Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1511

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi keçirildi

Sentyabrın 30-da  Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının bağlanış mərasimi keçirildi.  

Bağlanış mərasimində  Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Aslan Cəfərov çıxış edərək üç gün davam etmiş sərgi-yarmarkanın işini yüksək qiymətləndirdi. Bildirdi ki, sərgi kitabsevərlər tərəfindən maraqla qarşılanır.  Nazirliyin rəsmisi diqqətə çatdırdı ki, sərgidə həm yerli, həm də xarici  poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edir. Sərgi –yarmarka hər dəfə yeni tərəfdaşlarla kitabsevərlərin görüşünə gəlir.    Sərgi-yarmarka çərçivəsində çoxsaylı  tədbirlər, kitab təqdimatları və müəlliflərlə görüşlər keçirildi. Bu müddət ərzində oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olma imkanı qazandılar.  Tədbirdə yüksək səviyyədə iştirakına görə aidiyyatı qurumlara minnətdarlığını bildirən Aslan Cəfərov sərginin xarici nəşriyyatlarla əlaqələrin qurulması, yerli nəşriyyatların beynəlxalq arenaya çıxışı üçün də şərait yaratdığını diqqətə çatdırdı.

Bağlanış mərasimində çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov sərgi-yarmarka çərçivəsində insanların kitaba bir addım da yaxınlaşdığını, kitabsevərlərə böyük bir bayram sevinci yaşatdığını bildirdi. Müxtəlif yaşlı insanların sərgiyə axını bizləri çox sevindirir. Dünyanın müxtəlif ölkələrindən gələn nəşriyyatlar ölkəmizin kitab mədəniyyəti ilə tanış olmaq imkanı qazanırlar. V Bakı Beynəlxalq Kitab Sərgi  yarmarkası çərçivəsində Milli Kitabxanada elmi konfranslar, qarşılıqlı görüşlər keçirildi  ki, bütün bunlar kitabın tanıdılması və kitabın oxucuya daha da yaxınlaşmasına xidmət edir.

Sərgi-yarmarka çərçivəsində Norveçli pedaqoq, tərcüməçi Ragnhild Thori və Türkiyəli yazar, tərcüməçi Yurtseven Şen Azərbaycan ədəbiyyatının təbliği sahəsindəki xidmətlərinə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif olundular.

Sonda V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edildi.  Sərgi-yarmarkanın “Ən yaxşı nəşriyyat” mükafatına “Zengin Yayıncılık” nəşriyyatı, “Ən yaxşı kitab” mükafatına isə Əlövsət Ağalarovun müəllifi olduğu, erməni soyqırımını ifşa edən 17 adda kitab (ingilis, rus, fransız, alman dillərində) layiq görüldü. 

Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən sərgi-yarmarkada 100-dək yerli, 51 xarici olmaqla ümumilikdə 20-dən çox ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edirdi.

XƏBƏRLƏR

19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”
18.04.2018 12:07
Sumqayıtda Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirilib
18.04.2018 12:06
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir
17.04.2018 18:59
Xalq Artisti Lütfiyar İmanovun xatirəsi anılıb
17.04.2018 17:51
Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
17.04.2018 17:43
Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar
17.04.2018 16:55
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur
17.04.2018 15:11
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
17.04.2018 15:08
Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək
17.04.2018 14:50
Üçüncü Buktreyler Festivalının Münsiflər Heyətinin tərkibi açıqlandı
17.04.2018 10:16
Gənc mədəniyyət işçilərinin regional görüşü təşkil olunmuşdur
16.04.2018 18:19
“İslam Dünyası gənc Klassik musiqi ifaçılarının ənənəvi Beynəlxalq Müsabiqəsi” ni (20 yaşadək) keçiriləcək
16.04.2018 18:14
Alla Ariyetta Kordoves: “Biz Azərbaycanın turizm imicini yaratmağa nail olduq”
16.04.2018 16:24
Regionlarda aqroturizmin inkişafı ilə bağlı dəyirmi masa keçirildi
16.04.2018 16:17
Azərbaycan Musiqi Mədəniyəti Dövlət Muzeyində “GNAWA” (Mərakeş) qrupunun konserti olmuşdur
16.04.2018 09:42
UNESCO-nun Baş direktoru tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub