Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
23.01.2018 12:31
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinə həsr olunmuş rəsm sərgisi və inşa yazı müsabiqəsiMingəçevir Turizm Kollecinin təsviri  incəsənət sahəsinə  böyük marağı olan  və bu cəhətdən  qabiliyyətləri  ilə seçilən  tələbələri daima ictimai  tədbirlərdə öz fəallıqları ilə seçilirlər. Onlar görkəmli  bəstəkar Qara Qarayevin anadan olmasının  100 illiyi münasibəti ilə keçirilən yubiley  tədbirlərinə böyük  coşğu ilə  qoşulmuşlar. Kollecdə  təşkil edilmiş  “Qara Qarayev yaradıcılığı rəssam  tələbələrin  fırçasında”  adlı rəsm sərgisində istedadlı  tələbələrin  əl işləri nümayiş etdirilir.Təsviri sənət müəllimi Aygün Hümbətovanın  təşəbbüsü ilə hazırlanan  sərginin işi  fevralın 2-dək  davam edəcəkdir. Həmin müddətdə  kollecin müəllimləri və tələbələri həmçinin tədris  müəssisəsinin qonaqları  sərgidə nümayiş etdirilən rəsm işləri ilə tanış ola  bilirlər. Sərgi ilk gündən  kollektiv üzvlərinin ciddi maraq  və diqqətinə səbəb olmuşdur. Görkəmli  bəstəkarın  100 illiyi  ilə bağlı  keçirilən yubiley  tədbirləri  çərçivəsində  daha bit təşəbbüs  kolecin ədəbiyyat  müəllimləri tərəfindən  irəli sürülmüşdür. Yanvarın əvvəllərindən  başlayaraq  kollecdə “Qara Qarayev bəstəkarlıq məktəbinin  banisidir” mövzusunda  inşa  müsabiqəsi keçirilir. Müsabiqəyə  bütün tədris qruplarının  tələbələri qoşulmuşlar. İnşa müsabiqəsi yanvarın sonunadək  davam edəcəkdir. Müsabiqədə ilk üç yeri tutan tələbələr həvəsləndirici mükafatlarla  təltif olunacaq. ..
22.01.2018 17:21
Mingəçevir Turizm Kollecində “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı konfrans keçirilibAzərbaycan xalqının müasir tarixinə hüzn və qəhrəmanlıq səhifəsi kimi həkk olmuş 1990-cı ilin qanlı 20 yanvar hadisələrinin növbəti ildönümü Mingəçevir Turizm Kollecində silsilə vətənpərvər tədbirlərlə anılıb. Fənn birliklərində və dəyrimi masa ətafı tədbirlərdə aktual müzakirələr aparılıb, tələbələrin iştirakı ilə rəsm və inşa müsabiqələri təşkil edilib, ən yaxşı divar qəzetlərinin xüsusi buraxılışları kollektivə və müəssisənin qonaqlarına nümayiş olunub. Anım tədbirləri silsiləsinə daxil olan tələbələrin əl işlərindən ibarət sərgi və elmi- nəzəri konfrans əhəmiyyəti və diqqətə layiq məqamları ilə iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Öncə kollec rəhbərliyinin, pedaqoq və tələbələrin iştirakı ilə rəsm və əl işləri sərgisinə baxış keçirilib. Qeyd edək ki, sərgidə  dövlətçilik ənənələrindən, xalqın mübarizə tarixindən və 20 yanvar faciəsindən bəhs edən nümunələr üstünlük təşkil edib. Eyni zamanda monitor vasitəsilə sərgi iştirakçılarına 1990-cı ilin 20 yanvar hadisələrinə həsr olunmuş videoçarx təqdim olunub. Daha sonra “20 yanvar  faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı elmi-nəzəri konfransada bir araya gələn tədbir iştirakçıları tarixi dəlillərə istindadən əhəmiyyətli müzakirələr aparıb. Konfransı açıq elan edən Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubov  20 yanvar faciəsi qurbanlarının timsalında cəmi Azərbaycan şəhidlərinin xatirəsini bir dəqiqəlik  sükutla yad etməyi təklif edib. Bundan sonra çıxışına davam edən Ə.Əyyubov Azərbaycan xalqının azadlıq mübarizəsi tarixinə dair dəyərli faktlar açıqlayıb. Sovet hərb maşını önündə yumruqları düyünlənmiş halda dik dayanan xalqın davranışını böyük qəhrəmanlıq nümunəsi adlandırıb. Əyyub Əyyubov  hadisələrin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində sərt açıqlamalarla çıxış edən, daha sonra  siyasi hakimiyətdə olduğu dönəmlərdə faciyəyə hüquqi, siyasi qiymət verilməsinə nail olmuş ümummilli lider Heydər Əliyevin iradəsi və vətənpərvərliyi önündə baş əydiklərini bildirib: “Xalqımızın qəhrəmanlığı və şəhidlərimizin hünəri