Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
893

Tbilisi şəhərində Gənc Musiqi İfaçılarının III Beynəlxalq Müsabiqəsi keçirildi

1 - 5 aprel 2018-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisi şəhərində Gürcüstanın Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə Yevgeni Mikeladze adına Orkestr alətləri üzrə Gənc Musiqi İfaçılarının III Beynəlxalq Müsabiqəsi keçirildi. Müsabiqənin təşkilatçısı «Harmoniya» Gürcü Folkloru və Klassik Musiqisinin  İnkişafı  Birliyinin  sədri  Sisino Biçikaşvilidir. Müsabiqənin münsiflər heyəti  Gürcüstanın və  Azərbaycanın  tanınmış mütəxəssisləri Diana Caiana (violin), Serqo Tkabladze (nəfəs), Anna Lomtadze (nəfəs), Hökümə Əliyeva (violin),  Əziz Qarayusifli (nəfəs) və Lana Quldedava (fortepiano)  idi. 

Müsabiqədə  Azərbaycanı  Qara  Qarayev  adına  Mərkəzi  İncəsənət Məktəbi,  L. və M.  Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbi və 24 saylı 11 illik Musiqi Məktəbinin şagirdləri təmsil etdilər.

Müsabiqə iki turdan ibarət idi. Şərtlərə əsasən burada uşaqlar nəfəs alətlər üzrə iki, simli  alətlər üzrə  isə üç yaş qrupunda  yarışırdılar.  Birinci turun nəticələri müsabiqə iştirakçılarının  professional baxımdan yüksək hazırlıqlı olduqlarını, bəzilərinin isə xüsusi olaraq  fərqləndiyini göstərdi.

Artıq  birinci  turda  münsiflərin  rəğbətini qazanmış  Qara  Qarayev  adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri müsabiqənin ikinci mərhələsində də yüksək bacarıq və ustalıq nümayiş etdirdilər. Nəticədə nəfəs alətləri nominasiyasında Mərkəzi İncəsənət Məktəbində qoboy ixtisası üzrə müəllim Elşən Məmmədovun sinfində təhsil alan Zakir Allahverdili  “Qran Pri” mükafatına,  truba ixtisası üzrə müəllim Vladislav Kuznetsovun sinfində təhsil alan Əlipaşa Şahgəldiyev isə I yerə layiq görüldülər. 
Simli  alətlər  üzrə  nominasiyada məktəbi  violin  ixtisası üzrə müəllim Hökümə Əliyevanın sinfində təhsil alan Zərrin Əliyeva, Ülvi Tahirov və Nuray Seyid təmsil etdilər. Onlardan Zərrin Əliyeva simli alətlər üzrə “Qran Pri” mükafatına,  Ülvi Tahirov I yerə,  Nuray Seyid isə II yerə layiq görüldülər.  

Müsabiqənin sonuncu günündə Tbilisi Dövlət Konservatoriyasının Kiçik  Zalında mükafatlandırılma baş vermiş və qaliblərin Qala Konserti keçirilmişdir. Konsertin fəxri  qonaqları  sırasında  Zərrin  Əliyevanın və  Nuray  Seyidin  müsabiqə  proqramının şərtlərinə əsasən ifa etdikləri gürcü əsərinin müəllifin bəstəkar Vazha  Azaraşvili də var idi. O, şagirdlərimizin onun əsərlərini ifa etdiklərindən məmnun qaldığını bildirdi.

XƏBƏRLƏR

19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”
18.04.2018 12:07
Sumqayıtda Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirilib
18.04.2018 12:06
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir
17.04.2018 18:59
Xalq Artisti Lütfiyar İmanovun xatirəsi anılıb
17.04.2018 17:51
Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
17.04.2018 17:43
Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar
17.04.2018 16:55
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur
17.04.2018 15:11
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
17.04.2018 15:08
Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək
17.04.2018 14:50
Üçüncü Buktreyler Festivalının Münsiflər Heyətinin tərkibi açıqlandı
17.04.2018 10:16
Gənc mədəniyyət işçilərinin regional görüşü təşkil olunmuşdur
16.04.2018 18:19
“İslam Dünyası gənc Klassik musiqi ifaçılarının ənənəvi Beynəlxalq Müsabiqəsi” ni (20 yaşadək) keçiriləcək
16.04.2018 18:14
Alla Ariyetta Kordoves: “Biz Azərbaycanın turizm imicini yaratmağa nail olduq”
16.04.2018 16:24
Regionlarda aqroturizmin inkişafı ilə bağlı dəyirmi masa keçirildi
16.04.2018 16:17
Azərbaycan Musiqi Mədəniyəti Dövlət Muzeyində “GNAWA” (Mərakeş) qrupunun konserti olmuşdur
16.04.2018 09:42
UNESCO-nun Baş direktoru tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub