dolğunluğu nəzərə alaraq müvafiq ballarla qiymətləndirdi. Qeyd edək ki, komandaların dəstək qrupları da öz yoldaşlarını sonadək dəstəkləyir və onları uğura həvəsləndirirdi. Üç mərhələdən ibarət yarışın nəticəsinə görə “Real” komandası qalib adına layiq görüldü. Qalib komandaların üzvlərinin  fəxri fərmanla təltif olunması nəzərdə tutulub. Mükafatların təqdimatı görkəmli bəstəkarın  100 illik yubileyinə həsr olunmuş yekun tədbirdə həyata keçiriləcək.

XƏBƏRLƏR

21.02.2018 12:54
Bakı prosesinin 10 illiyinin qeyd olunması ilə bağlı Koventridə təqdimatlar keçirildi
21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi
21.02.2018 12:26
Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilib
20.02.2018 12:46
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
19.02.2018 17:51
Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü
19.02.2018 16:01
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb
19.02.2018 15:59
Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
19.02.2018 15:15
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi
19.02.2018 15:13
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir
19.02.2018 12:36
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
19.02.2018 12:31
Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
16.02.2018 18:15
Azərbaycan Dövlət Kukla Teatrı premyeraya hazırlaşır
16.02.2018 15:50
Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı repertuar
16.02.2018 12:45
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 11-ci görüşü keçirilmişdir
15.02.2018 18:19
Qəbələ rayonunda “Fəaliyyətin yeni formatları” adlı təlim təşkil olunmuşdur
15.02.2018 18:17
Azərbaycan nümayəndə heyəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman tərəfindən qəbul edilmişdir
15.02.2018 18:05
Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı
15.02.2018 16:07
Lüks turizm peşəkarlarının növbəti görüşü
15.02.2018 12:42
Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi olmuşdur
14.02.2018 18:02
“Hərəyə bir kitab” adlı tədbir keçirildi