sayəsində Azərbaycan xalqı dünyada heç də hər millətə nəsib olmayan müstəqil dövlətçiliyinə qovuşdu. Biz azadlığın necə dəyərli nemət olduğunu müstəqillik dönəmində daha dərindən anladıq. Buna görə də müstəqilliyimizin əbədi olması üçün hər cür fədakarlığa hazır olmalıyıq” Daha sonra konfrans iştirakçılarına qanlı  20 yanvar hadisələrindən bəhs edən növbəti sənədli film nümayiş olunub. Qeyd etmək lazımdır ki, konfrans ərzində biri-birindən məzmunlu və aktual məruzələr dinlənilib. Pedaqoqlar Kifayət Əliyeva, Vüqar Nağıyev və Gülay İbrahimli müvafiq olaraq “Sənətində də şəhidliyində də zirvələrdə əbədiləşdi”, “20 yanvar faciəsindən 28 il ötür” və “20 yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  mövzularında məruzələrlə çıxış edib. Çıxışlarda dövrün siyasi reallığı, hadisələrin inkişaf mərhələləri və faciə günü ilə bağlı təkzibolunmaz faktlar açıqlanıb. Ardınca kollec rəhbərliyi tərəfindən  rəsm və inşa müsabiqəsi qaliblərinə fəxri-fərmanlar təqdim olunub. Konfrans ənənəyə uyğun olaraq ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Tələbə özfəaliyyət qrupu fəalları hadisələri musiqi ritmlərinin müşayəti və poetik ifadələrlə iştirakçılara təqdim edib. Konfransa yekun vuran professor Əyyub Əyyubov gənclərin vətənpərvər ruhunun möhkəmləndirilməsi üçün pedoqoji heyətin üzərinə düşən  strateji vəzifələrdən danışıb.  Hər kəsi daim Azərbaycanın şərəfli tarixi və milli dəyərləri haqqında məlumatlı olmağa və mövcud ənənələrin qorunmasında vətəndaş fəallığı nümayiş etdirməyə  səsləyib.  Bu mənada ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci ilin Cumhuriyyət ili elan olunmasını Azərbaycan xalqının tarixinə verilən dəyərli  hadisə adlandırıb. ..
22.01.2018 16:30
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş silsilə tədbirlər keçirilibXaçmaz Heydər Əliyev Mərkəzində YAP Xaçmaz rayon təşkilatı ilə birgə 20 Yanvar faciəsinin 28 - ci ildönümü ilə əlaqədar “Müstəqilliyə aparan yol“ mövzusunda tədbir keçirildi. İlk öncə tədbir iştirakçıları Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Mərkəzin nəznində fəaliyyət göstərən “bədii qiraət“ dərnəyinin üzvlərinin ifasında şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirildi, Xaçmaz Uşaq İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət “Qan yaddaşımız“ mövzusunda hazırladıqları rəsm sərgisinə baxış keçirildi. Quba rayon MKS-nin mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin oxu zalında 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qəhrəmanlıq tarixinin 20 yanvar zirvəsi” adlı tədbir keçirildi. Sonda 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş slayd izləndi, “Şəhidlər ölməz, vətən bölünməz!” adlı sərgiyə baxış keçirildi. Qusar rayon uşaq incəsənət məktəbində 20 yanvar  faciəsinə həsr olunmuş   tədbir   bir dəqiqəlik sükütla başlanmışdır. Məktəbin müəllim və şagird heyətinin timsalında faciəyə həsr olunmuş   rəsm və  əl işləri  nümayiş etdirilmiş,şeirlər söylənmiş,   həzin musiqi nömrələri ifa olunmuşdur. Şabran rayon Mərkəzi Kitabxanada 20 Yanvar Ümumxalq hüzn günü  ilə əlaqədar  “Daima ürəklərdə yaşayan şəhidlər” adlı ədəbi-bədii kompozisiya keçirildi. Tədbirin sonunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunan “Tarixin qan yaddaşı” adlı kitab sərgisi nümayiş olundu. Siyəzən rayon Mədəniyyət Mərkəzində “Müstəqilliyimizə gedən yol 20 Yanvar faciəsindən keçir” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə 20 Yanvar hadisələrindən bəhs edən videoçarx nümayiş etdirilmişdir. Keçirilən tədbirlərdə çıxış edənlər faciə haqqında məlumat verərək, bu qanlı hadisənin yaddaşlardan heç vaxt silinməyəcəyini, faciə qurbanlarının vətən yolunda qəhrəmanlıq göstərdiklərini, onların hər zaman qəlbimizdə yaşayacaqlarını bildirdilər. ..
19.01.2018 17:55
Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin müəssisələrində 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş bir sıra tədbirlər keçiribQazax rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxana, Uşaq şöbəsi,  şəhər  1 saylı, Qazaxbəyli, N. Nərimanov qəsəbə, Yuxarı Salahlı kənd 1 və 2 №-li, Canallı, Quşçu Ayrım,  Alpout, Cəfərli, Məzəm, Xanlıqlar, Dəmirçilər kənd kitabxana filialları  20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar: Hünər və qeyrət günü”, “Tariximizin şərəf və qəhrəmanlıq zirvəsi ”, “Qanlı Yanvar”, “20 Yanvar” səhifəsi”, “20 Yanvar - Hüzn günü”, “Xalqımızıin hüzn və şərəf günü”adlı anım tədbirləri və məruzələr keçirib. Mədəniyyət işçiləri, fəal oxucuların və tələbələrin iştirak etdiyi tədbirlər 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi  ilə başlayıb. MKS-in direktoru Solmaz Babanlı çıxışında 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı törədilən terror aktı olmasından, bu hadisələrdə Azərbaycanın yüzlərlə oğul və qızları suverenlik və müstəqillik  uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etmələrindən məlumat verib. Tədbirlərdə 20 Yanvar hadisələrini əks etdirən video-çarx nümayiş etdirilib, şəhidlərə, Vətənə həsr olunan şeirlər söylənilib, şeir müsabiqəsi keçirilib. Hər bir kitabxana 20 Yanvar faciəsi haqqında çap edilən kitab və qəzetlərdən tərtib olunmuş sərgiləri iştirakçılara təqdim edib. N. Nərimanov qəsəbə kitabxana filialı Firidun bəy Köçərlinin anadan olmasının 155 illiyi münasibətilə   “Firidun bəy Köçərli – 155” adlı  söhbət keçirib, Qazaxbəyli kənd kitabxana filialı “Uşaqların nağıl dünyası” adlı Səyyar kitabxana xidməti təşkil edib. ..
