Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1276

Yeni metodiki vəsaitlər işıq üzü görüb

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları mövcud sifariş və tələbatlarları nəzərə alaraq, yeni metodiki vəsaitlərin hazırlanmasını davam etdirirlər.

Xatırladaq ki, bu günə kimi Mərkəzin fəaliyyətinin əsas istiqamətlərini və qarşısında müəyyən olunmuş strateji hədəflərini əks etdirən 60-dan cox metodiki vəsait hazırlanmışdır. Vəsaitlər muzey, teatr, rəsm qalereyaları, mədəniyyət və bədii təhsil müəssisələrini, klubların fəaliyyətini, internet, sosial şəbəkə, İKT və yeni texnologiyaları,  KİV və ictimaiyyətlə işin təşkilini, ictimai-siyasi fəaliyyəti, tarixi xronologiyanı, milli folklor mədəniyyətimizi, milli-mədəni irsimizi, gənclərin  milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasını, uşaq şənliklərinin senarilərini, habelə musiqi-incəsənət məktəblər üçün dərslikləri əhatə edir.

Bu dəfə müxtəlif mövzuları əhatə edən yeddi metodiki vəsait çapdan çıxmışdır.

“Turizm biznesinin avtomatlaşdırılmasında informasiya-kommunikasiya texnologiyalarının rolu” adlı tövsiyədə müasir dövrdə İKT-nin cəmiyyətin inkişafına təsirindən bəhs edilir.

“Sumqayıt şəhərinin tarixi muzeyinin nümunəvi iş təcrübəsi əsasında” hazırlanmış metodiki tövsiyə muzeylərin fəaliyyət istiqamətinə həsr edilmişdir.

“Mədəniyyət müəssisələri üçün təqdimatların hazırlanmasının müasir üsul və metodları” adlı metodiki tövsiyədə təqdimatların hazırlanmasından, məlumatların slayd vasitəsilə auditoriyaya çatdırılmasından   söz açılmışdır.

“Özfəaliyyət dərnəkləri üçün musiqi tərtibatı işinin əsasları” adlı metodiki tövsiyədə musiqi tərtibatının hazırlanmasından, rejossor və bəstəkar işinin birgə aparılmasından bəhs olunur.

“Klub işinin təşkili” adlı metodiki tövsiyədə klub işinin təşkilində informasiya-maarifçilik fəaliyyətinin rolu, klub işinin forma və metodları göstərilmişdir.

“Şəhər (rayon) mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klubların yaradılmaları üçün nümunəvi iş planı” uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafında diyarşünaslığın əhəmiyyətinə həsr olunur.

“Şəhər (rayon) mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda (kollektiv, dərnək, kurs və s.) təşkili” adlı metodiki tövsiyədə ümumi klub işi, dərnəklər, həvəskar birliklər və digər maraq klublarının yaradılması qaydaları haqqında məlumat verilmişdir.  

Qeyd edək ki, metodiki vəsaitlərin müvafiq mədəniyyət müəssisələrinə göndərilməsi ilə yanaşı yerlərdə təqdimatlarının aparılması da nəzərdə tutulmuşdur. Bütün metodiki vəsaitlərlə Mərkəzin rəsmi saytında (www.memm.az) tanış olmaq olar.

XƏBƏRLƏR

19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”
18.04.2018 12:07
Sumqayıtda Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirilib
18.04.2018 12:06
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir
17.04.2018 18:59
Xalq Artisti Lütfiyar İmanovun xatirəsi anılıb
17.04.2018 17:51
Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
17.04.2018 17:43
Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar
17.04.2018 16:55
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur
17.04.2018 15:11
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
17.04.2018 15:08
Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək
17.04.2018 14:50
Üçüncü Buktreyler Festivalının Münsiflər Heyətinin tərkibi açıqlandı
17.04.2018 10:16
Gənc mədəniyyət işçilərinin regional görüşü təşkil olunmuşdur
16.04.2018 18:19
“İslam Dünyası gənc Klassik musiqi ifaçılarının ənənəvi Beynəlxalq Müsabiqəsi” ni (20 yaşadək) keçiriləcək
16.04.2018 18:14
Alla Ariyetta Kordoves: “Biz Azərbaycanın turizm imicini yaratmağa nail olduq”
16.04.2018 16:24
Regionlarda aqroturizmin inkişafı ilə bağlı dəyirmi masa keçirildi
16.04.2018 16:17
Azərbaycan Musiqi Mədəniyəti Dövlət Muzeyində “GNAWA” (Mərakeş) qrupunun konserti olmuşdur
16.04.2018 09:42
UNESCO-nun Baş direktoru tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub