Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
418

Özbəkistanda 20 yanvar şəhidləri anıldı

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 20 yanvar şəhidlərinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı Səfirliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin əməkdaşları, yerli azərbaycanlılar və özbəklər, məktəblilər, jurnalistlər iştirak ediblər.

Tədbir çərçivəsində Mərkəzin foyesində Mədəniyyət Mərkəzinin nəzdindəki rəsm dərnəyinin istedadlı uşaqlarının 20 yanvar faciəsinə dair çəkdikləri rəsmlər, habelə fotoşəkillərdən ibarət sərgi təqdim edilib. İştirakçılara 20 yanvar faciəsi, şəhidlər,  Azərbaycanın müstəqilliyinə aparan yol və bu hadisələr haqqında məlumat verilib.

Tədbirdə öncə faciə qurbanlarının əziz xatirəsi anılıb, şamlardan “Şəhidlər unudulmadı” adlı yazı kompozisiyası hazırlanıb.

Çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev 20 yanvar faciəsi haqqında danışaraq, bu hadisələrin Azərbaycanın istiqlalı yolunda çətin sınaq olduğunu və Azərbaycan xalqının qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini  qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin xalqımıza qarşı törədilmiş bu qanlı hadisələrə öz qiymətini verməsi, Azərbaycanın müstəqilliyinə qovuşması, bu hadisələrə dövlətimiz tərəfindən siyasi qiymət verilməsi və s. barədə danışaraq, müstəqil Azərbaycanın şəhidlərin əziz xatirəsinə ən yaxşı töhvə olduğunu söyləyib.

Daha sonra Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndəsi, dosent Gülbahar Aşurova çıxış edərək Azərbaycan xalqının bu hüzn günündə bütün soydaşlarımıza başsağlığı verərək, şəhidlərin qanının yerdə qalmadığını, Azərbaycan öz istiqlalını əldə etdiyini bildirdi. Gülbahar Aşurova Özbəkistanın xalq şairi Camal Kamalın Azərbaycan şeirini söylədi.

Daha sonra Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan dili kurslarının uşaqları 20 yanvar şəhidlərinə dair şeirlər oxuyublar.

Anım tədbirində faciə qurbanlarına həsr olunmuş rekviem iştirakçılara təqdim edilib. Daşkənddəki Nizami adına Dövlət Pedaqoji Universitetinin xalq sənəti bölməsinin dosenti Davron Kadirovun rəhbərliyi ilə ansambl Özbək məqamlarını, ağılarını, Özbəkistan Dövlət Konservatoriyasının vokalisti Şaxistə Pirnazarova qəmli xalq türkülərini ifa ediblər.

Mərasim iştirakçıları 20 Yanvar faciəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən kitab sərgisi nümayiş etdirilib.

Tanınmış Özbək tarixçisi Şuxrat Salamovun Türküstan və Qafqazlarda erməni daşnaklarının  həyata keçirdiyi qətliamlara həsr olunmuş və Daşkənddə yeni çapdan çıxmış “Müharibələr ideyası” kitabının imzaatma mərasimi olub, kitablar paylanılıb.

XƏBƏRLƏR

21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi
21.02.2018 12:26
Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilib
20.02.2018 12:46
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
19.02.2018 17:51
Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü
19.02.2018 16:01
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb
19.02.2018 15:59
Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
19.02.2018 15:15
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi
19.02.2018 15:13
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir
19.02.2018 12:36
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
19.02.2018 12:31
Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
16.02.2018 18:15
Azərbaycan Dövlət Kukla Teatrı premyeraya hazırlaşır
16.02.2018 15:50
Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı repertuar
16.02.2018 12:45
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 11-ci görüşü keçirilmişdir
15.02.2018 18:19
Qəbələ rayonunda “Fəaliyyətin yeni formatları” adlı təlim təşkil olunmuşdur
15.02.2018 18:17
Azərbaycan nümayəndə heyəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman tərəfindən qəbul edilmişdir
15.02.2018 18:05
Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı
15.02.2018 16:07
Lüks turizm peşəkarlarının növbəti görüşü
15.02.2018 12:42
Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi olmuşdur
14.02.2018 18:02
“Hərəyə bir kitab” adlı tədbir keçirildi