19.01.2018 15:56
Mingəçevir Turizm Kollecində görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi münasibəti ilə Bilik yarışı keçirilibAzərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illiyi münasibəti ilə Mingəçevir Turizm Kollecində  keçirilən tədbirlər sırasına daha biri əlavə olundu. “Qara Qarayevin incəsənətimizdə qoyduğu iz” adlı intellektual yarış keçirildi. Yarış kollecin fənn müəllimləri Eldar Dərişov, Elnarə İsmayılova  və kollecin  tələbə - gənclər təşkilatının fəallarının təşəbbüsü ilə təşkil edilmişdir. Bilik mübarizəsində ayrı-ayrı ixtisas qruplarının  tələbələrindən ibarət 6 komanda iştirak edirdi. Eyni zamanda yarışa  əyani şöbələrin tələbələri ilə yanaşı qiyabiçi tələbələrdən təşkil olunmuş komandalar da qoşulmuşdu. Müəyyən edilmiş qaydalara uyğun olaraq intellektual yarış üç mərhələyə bölünmüşdür. Hər mərhələdə komandalara Qara Qarayevin həyat və  yaradıcılığı mövzusunda 10 sual ünvanlanırdı. Yarışın tamaşaçıları komandalar arasında bərabər və gərgin mübarizə aparılmasının şahidi oldular. İştirakçıların  nümayiş etdirdiyi biliklər tələbə gənclərin   Azərbaycan  musiqi  sənəti,  xüsusilə  də  görkəmli bəstəkar Qara  Qarayevin  yaradıcılığı haqqında kifayət qədər məlumatlı olduğunu  göstərdi. Münsiflər heyəti komandaların fəallığını cavablardakı dəqiqlik və dolğunluğu nəzərə alaraq müvafiq ballarla qiymətləndirdi. Qeyd edək ki, komandaların dəstək qrupları da öz yoldaşlarını sonadək dəstəkləyir və onları uğura həvəsləndirirdi. Üç mərhələdən ibarət yarışın nəticəsinə görə “Real” komandası qalib adına layiq görüldü. Qalib komandaların üzvlərinin  fəxri fərmanla təltif olunması nəzərdə tutulub. Mükafatların təqdimatı görkəmli bəstəkarın  100 illik yubileyinə həsr olunmuş yekun tədbirdə həyata keçiriləcək. ..
19.01.2018 15:53
Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər keçirilmişdir17 yanvar 2018-ci il tarixdə  Qax rayon Mədəniyyət Mərkəzində “Qəhrəmanlıq və iftixar tariximiz” adlı anım mərasimi keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Mərkəzin foyesində  20 Yanvar faciəsini əks etdirən sərgi ilə tanış oldular.. Tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru K. Məcidova  20 Yanvarı tariximizin şərəfli səhifələrindən olduğunu,  Azərbaycanda azadlığın 20 Yanvar ağrısından, 20 Yanvar qeyrətindən doğulduğunu qeyd etdi və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxışçılardan Qax Gün Ərzi Qayğı Mərkəznin direktoru Səfiyyə xanım Süleymanova da öz növbəsində  20 Yanvar faciəsindən doğan ağ gündən söz açaraq,  bu tarixi hər zaman yadda saxlamağın hər birimizin borcu olduğunu qeyd etdi. Sonra “20 Yanvar - 1990” adlı video çarx nümayiş olundu.  Mədəniyyət Mərkəzinin İ.Dağıstanlı adına Xalq teatrı üzvlərinin  hazırladığı ədəbi- bədii kompazisiya hər kəsi riqqətə gətirdi. Üvertüranın sədaları altında başa çatan kompzisiyada iştirakçılarla  birlikdə  “Qoynunda bu qədər şəhidlərin varsa sabahın üçün heç bir narahatlığın olmasın can Azərbaycan” sədaları altında hər kəsi mübarizəyə səslədilər. Yekunda D.Əzizova çıxış edərək qeyd etdi ki, “20 yanvar nə qədər dəhşətli bir gün olsa da, həm də iftixar günümüzdür. Şəhidlərimiz heç zaman unudulmayacaq və hər zaman iftixar hissi ilə anılacaqdı”. Oğuz rayon Heydər Əliyev Mərkəzində 20 yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqadar olaraq “20 Yanvar - Tariximizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirildi. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin, Oğuz rayon Gənclər və İdman İdarəsinin, YAP  Oğuz rayon təşkilatının, rayon tarix-diyarşünaslıq muzeyinin, rayon Uşaq İnkişaf Mərkəzinin, Heydər  Əliyev Mərkəzinin nümayəndələri,  rayon  məktəblərinin müəllim və şagird kollektivi iştirak etdi. