Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
116

“Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində regionlara planlaşdırılan səfər başa çatıb

“Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində planlaşdırılan səfər 2017-cı il noyabr ayının 6-9 tarixlərində bölgələrdə baş tutdu.

Mədəniyyət və Turizm nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə  “Uşaq Kitab Karvanı” layihəsi çərçivəsində həyata keçirilən səfər artıq başa çatdı. Səfər carı ilin noyabr ayının 6- da Salyan, 7- də Neftçala, 8- də Biləsuvar və 9- da Sabirabad rayonlarında baş tutdu. Səfərdə uşaq yazıçıları Gülzar İbrahimova, Sevinc Nuruqızı, Aygün Bünyatzadə və Reyhan Yusifqızı iştirak edirdi. “Uşaq Kitab Karvanı” layihəsi adı ilə davam edən kitab karvanı olduğu bütün bölgələrdə böyük maraqla qarşılandı. Tədbir zamanı F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova səfərin vacibliyini qeyd edərək, layihə haqqında geniş məlumat verdi. Bildirdi ki, tədbirin keçirilməsində əsas məqsəd, səyyar sərgilər vasitəsilə uşaq ədəbiyyatına olan marağı artırmaq , uşaqları mütaliəyə cəlb edərək onların oxu ehtiyacını təmin etməklə bölgələrdə ictimaiyyətin diqqətini kitab və kitabxanaya yönəltməkdir. Səfər zamanı tədbir iştirakçılarının bütün sualları uşaq yazıçıları tərəfindən cavablandırıldı. Tədbirə qatılan  uşaqlar arasında müxtəlif viktorinalar keçirildi. Qaliblər kitab və jurnallarla mükafatlandırıldı. Səmərəli keçən səfərdə bölgələrdə fəaliyyət göstərən MKS- ların uşaq kitabxanalarının hər birinə kitab karvani ilə gətirilən bağlamalarında nəşriyyatların son illərdə nəşr etdiyi 500-ə yaxın uşaq kitabları, 44 adda metodik vəsait, “Göy Qurşağı” jurnalı, uşaq hüquqları ilə bağlı bir çox plakatlar və vəsaitlər hədiyyə edildi. Kitab karvanı nəyin ki, uşaqların hətta ictimaiyyətin də sevincinə səbəb oldu. Tədbirdə iştirak edən dövlət idarələrinin rəsmi nümayəndələri, layihənin neçə illər belə uğurla həyata keçməsində xidməti olan Mədəniyyət və Turizm Nazirliyinə və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə öz təşəkkürünü bildirdilər. Qeyd edək ki, “Uşaq Kitab Karvanı” layihəsi adı ilə həyata keçirilən silsilə səfərlərdə 2011-ci ildən günümüzə qədər 26 rayona 22 mindən çox nüsxə kitab bağışlanılıb.

 

XƏBƏRLƏR

17.11.2017 16:57
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində silsilə tədbirlər keçirilib
17.11.2017 16:16
Şabranda “Xalq teatrları və dram dərnəkləri: problemlər və perspektivlər” müzakirə olunmuşdur
17.11.2017 11:14
Milli Dirçəliş günü ilə əlaqədar keçirilən müsabiqənin qalibləri mükafatlandırılıb
17.11.2017 09:39
“Xəzinənin yeni inciləri” Azərbaycan Xalça Muzeyində
17.11.2017 09:20
Bakıda 3-cü “Türk filmləri həftəsi” açılıb
16.11.2017 17:37
İstanbulda “Sən də Azərbaycanı gör” fotosərgisi davam edir
16.11.2017 17:29
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının qonaqları üçün “Çay bayramı” təşkil olunub
16.11.2017 17:20
“Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa keçirildi
16.11.2017 16:27
Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
16.11.2017 14:44
Azərbaycan YUNESKO-nun Ümumdünya İrs Komitəsinin vitse-prezidenti seçilib
16.11.2017 14:32
Ustad aşıq Bəylər Qədirovun anadan olmasının 100 illik yubiley tədbiri keçiriləcəkdir
16.11.2017 12:28
Bakıda və Moskvada Fərhad Bədəlbəylinin 70 illik yubileyi keçiriləcək
16.11.2017 10:29
Bakıda IV Beynəlxalq Turizm Filmləri Festivalı keçirilir
16.11.2017 10:16
Azərbaycanda musiqisində yeni rok-opera sənətsevərlərə təqdim ediləcək
15.11.2017 17:51
Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi çərçivəsində dəyirmi masa və sərgi keçiriləcək
15.11.2017 17:23
Belarus, Ukrayna, Rusiya və Azərbaycanlı opera ulduzları "Karmen" operasının tamaşasında çıxış edəcəklər
15.11.2017 17:08
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Eşq-i Nigar” tamaşasının premyerası keçirildi
15.11.2017 17:04
Rauf Abdullayevin 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək
15.11.2017 16:28
Azərbaycan, İtaliya və Avropa İttifaqının birgə Tvinninq layihəsinin ictimaiyyət üçün hesabat toplantısı keçirildi
15.11.2017 16:12
Şövkət Ələkbərovanın 95 illik yubileyi ilə əlaqədar konsert təqdim olunub
15.11.2017 15:00
Məşhur gürcü rejissorun tamaşası Musiqili Teatrda nümayiş olunub
14.11.2017 17:49
Uşaq yazarlarının regionlara turneləri təşkil olunub
14.11.2017 17:40
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılışı ilə bağlı mətbuat konfransı keçiriləcək
14.11.2017 16:56
Azərbaycan Polşada 12-ci "FilmAT” Film, Sənət və Turizm Festivalında təmsil olunub
14.11.2017 15:39
Mədəniyyət və turizm naziri Misirin nümayəndə heyətini qəbul etdi
14.11.2017 14:23
Robert Sturuanın tamaşası Musiqili Teatrda
14.11.2017 14:11
“Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihənin 16-cı Assambleyası Praqa şəhərində baş tutub
14.11.2017 00:00
“Mədəniyyət.AZ” jurnalının yeni sayı