Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1167

Uşaq yazarlarının regionlara turneləri təşkil olunub

Uşaq yazarlarının regionlara turneləri təşkil olunub

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə uşaq yazarları – Solmaz Amanova, Gülzar İbrahimova və Sevinc Nuruqızının regionlarda azyaşlı oxucularla görüşləri təşkil edilib.

Nazirlik tərəfindən müəyyən edilmiş qrafik əsasında müxtəlif yaş kateqoriyaları üzrə oxucularla bölgələrdə keçirilən görüşlərin məqsədi mütaliəyə marağın artırılması, valideynlərin bu istiqamətdə maarifləndirilməsi və uşaq ədəbiyyatının əhəmiyyətini aktuallaşdırmaq idi.

Yazarların “Daha çox oxucu, daha çox mütaliə”  mövzusunda ilk görüşü 27 oktyabr 2017-ci il tarixdə Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində təşkil olunub. Görüşdə şagirdlər, ibtidai sinif müəllimləri, fəal oxucular, valideynlər, Xaçmaz rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları və rayonun bir sıra qurumlarının rəsmi şəxsləri iştirak edib. Tədbir zamanı Solmaz Amanova yeni nəşr olunmuş “Əlifba-1”, “Əlifba-2” və “Xurcun” kitabları barədə auditoriyaya məlumat verib. Yazıçının “İlmənin macəraları” və “Turac” əsərləri əsasında çəkilmiş cizgi filmləri uşaqlara nümayiş etdirilib.

“Sehrli dünya” jurnalının baş redaktoru və tanınmış uşaq yazarı Gülzar İbrahimova azyaşlı oxucuları çap olunan yeni nəşrləri ilə tanış edib. Yazarın rəhbərliyi ilə tədbir iştirakçıları arasında “Ən çox mütaliə edən oxucu” adlı viktorina təşkil olunub. Müsabiqədə qalib gələn oxuculara yazıçı tərəfindən yaşlarına uyğun maraqlı mükafatlar təqdim edilib.

Eyni zamanda tədbirdə iştirak edən bütün uşaqlara hər iki yazıçı tərəfin müxtəlif hədiyyələr verilib və Xaçmaz rayon Mərkəzi Kitabxanasına xeyli sayda uşaq ədəbiyyatı ərməğan  edilib.

İsmayıllı rayon Uşaq Kitabxanası gözəlliyinə, müasirliyinə və qeyri-adiliyinə görə çox fərqlənir

Gülzar İbrahimovanın uşaqlarla görüşünün növbəti məkanı İsmayıllı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi oldu. Cari ilin 30 oktyabr tarixində yazıçı ilə azyaşlıların görüşü yaş kateqoriyası üzrə üç mərhələdə təşkil edildi. İlk tədbir beş yaşınadək olan 1 və 3 saylı uşaq bağçasının kollektivi ilə baş tutdu. İkinci tədbirdə İ.Həsənov adına 1 saylı tam orta məktəbin hazırlıq qrupları, 1-2-ci sinif şagirdləri və eləcə də fəal oxucular iştirak etdi. Üçüncü tədbir isə 8-12 yaş arası uşaqlar üçün keçirildi. Gülzar İbrahimova “Sehrli dünya” jurnalında olan yeni rubrikalardan, müsabiqələrdən söhbət açdı. Jurnal barədə oxucuların fikir, düşüncə, təklif və arzularını öyrəndi.

Gülzar İbrahimova yeni nəşr olunmuş “Dostlaşmış nağıllar” kitabından İsmayıllı rayon Mərkəzi Kitabxanasına və bütün tədbir iştirakçılarına hədiyyə etdi, həmçinin yazıçı tərəfindən yaş baxımından nisbətən böyük oxuculara dünyəvi-fəlsəfi üslubda yazdığı “Səndən yoxmuş” mənsur şeirlər diski ərməğan edildi.

Uşaq yazarı Gülzar İbrahimova tədbirin sonunda çıxış zamanı bildirdi ki, “İsmayıllı Rayon Mərkəzi Kitabxanasının Uşaq Kitabxanası gözəlliyinə, müasirliyinə, qeyri-adiliyinə görə çox fərqlənir. Uşaqlar belə kitabxanaya məmnuniyyətlə gələr. İstərdim regionlarda belə kitabxanaların sayı daha çox olsun. Oxucuların fəallığı mütaliəyə diqqətin çox olduğunu göstərir”.