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru M.Abbasova açdı. Məruzəçi  1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən yeridilməsi, dinc əhaliyə divan tutulması, yüzlərlə insanın qətlə yetirilməsi haqqında məlumat verdi. Azərbaycanın müstəqilliyi və istiqlaliyyəti yolunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Mərkəzin bələdçisi S.Musayeva “Qanlı yanvara gedən yolun başlanğıcı” mövzusunda çıxış etdi. Tədbirdə Oğuz rayon Uşaq İnkişaf Mərkəzinin şagirdləri 20 yanvar faciəsi ilə bağlı ədəbi-bədii kompozisiya təqdim etdilər. Tədbirdə 20 Yanvar hadisələrinin   tarixi, həmin günlərdə xalqının səsinə səs verən Ümummilli Lider Heydər Əliyevin 20 Yanvar hadisələrinə ilk hüquqi-siyasi qiymət verməsindən bəhs edən videoçarx təqdim edildi. Tədbir iştirakçılarına “20 Yanvar –Tariximizin qəhrəmanlıq səhifəsi” adlı bukletlər təqdim edildi. Sonda Oğuz rayon Gənclər və İdman İdarəsinin müdiri R.Mahmudov çıxış edərək  20 Yanvar gününün  faciə günü deyil, xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə apardığı qəhrəmanlıq və qürur günü olduğunu vurğuladı. 17 yanvar 2018-ci il tarixində Zaqatala rayon Heydər Əliyev Mərkəzində Humanitar fənlər gimnaziyası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə qanlı 20 Yanvar faciəsinin 28-ci il dönümü ilə əlaqədar olaraq tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Famil Rəhimov açıq elan etmişdir. Tədbir iştirakçıları açılışdan sonra şəhidlərin xatirəsinin bir dəqiqəlik sükütla yad etdilər. Daha sonra həmin hüzünlü gün haqqında Mərkəzin əməkdaşı  Leyla Məmmədova məruzə etmişdir. Məruzə dinlənildikdən sonra şagirdlər “Tarixin qan yaddaşı” adlı ədəbi-bədii kompazisiya ilə çıxış etdilər. Kompazisiyanı məktəbin tarix müəlliməsi Feyzullayeva Aida təşkil etmişdir. Tədbirin sonunda 20 Yanvara aid “Heç kim unudulmur, heç kim yaddan çıxmır” adlı slayda baxış olmuşdur. ..
19.01.2018 15:50
Sabirabad rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdirAzərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 28 il keçir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə keçmiş  Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək Şəhidlik zirvəsinə ucaldılar. 18 Yanvar 2018-ci il tarixində Sabirabad rayon Mədəniyyət Mərkəzində 1990-cı il 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Öncə Azərbaycanın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi T.Əzimov  20 Yanvar faciəsindən söz açaraq bildirib ki, 20 Yanvar faciəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, amma faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun zirvəsidir. Digər çıxış edənlər də 20 Yanvar hadisələrini öz azadlığı, müstəqilliyi ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın tarixində şanlı səhifə kimi səciyyələndirmişlər.        Həmçinin Mərkəzin foyesində şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş fotostendlərdən və Mərkəzin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət guşə yaradılmışdır. ..
18.01.2018 17:50
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilibSumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə “Şəhidlər – Vətənin qələbə rəmzi” adlı tədbir keçirilib. Şəhidlər xiyabanında baş tutan tədbirdə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, AYB üzvü Hafiz İmamnəzərli, Əməkdar İncəsənət Xadimi, rəssam Vaqif Nəzirov çıxış edərək tariximizə qanla yazılmış 20 yanvar faciəsinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Sonra S.Sarvan adına uşaq poeziya klubunun üzvləri – İlahə, Xoşqədəm Bağıyevalar, Ayan Ağayeva, Zəhra Bəşirli, İsmayıl Hüseynov, Lətifə Mahmudova, Ərtoğrul Salıflının ifasında səslənən şeirlər və kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sonda S.Sarvan adına Uşaq Poeziya Klubu üzvlərinin tərtib etdiyi qətnaməni Rəsul Bəhmənli oxuyub və sülh rəmzi olan göyərçinlər havaya buraxılıb. Nizami Gəncəvi adına Kitabxana Klubda “Qanlı şənbəyə gedən yol” başlıqlı portret günü keçirilib. Tədbirdə oxuculara faciə haqqında geniş məlumat verilib, videoçarx və ədəbiyyat sərgisi nümayiş olunub.  Sonra  kitabxananın fəal oxucuları 20 Yanvarda şəhid olmuş Larisa Məmmədova,Vera Bessantina, İlqar İbrahimovun foto şəkillərini tutaraq onlar haqqında məlumat verib, faciəyə həsr olunmuş şeir nümunələri söyləyiblər. Daha sonra tədbir iştirakçıları Kitabxana Klubun nəzdində fəaliyyət göstərən “Rəsm” dərnəyinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sonda tədbir iştirakçıları Şəhidlər Xiyababını ziyarət ediblər. Sumqayıtın Tarixi Muzeyinin “Şəhidlər qalereyası” zalında “Bakı, 20 Yanvar, 1990” adlı sərgi tərtib edilib. Sərgidə muzeyin fondlarında mühafizə olunan XX əsrin 90-ci ilində baş vermiş ən dəhşətli faciəsinin fotoşəkilləri, qəzet materialları, sənədlər, fotoalbomlarla yanaşı, sumqayıtlı rəssamlar M.Cəfərov və N.Dadaşovun təsviri incəsənət əsərləri də yer alıb. Şəhər Mədəniyyət Evində keçirilən tədbirdə gənc müqənillər: İlkin Əlizadənin ifasında “Cənab Leytnant“, Ədalət Daqlının ifasında “Şəhidlər“, Zaur Yusiflinin ifasında isə “Heydər Xalqım deyəcək“ mahnıları dinlənilib, mədəniyyət evinin rəssamlıq kursunun şaqirdlərinn rəsmlərindən ibarət sərqi, o cümlədən, S.Vurğun adına Mərkəzi Kitabxananın fondunda əks olunan ədəbiyyatlardan ibarət sərgi təşkil edilib. “Dostluq” mədəniyyət evində də 20 yanvar şəhidləri anılıb. Tədbirdə şəhidlərə həsr olunmuş şeirlər söylənilib, musiqi nömrələri ifa edilib. Şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən maraqla qarşılanıb. F.Əmirov adına Uşaq Musiqi məktəbində keçirilən tədbirdə məktəbin şagirdləri Leyli Əliyeva, Bəhlul Nağdıyevin ifalarında şerləri, xor kollektivinin çıxışı,balabanda Naib Zəkiyevin ifası səslənib. Zəngilan rayon kənd klubunda məktəblilərin iştirakı ilə rəsm sərgisi keçirilib, Tarix Diyarşünaslıq Muzeyində filim nümayiş etdirilib. Rayon mərkəzi kitabxanasında “Qanlı yanvar” adlı tədbir keçirilib. Tədbirdə kitabxananın direktoru Məhruzə Cəfərova və qonaqlar  çıxış edərək 20 yanvar faciəsinin səbəbləri və nəticələri haqqında ətraflı məlumat veriblər. Sonra tədbir iştirakçıları kitabxanada tərtib olunan  “Qanlı 20 yanvar” adlı sərgi ilə yaxından tanış olublar. ..
18.01.2018 16:17
Qubada 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilibQuba Turizm İnformasiya Mərkəzi Quba rayon tarix-diyarşünaslıq muzeyi ilə birgə 20 Yanvar  faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Tədbirdə hər iki  müəssisəsin,  rayonda fəaliyyət göstərən bir sıra turizm obyektlərinin əməkdaşları və 20 Yanvar hadisələrinin canlı şahidləri  iştirak etmişlər. Tədbirin əvvəlində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. QTİM-in direktoru Murad Hacıyev 20 Yanvar hadisələri haqqında danışaraq, Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. Daha sonra tədbirdə Quba tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva, Quba Şəhidlər muzeyinin  müdiri Həqiqət Hüseynova, Quba TİM-in mütəxəssisi Qəmər Babayeva, Quba tarix-diyarşünaslıq muzeyinin əməkdaşı Taryel Hacıyev çıxış etmişlər. Anım mərasimində 20 yanvar faciəsi zamanı Sovet qoşunları tərəfindən törədilmiş qırğınlar, vəhşiliklər nəticəsində  milli azadlıq, müstəqillik yolunda şəhid olan qəhrəmanların xatirəsini əks etdirən sənədli film nümayiş etdirilib. Daha sonra, tədbir iştirakçıları Quba tarix-diyarşünaslıq muzeyinin foyesində təşkil olunan  20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirmişlər.   ..