Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
20.06.2017 17:52
Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan mədəniyyət müəssisələri arasında qarşılıqlı əlaqələri daha da genişləndirirBərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan Xaldan kənd uşaq musiqi məktəbi şagirdlərdən ibarət konsert proqramı ilə Tərtər rayon uşaq musiqi məktəbində əməkdaşlıq görüşündə olub. Öncə söz Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsi Rafiq Məmmədova verilib. O çıxışında qeyd edib ki, qarşılıqlı əməkdaşlıq konserti artıq 2017-ci ilin yanvar ayından musiqi məktəblərinin tədris planına salınıb və bu gün Yevlax rayon Xaldan kənd uşaq musiqi məktəbi də bu plana əsasən Tərtər rayon uşaq musiqi məktəbində konsert proqramı ilə çıxış edir. O həmçinin onu da nəzərə çatdırıb ki, : - “Məqsədimiz bir-birimizlə qarşılıqlı əlaqələr quraraq, qabaqcıl iş təcrübəsini planlı şəkildə inkişaf etdirməkdir”. Çıxışının sonunda Rafiq Məmmədov müəllim və şagirdlərə konsert proqramında uğurlar diləyib. Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Gündüz Mürsəlov də çıxış edərək öz növbəsində Xaldan kənd uşaq musiqi məktəbinin müəllim və şagird heyətinə öz dərin minnətdarlığını bildirib. O, həmçinin, bu cür qarşılıqlı əlaqələrin çox böyük faydalarının olduğunundan da bəhs edib. Daha sonra şagirdlərin ifasında konsert proqramına start verilib. Uşaq xor kollektivi və vokal qrupu bir-birindən gözəl ifalarla konsertə böyük maraq qatıblar, həmçinin xanəndəlik sinfinin  şagirdi Mənzurə Əsədovanın ifası da maraq və alqışlarla qarşılanıb. Bundan başqa konsert proqramında fortepiano və tar sinfinin şagirdləri, məktəbin həvəskar rəqs qrupunun şagirdləri də çıxış edərək məharətlərin nümayiş etdiriblər. Sonda yekun olaraq söz Yevlax Rayon Xaldan kənd uşaq musiqi məktəbinin direktoru Rəfail Məmmədova verilib. O, da öz növbəsində bu konsertin təşkili üçün, yüksək əhval ruhiyyə ilə qarşıladıqlarına görə tərtərli həmkarlarına təşəkkürünü bildirib. Bu əməkdaşlığın davamlı və daimi olmasını arzulayıb. Daha sonra tədbir iştirakçılarına da dəyərli vaxtlarını sərf edib konsert proqramına təşrif buyurduqları üçün öz minnətdarlığını yetirib. Rəfail Məmmədov son olaraq artıq yaxınlaşan “26 iyun silahlı Qüvvələr Günü”ndən bəhs edib və iştirakçıları xor kollektivinin ifasında vətənpərvərlik mövzusunda yazılmış “İrəli” mahnısını dinləməyə dəvət edib. Bununla da konsert proqramına yekun vurulub. ..
19.06.2017 17:59
Gəncədə kitabsevərlər və gənc yazıçılar ilə görüş təşkil olunmuşdurİyunun 16-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Gəncə şəhərində kitabsevərlər və gənc yazıçılarla “Sözün gücü” mövzusunda  görüş təşkil etmişdir. Metodiki Mərkəzin 2017-ci ilin iş planına əsasən keçirilmiş tədbir müasir informasiya bolluğu dövründə gənclərin kitaba, mütaliəyə marağının artırılması, habelə kitabxanalara oxucuların cəlb edilməsi məqsədi ilə Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində baş tutmuşdur. Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Bəxtiyar Muradovun, Yazıçılar Birliyinin üzvü, tərcüməçi-şairə Nailə Bənnayevanın, Yazıçılar Birliyinin üzvü, “Ulduz” jurnalının şöbə redaktoru, yazıçı Vüsal Nurunun, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyevin, əməkdaşlar İradə Əlili, Nürəddin Babazadə və Pərvanə Hüseynovanın iştirakı ilə təşkil olunmuş tədbirdə həmin idarəyə tabe olan regional mədəniyyət və turizm mərkəzlərində çalışan gənc mədəniyyət işçiləri də iştirak etmişlər. Bundan əlavə tədbirə Gəncə şəhərinin ziyalıları, şair və yazıçıları  rəng qatmışlar. Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova gənc yazıçı və şairlər arasında debatların təşkil olunmasından danışaraq belə tədbirlərin əhəmiyyətini vurğulamışdır. A.Usubəliyev qeyd etmişdir ki, müxtəlif tendensiyaların nəticəsində kitabxanalar real və potensial oxucularını itirmiş, bəzi kitabxanalar bağlanmışdır.  Amma son vaxtlar bu sahəyə əhəmiyyətli dönüş hiss olunur, kitabxana işinin müasirləşdirilməsi prosesi ardıcıl  şəkildə həyata keçirilir. Regionlarda kitabxanaların yeni və müasir binalara köçürülməsi gedən proseslərin bariz nümunəsidir. Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə əlaqədar son zamanlar gəclərin kitaba marağı azalmışdır. Lakin, buna   baxmayaraq kitab oxumaq, ümumiyyətlə mütaliə etmək hər zaman aktuallığını qoruyub saxlamalıdır. Bunun üçün də tədbirdə gənc nəslin, xüsusilə region gənclərinin kitaba marağının artırılması baxımından müxtəlif aksiyalar təşkil edilməsinin vacibliyi bir daha vurğulanmışdır. ..