Uşaqlar qəhrəmanlarının müəllifləri ilə görüşdü

Tanınmış uşaq yazarları - “Göy qurşağı” jurnalının redaktoru Sevinc Nuruqızı və “Sehrli dünya” jurnalının baş redaktoru Gülzar İbrahimovanın azyaşlı oxucularla növbəti görüşü 4 noyabr 2017-ci il tarixdə Lənkəran şəhərində təşkil olundu. Tədbiri Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nuranə Nəsirova açaraq  tanınmış uşaq yazarlarının iştirakı ilə region kitabxanalarında belə tədbirlərin təşkilinin uşaqlarda böyük maraq doğurduğunu  bildirdi.

Yazıçılar regionlarda bu formatda tədbirlərin müntəzəm təşkilinin gələcək oxucu kütləsinin bazası olan uşaqların şüuraltısında mütaliəyə maraq oyadacaq xüsusi bir təsirin yaradacağını qeyd etdilər. Mədəniyyət və Turizm Nazirliyinin bu təşəbbüsünü daim dəstəklədiklərini bildirdilər.

Lənkəran şəhər Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin müdiri  Xuraman Quliyeva çıxışı zamanı uşaqların sevimlisinə çevrilmiş yazıçıların gəlişi ilə əlaqədar olaraq hər bir uşağın çöhrəsində maraq və sevinc hissinin olduğunu vurğuladı. Turnelərin təşkilinə görə Lənkəran şəhər MKS-inin kollektivi adından Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürünü bildirdi. Lənkəran şəhər MKS-inin Uşaq şöbəsinə hədiyyə olunan uşaq ədəbiyyatına görə yazıçılara minnətdarlıq etdi.

Yazarların iştirakı ilə uşaqlar arasında maraqlı viktorinalar, əyləncəli intellektual oyunlar keçirildi və qaliblər mükafatlandırıldı. Eyni zamanda azyaşlı oxucular da öz bacarıqlarını yazıçılara nümayiş etdirdilər.

Uşaq ədəbiyyatının nəşri və təbliği nazirliyin kitabxana-informasiya sahəsində fəaliyyətinin əsas prioritetlərindən biridir

“Gülzar nənə” uşaqların ən sevimli obrazına çevrilib

Cari ilin 8 noyabr tarixində Füzuli rayonun Horadiz şəhərində yerləşən Muğam Mərkəzində uşaq yazarı Gülzar İbrahimova ilə azyaşlı füzulilərin görüşü təşkil edildi.

Yazıçı adət-ənənələrimizi təbliğ etmək, uşaqlara milli ruhu aşılamaq, onların diqqətini və marağını cəlb etmək məqsədilə Horadizli balaların qarşısında xüsusi milli geyimdə çıxış etdi.

Gülzar İbrahimova Füzuli rayonun mövcud vəziyyəti ilə əlaqədar uşaqlarla təşkil olunan tədbiri tamamilə vətənpərvərlik, qəhrəmanlıq və mübarizlik mövzusunda apardı. Yazıçı “Anamın portreti”, “Kamilliyə yiyələn”, “Oğul dedi mənə vətən!”, “Heydər babanın nəsihətləri” şerlərini balacalara oxudu.

Kərimbəyli kənd uşaq bağçasının uşaqları tərəfindən hərbi geyimdə düşmən gülləsinin qurbanı olmuş balaca Zəhraya həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

İbtidai sinif uşaqları yazıçının şeirlərini söylədilər, onun “Ciddi ol” yumor kitabından səhnəciklər göstərdilər.

Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova və Füzuli rayon MKS-inin direktoru Lətifə Xudaverdiyeva çıxış etdilər. L.Məmmədova çıxışı zamanı qeyd etdi ki, uşaq ədəbiyyatının nəşri, təbliği və uşaqların mütaliəyə marağının artırılması nazirliyin kitabxana-informasiya sahəsində fəaliyyətinin əsas prioritet istiqamətlərindən biridir. Bu baxımdan Nazirliyin ilk layihəsi olan “Uşaq yazarlarının regionlara turnelərinin təşkili” uğurla davam edir. O bildirdi ki, Gülzar İbrahimova yeni formatda uşaq nəşrlərinin yaradılmasında, milli məfkurəyə əsaslanan nağılların yazılmasında, ümumiyyətlə uşaq təfəkkürünə uyğun müasir və maraq oyadan əsərlərin meydana gəlməsində təqdirəlayiq fəaliyyət göstərir. Bu gün “Gülzar nənə” uşaqların ən sevimli obrazına çevrilib.

Tədbirin sonunda Gülzar İbrahimova görüşünə gəlmiş bütün uşaqlara “Dostlaşmış nağıllar” kitabını, “Sehrli dünya” jurnalının son nömrəsini və digər hədiyyələr payladı. Yazıçı Horadiz şəhərindəki kitabxanalara müəllifi olduğu 100-dən çox kitab  və jurnal hədiyyə etdi.

Uşaq yazarlarının regionlara turneləri layihəsi Qubada yekunlaşıb

13 noyabr 2017-ci il tarixdə Quba şəhər Heydər Əliyev Mərkəzində Gülzar İbrahimova ilə oxucuların görüşü keçirildi. Tədbirdə təhsil, mədəniyyət işçiləri, rayon ziyalıları, şəhər 2 saylı körpələr evi-uşaq bağçasının körpə fidanları, şəhər 4, 5, 6 saylı  tam orta məktəblərin şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Quba rayon MKS-inin direktoru Saməddin Nəsirov qeyd etdi ki, erkən yaşlarda mütaliənin uşaqların gələcək inkişafına təsiri əvəzsizdir. Heç bir müasir texnologiya mütaliə qədər zehni inkişaf etdirə bilməz. Direktor bildirdi ki, hazırda Quba rayon Mərkəzi Kitabxanasında İntellektual Kitab Satış Mərkəzi də fəaliyyət göstərir.

Sonra çıxış edən Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Bayramova bildirdi ki, mütaliə etmək insanın biliyini artırmaqdan əlavə qavrama, fantaziya və yaradıcılıq qabiliyyətini, həyat təcrübəsini də artırır.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Kitab Dövriyyəsi Sektorunun müdiri Lətifə Məmmədova öz çıxışında vurğuladı ki, mütaliənin təbliğinin ən gözəl formalarından biri də məhz kitab müəllifləri ilə keçirilən görüşlərdir. Bu cür görüşlər zamanı oxucu ilə müəllif arasında canlı ünsiyyət yaranır və bu canlı ünsiyyət zamanı kitab haqqında  maraqlı fikirlər üzə çıxır.

Oxucular tədbirə daxil olan Gülzar İbrahimovanı alqışlarla, məhəbbətlə qarşıladılar. Şəhər 4 saylı humanitar fənlər üzrə  təmayüllü məktəb-liseyin və Tələt Mikayılov adına 5 saylı orta məktəbin şagirdləri Gülzar nənənin şeirlərindən parçalar söylədilər, körpələr evi-uşaq bağçasının məktəbə hazırlıq qrupunun uşaqları nağıllardan  səhnəciklər göstərdilər. Tədbir iştirakçılarına Gülzar İbrahimovanın nağıllarından ibarət kitablar hədiyyə edildi.

Quba rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsi tərəfindən yazıçıya minnətdarlıq əlaməti olaraq tədbirin sonunda Gülzar İbrahimovanın yaradıcılığından bəhs edən və onun nəşrlərini sərgiləyən video çarx nümayiş etdirildi.

 Uşaq yazarlarının Nazirlik tərəfindən hazırlanmış qrafika uyğun olaraq uşaqlarla görüşləri Biləsuvar, Neftçala, Ağdaş, Şəmkir, Salyan, Bərdə, Tərtər rayonlarında və Şirvan şəhərində də təşkil edilmişdir. Yazıçılarla görüşlər bütün azyaşlı oxucular tərəfindən böyük maraq və sevinclə qarşılanmışdır.

 

 

 

 

 

XƏBƏRLƏR

24.04.2018 15:08
Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş rəsm sərgisinin açılış mərasimi keçirildi
24.04.2018 09:10
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.04.2018 15:20
Mehdi Məmmədovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22.04.2018 16:39
Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi
20.04.2018 17:40
Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib
20.04.2018 17:27
Şəmkir hərbi birliyinin hərbi şəhərciyində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir
20.04.2018 12:16
“Avtoportret” sənədli filminin təqdimatı keçirildi
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir
19.04.2018 17:52
Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”