Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
591

Xaçmaz Rayon Mərkəzi Kitabxanasında Molla Pənah Vaqifin 300 illiyi ilə əlaqədar ədəbi-bədii kompozisiya keçirildi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il yanvarın 12-də imzaladığı “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən 07.11.207-ci il tarixində  Xaçmaz Rayon Mərkəzi Kitabxanasında   Molla Pənah Vaqifin 300 illiyi ilə əlaqədar ədəbi-bədii kompozisiya keçirildi. Tədbiri giriş sözü ilə Xaçmaz rayon MKS-nin metodika-biblioqrafiya şöbəsinin müdiri açıq elan edərək Molla Pənah Vaqifin  həyat yolu ilə  əlaqədar ətraflı məlumat verərək bildirdi ki, Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir. Tədbirdə şairin yaradıcılığı ilə bağlı çıxış edən  Xaçmaz MKS-nin direktoru A.Əlifxanov  bildirdi ki, Molla Pənah Vaqifin şeir dili canlı, koloritli xalq dili idi. Ərəb-fars sözləri və tərkibləri ilə “bəzənmiş” klassik lirikadan fərqli olaraq, Molla Pənah Vaqifin şeirlərində doğma ana dili kəskin surətdə üstünlük qazanmışdır. Xalq şairi Səməd Vurğun haqlı olaraq şairin bədii dilinin özünəməxsusluğunu “Vaqifin şirin dili” adlandırmışdır. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin yubileyi Azərbaycan xalqının ölməz ədəbi-tarixi ənənələrinə dönməz sədaqətinin və ümummilli iftixar hissinin daha bir əməli təzahürüdür. Bu, həm də Vaqifin simasında xalqı və vətəni ilə daim bir olan, ümummilli ideallara sədaqətlə xidmət edən sənətkarların hər zaman Molla Pənah səviyyəsində qiymətləndirilməsinin əyani sübutudur. Tədbirin ikinci hissəsində  məktəblilərin ifasında Səməd Vurğunun "Vaqif" dramından bir parça “Vaqif və Vidadi”nin deyişmələri nümayiş etdirildi. Şagirdlərdən İlham Mirzəyev, Rüstəm Manafov, Çahbala Çahbalazadə, Emil Heydərov, Əli Qasımov, Süleyman Yaqubov, Vüsal Səmədov, Sadiq Əmirovun   tərəfindən hazırlanmış müxtəlif kompozisiyalar, səhnəciklər  və ifaları rəğbətlə qarşılandı. Tədbirin sonunda iştirakçılar M.P.Vaqifin əsərlərindən ibarət sərgi ilə tanış oldular.

 

XƏBƏRLƏR

23.01.2018 18:04
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşları qəbul edəcək
23.01.2018 17:09
Milli İncəsənət muzeyində Tvinninq layihəsi tərəfindən “İtaliyada mədəniyyətin planlaşdırılmasında mövcud təşəbbüslərə dair nümunələr” mövzusunda təlim keçirilmişdir
23.01.2018 14:31
İtaliyada “Fikrini dəyişmək normaldır” adlı sərgi açılıb
23.01.2018 12:48
İrəvan teatrında “Ömür qatarı” tamaşasının premyerası olub
23.01.2018 12:31
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinə həsr olunmuş rəsm sərgisi və inşa yazı müsabiqəsi
22.01.2018 17:21
Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilib
22.01.2018 16:30
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirilib
22.01.2018 14:13
20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar filmlər nümayiş olunub
22.01.2018 12:02
Respublikamızın şəhər (rayon) Mədəniyyət Mərkəzlərində “20 Yanvar - xalqımızın qan yaddaşı unudulmur” silsilə tədbirləri təşkil edilmişdir
22.01.2018 11:25
Azərbaycan filmi Brüsseldə beynəlxalq festivalda nümayiş olunub
20.01.2018 15:54
Nazir Əbülfəs Qarayevin Portuqaliyaya səfəri davam edir
19.01.2018 17:56
Turizm və Menecment Universitetində “20 Yanvar Azərbaycanın qəhrəmanlıq salnaməsidir” mövzusunda “dəyirmi masa” keçirilib
19.01.2018 17:55
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra tədbirlər keçirib
19.01.2018 17:51
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbində 20 yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2018 17:50
20 Yanvar faciəsinin ildönümü münasibəti ilə Milli İncəsənət Muzeyində tədbirlər
19.01.2018 15:59
Özbəkistanda 20 yanvar şəhidləri anıldı
19.01.2018 15:56
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Bilik yarışı keçirilib
19.01.2018 15:53
Milanın La Skala səhnəsindən unudulmaz təəssürat
19.01.2018 15:53
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir
19.01.2018 15:50
Sabirabad rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir
19.01.2018 12:25
EHTTA-nın İcraiyyə Şurasında Nazirlik təmsil olunur
19.01.2018 00:00
ADGTT-da 20 Yanvar hadisələrinin ildönümünə həsr olunan tədbir keçirilib
18.01.2018 17:50
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
18.01.2018 16:54
“İrs” seriyasından yeni nəşr: “Qarabağ - əsrlərin salnaməsi” kitabının təqdimatı olub
18.01.2018 16:43
Musiqili Teatrının yanvar ayının son həftəsi üçün repertuarı
18.01.2018 16:35
İstiqlal Muzeyinin ekspozisiyasında “Sağalmayan yara” adlı tədbir-sərgi keçirildi