16.06.2017 16:07
Mingəçevir Dövlət Dram teatrında 15 iyun “Milli Qurtuluş Günü” münasibəti ilə tədbir keçirildi15 iyun “Milli Qurtuluş Günü” münasibəti ilə Mingəçevir Dövlət Dram teatrında,  Mingəçevir şəhər İcra Hakimiyyətinin, Mingəçevir Dövlət Dram teatrının, Bərdə Regional Mədəniyyət və Turizm şöbəsinin Mingəçevir nümayəndəliyinin birgə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin İctimai, Siyasi, Humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev, Milli Qurtuluş gününə gedən yolda Azərbaycanın başına gətirilən bəlalardan söz açdı daha sonra qeyd etdi ki, “Heydər Əliyev dünyanın hər hansı yerində doğulsaydı yenə xilaskar ola bilərdi. Amma bu insanla bağlı tale məhz bizim xalqımıza nəsib olmuşdur. H.Əliyev bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı öz haqqı uğrunda mübarizəyə qalxa bilər. Sübut etdi ki, azərbaycanlılar sivil dövlət qurub, demokratik prinsiplər əsasında yaşaya bilər”. Çıxış edən, Mingəçevir Dövlət Dram teatrının direktoru Səxavət Məmmədov Ulu Öndər Heydər Əliyevin  Azərbaycanda mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğıdan söz açdı. Direktor qeyd etdi ki, “Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin mədəniyyət xadimlərinə diqqəti daima insanlara örnək olmuşdur. Cənab prezident mədəniyyət ocaqlarının, abidələrin təmiri və bərpasına böyük diqqət ayırmışdır. Məhz bu qayğının bariz nümunəsinə Mingəçevir teatrı da şahid olmuşdur. Çıxışlardan sonra Heydər Əliyevin ömür yolundan bəhs edən video süjetə baxıldı. Daha sonra Mingəçevir şəhər Üzeyir Hacibəyli adına 11 illik musiqi məktəbinin   Xalq Çalğı alətləri orkestirinin  bir-birindən maraqlı musiqi nəğmələri tədbir iştirakçılarına xoş anlar yaşatdı. ..
15.06.2017 12:23
İsmayıllı regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 15 İyun – Milli Qurtuluş Günü qeyd olunub İsmayıllı regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 15 İyun – Milli Qurtuluş Günü silsilə bayram tədbirləri ilə qeyd olunub. İsmayıllı rayon Mədəniyyət Mərkəzinin ərazisində təşkil olunan “Turist bazarı”nda keçirilən tədbirdən öncə rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Tədbir zamanı “Turist bazarı”nda sərgilənən Lahıc, Basqal və digər kənd sənətkarlarının əl işləri, misgərlik məmulatları, İvanovkanın toxunma üst geyimləri, ağac üzərində oyma və rəsm əsərləri, kitab sərgisi rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Tədbir Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Niyal” instrumental ansamblının konsert proqramı ilə davam edib. Şamaxı rayonunda ümummilli liderin adını daşıyan Mədəniyyət və İstirahət parkında Milli Qurtuluş Günü ilə əlaqədar bayram tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə və müəssisələrin kollektivləri iştirak ediblər. Rayon Mədəniyyət Mərkəzinin, Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin, eləcə də kənd klub müəssisələrinin bədii özfəaliyyət kollektivləri, rəqs qruplarının iştirakı ilə konsert proqramı təqdim olunub. Tədbir çərçivəsində “Möhtəşəm qayıdış” adlı kitab sərgisi, həmçinin rəsm və xalçaçılıq nümunələri nümayiş olunub. Qəbələ rayon Mədəniyyət Mərkəzində Milli Qurtuluş Günü münasibəti ilə dəyirmi masa təşkil olunub. Tədbirə Qəbələ rayon Mədəniyyət işçiləri qatılıb. İsmayıllı Regional Mədəniyyət və Turizm idarəsinin Qəbələ rayonu üzrə baş məsləhətçisi Nargilə Qafarova çıxış edərək bayram münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub. Ağsu rayonunda da 15 İyun - Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olunub. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin “Buta” instrumental ansamblının üzvləri iştirak ediblər. Konsertdə Xalq artist Zabit Nəbizadə, Əməkdar artist Səbuhi İbayev, Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad, Eldəniz Məmmədov və Rövşən Əziz muğam və təsniflər ifa ediblər. ..
15.06.2017 12:19
Sumqayıtda 15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 15 iyun Milli Qurtuluş günü münasibətilə silsilə tədbirlər keçirilib. Sumqayıtda F.Əmirov adına uşaq musiqi məktəbinin Folklor klubu ilə birgə keçirdiyi bayram tədbirində Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi quruculuğunda və inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən danışılıb, daha sonra F.Əmirov adına uşaq musiqi məktəbinin muğam üçlüyünün ifasında muğam parçaları, gənc müğənnilər Rahim Baxşəliyev, Məlahət Eyvazova, Elvin Əlizadə və digərlərinin ifasında xalq və bəstəkar mahnıları dinlənilib, rəqs kollektivinin çıxışı izlənilib. C.Cabbarlı adına Mədəniyyət evinin kollektivi “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış ediblər. Konsertdə mədəniyyət evinin “Çinar” instrumental ansamblının ifasında instrumental musiqilər, solistlər Pənah Məmmədov, Ravin Əliyev , Murad Hacıyevin ifasında mahnılar dinlənilib, “Turan” milli rəqs qrupunun ifasında rəqs nömrələri izlənilib. Sonda C.Cabbarlı adına mədəniyyət evinin direktoru Aygün Qəhrəmanova, “Turan” milli rəqs qrupu və “Çinar” instrumental ansamblı hərbi hissə komandanlığı tərəfindən fəxri fərmanla təltif olunub. S.Vurğun adına Mərkəzi kitabxanada keçirilən tədbirdə Milli Qurtuluş günü ilə bağlı videoçarx izlənilib, xülasə verilib. Mərkəzi kitabxananın uşaq şöbəsinin 2 saylı kitabxana filialla birgə keçirdiyi “Xalqın xilaskar oğlu” adlı tədbirdə isə Sağlam Düşüncə Gənclər Təşkilatının nümayəndəsi Əfqan Səfərli, Qarabağ müharibəsi veteranı Tofiq Kərimov, kitabxananın oxucuları iştirak ediblər. Tədbirdə  2 saylı kitabxana filialın müdiri Ofelya Qafarova və qonaqlar çıxış edərək  Milli Qurtuluş günü və onun tarixi əhəmiyyəti haqqında məruzə ediblər. Sonda S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucuları İsmayıl Hüseynov və Zəhra Bəşirlinin ifasında Ümummilli liderə həsr olunmuş şeirlər dinlənilib. F.Əmirov adına uşaq musiqi məktəbində də bayram konserti keçirilib. Konsertdə skripka, tar sinfinin şagirdlərinin ifasında musiqi nömrələri dinlənilib. Qubadlı rayon MKS Milli Qurtuluş gününü əks etdirən ədəbiyyatlardan ibarət kitab sərgisi keçirib. Zəngilan və Xızı rayon mədəniyyət müəssisələrinin kollektivləri rayon icra hakimiyyətlərinin təşəbbüsü ilə keçirilən tədbirlərə qatılaraq musiqi nömrələri ilə çıxış ediblər.   ..
15.06.2017 11:51
Lənkəran Dövlət Dram Teatrında Milli Qurtuluş Günü qeyd olunub  Lənkəran Dövlət Dram Teatrında 15 İyun – Milli Qurtuluş  Günü münasibətilə yaradıcı kollektivin yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan teatrın baş rejissoru Tural Mustafayev 15 iyun 1993-cü ilə söykənən Milli Qurtuluş Gününü milli şüurumuza yazılan şərəfli tarix kimi dəyərləndirib. Onun sözlərinə görə, ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıdışı ilə daxili çəkişmələrdən və erməni işğalından dövlətçiliyini itirmək təhlükəsilə üzləşmiş gənc müstəqil Azərbaycanı xilas edərək, ölkədə vətəndaş müharibəsinin qarşısını almaqla respublikada dövlətçiliyin əsasını qoyaraq onu inkişaf etdirib. Tədbirdə çıxış edən teatrın aktyoru, respublikanın Xalq artisti Qabil Quliyev,  ədəbi-dram hissə rəhbəri Ağaddin Babayev,  baş inzibatçı Namiq Ağayev, rejissor Adil Zeynalov və digərləri də ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqil dövlətçiliyinin inkişafı yolunda həyata keçirdiyi daxili və xarici siyasətin, neft strategiyasının, ölkədə apardığı siyasi-iqtisadi islahatların gətirdiyi uğurlardan danışaraq qeyd ediblər ki, bütün bunlar bu gün vətəndaşı olduğumuz azad, firavan və təhlükəsiz Azərbaycanın varlığına, yaşamasına və inkişaf etməsinə qərar verib. Məhz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycan mədəniyyətinə, xüsusilə teatr xadimlərinə diqqət və qayğısından danışan natiqlər mədəniyyət, o cümlədən teatr sahəsində də islahatların həyata keçirildiyini, teatr – tamaşa müəssisələri üçün ya yeni binaların tikildiyini, ya da əvvəlki binaların əsaslı təmir olunduğunu, Ulu Öndərin sərəncamları ilə teatr xadimlərinə fəxri adların, Prezident təqaüdü və mükafatlarıın verildiyini dönə-dönə vurğulayıblar. Yığıncaqda bir daha qeyd olunub ki, Azərbaycan xalqı Milli Liderimizin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və Azərbaycanın bütün dünya tərəfindən etiraf olunan dinamik inkişafının sükanı arxasında dayanan ölkə başçısı İlham Əliyevin ətrafında daha sıx birləşərək ölkənin tərəqqisi naminə onun gördüyü işləri dəstəkləyir.   ..
15.06.2017 00:00
Bərdədə Milli Qurtuluş Günü və Azərbaycanda yay turizm mövsümünə keçid münasibəti ilə tədbir keçirilibBərdə Regional Mədəniyyət və Turizm İdarəsi 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü və Azərbaycanda yay turizm mövsümünə keçid münasibəti ilə tədbir təşkil edib. Regionda turizm potensialının yüksəldilməsi, bölgələrə turist axınının sürətləndirilməsi məqsədi ilə Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində olan nümayəndəliklərdə maarifləndirici tədbirlər təşkil edib. Keçirilən maarifləndirici tədbirlərin sonu olaraq Bərdə şəhərində regional idarənin tabeliyində olan nümayəndəliklərin (Bərdə, Tərtər rayonları, Yevlax və Mingəçevir şəhərləri) də iştirakı ilə geniş miqyaslı tədbir proqramı təşkil olunub. Bərdə rayonuna məxsus tarixi abidələrin tanışlığı ilə başlanan tədbir daha sonra 15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günü və Azərbaycanda yay turizm mövsümünə keçid münasibəti ilə təşkil olunmuş sərgi və konsert proqramının izlənilməsi ilə davam edib. Öncə 1322-ci ildə inşa edilən Bərdə türbəsində olan şəhərin qonaqları və yerli turistlər türbənin zəngin tarixi barədə geniş məlumatlandırılıb. Türbəyə dövlət tərəfindən yüksək qiymət verildiyi də qonaqların nəzərinə çatdırılıb. Tanışlıq Bərdə şəhərində yerləşən VIII-IX əsrlərə aid İmamzadə məscid kompleksinə ziyarətlə davam edib. Burada məlumat üçün bildirilib ki, bu abidə Bərdə şəhərində yerləşən qədimliyinə görə seçilən tarixi abidələrdən biridir və həmçinin də abidə dini turizm üçün mövcud əlverişli şəraitə malikdir. Bundan başqa Şirvanlı kəndində yerləşən və XVIII-XIX əsrlərə aid Şirvanlı hamamına da böyük maraqla səfər edilib. Səfər qonaqlarda və turistlərdə xoş təsurat  yaradıb. Daha sonra qonaqlar və turistlər Bərdə şəhərində, Tərtər çayı sahilində yerləşən Heydər Əliyev adına park bulvarında təşkil edilmiş bayram tədbirinə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayıblar. 15 iyun Milli  Qurtuluş günü  və  yay turizm mövsümünə keçid  ilə əlaqədar təşkil edilən tədbirdə rayon sakinlərinə, həmçinin, şəhərin qonaqlarına, o cümlədən bura səfər edən turistlərin  səmərəli istirahəti üçün böyük konsert proqramı təşkil edilib.  Tarix Diyarşünaslıq  muzeyinin sərgilədiyi qədim eksponatlar, Bərdə Turizm informasiya mərkəzinin regionun turizm potensiyalını əks etdirən məlumatlandırıcı kitabları, suvenirlər , hədiyyələr,  1 və 4 nömrəli şəhər uşaq incəsənət məktəblərinin rəsm sinifinin  şagirdərinin isə açıq havada çəkdikləri rəsmlər daha da maraq doğurub. Bununla yanaşı Regional İdarə və Turizm İnformasiya mərkəzi tərəfindən qonaqları və turistləri maraqlandıran məsələlər barədə ətraflı məlumatlar verilib. Qeyd edək ki, haqqında söz açdığımız region tarixi abidələr baxımdan turizm sektoru üçün kifayət qədər əhəmiyyətlidir. ..
14.06.2017 00:00
Qubadlı rayonunda “Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Qubadlı rayon nümayəndəliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan bölük komandiri Həsənqulu Qaçay oğlu Qasımova həsr olunmuş “Həsən Qorxmaz Dastanı” adlı ədəbi-bədii gecə keçirib. Şəhidin təhsil aldığı Qubadlı rayon Qara İlyasov adına 1 saylı orta məktəbdə baş tutan tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, SRMTİ Qubadlı Rayon Nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov, AYB üzvü, “Qızıl Qələm” mükafatı laureatları Şərqiyyə Ziyadqızı, şair-publisist Elburus Qayalı,  şəhidin ailə üzvləri və rayon ictimaiyyəti iştirak ediblər. Tədbirdə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev, Elburus Qayalı, Şərqiyyə Ziyadqızı çıxış edərək Həsən Qorxmaz haqqında geniş söhbət açıblar. Daha sonra şəhidin həyat yolunu əks etdirən video-çarx nümayiş olunub, Mahmudlu kənd Mədəniyyət evinin bədii-qiraət dərnəyinin üzvlərinin ifasında Həsən Qorxmaza ithaf olunmuş şeirlər, Məzahir Məmmədov, Turanə Tarverdiyeva, Şahin Qaçaylının ifasında muğam parçaları dinlənilib. Sonda şəhidin qardaşları çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına ailə üzvləri adından təşəkkürlərini bildiriblər. ..
13.06.2017 16:30
Şuşa Dövlət Musiqili Dram Teatrının 143–cü Teatr Mövsümünün bağlanışıQədim tarixi ənənələrə malik olan Şuşa Dövlət Musiqili Dram Teatrı 143–cü Teatr Mövsümünü Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan – Yurdum mənim” adlı konsert proqramı ilə bağlayacaqdır. Konsert proqramında Azərbaycan Xalq və bəstəkar mahnıları, teatrın repertuarında olan tamaşalardan səhnələr və eləcə də Xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması  əsasında hazırlanmış eyni adlı musiqili ədəbi–bədii kompozisiyadan parçalar, Milli qurtuluş gününə həsr olunmuş şeirlər  ifa olunacaqdır. Konsert proqramının rejissoru Respublikanın Əməkdar Artisti Yadigar Muradov, musiqi rəhbəri Əməkdar Mədəniyyət İşçisi Nəsib Məhərrəmovdur. Konsert proqramında Respublikanın Əməkdar Artistləri Şükufə Musayeva, Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Məmməd Məmmədov, Xanirə İsgəndərova, Teymur Məmmədov, Mobil Qurbanov, Rasəf Mehdiyev, Aybəniz Cahangirova, Yaşar Muradov, Zahid Mehdiyev və başqaları iştirak edirlər. Mövsüm bağlanışı 13 iyun 2017–ci il tarixdə saat 12:00–da Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə olacaqdır. ..