Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
694

Ölkəmizin mədəni irs nümunələrinin UNESKO siyahısında sayı bundan sonra da artacaqdır

İyulun 7-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Azərbaycanın qədim irsi, zəngin mədəniyyəti, həmçinin beynəlxalq miqyasda nüfuzu üçün müstəsna önəm kəsb edən qərar qəbul olunmuş, Şəki şəhərinin tarixi mərkəzi Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınmışdır. 2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhərin, 2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin UNESKO siyahısına daxil edilməsindən sonra bu, Azərbaycanın dünya xəzinəsində yer alan üçüncü mədəni irs məkanıdır.

Şəki şəhərinin tarixi mərkəzinin və Şəki Xan sarayının Ümumdünya İrs Siyahısına salınması Azərbaycanın UNESKO-da ardıcıl fəaliyyətinin, eləcə də ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin nəticəsidir.

Bu uğur Azərbaycanın illərdən bəri – həm ölkəmizin daxilində, həm də onun hüdudlarından kənarda – dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin təbii davamıdır.  

Xüsusi məmnunluq doğurur ki, Şəki ilə bağlı tarixi qərar Ümumdünya İrs Komitəsinin ölkəmizdə keçirilən sessiyasında qəbul olunmuşdur. UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi faktının özü Azərbaycanın dünya irsi obyektlərinin qorunması məsələsində xidmətlərinin beynəlxalq miqyasda etirafı və yüksək qiymətləndirilməsinin sübutudur.

Bu hadisə Azərbaycanın dünya mədəni-turistik xəritəsində beynəlxalq mövqelərini daha da möhkəmləndirir.

UNESKO siyahısına daxil edilmək dünya mədəni və təbiət irsinin saxlanılması üçün beynəlxalq təsisatlardan, ilk növbədə Ümumdünya İrsi Fondundan maliyyə vəsaitlərinin cəlb edilməsində prioritetliyi təmin edir.

Bu əlamətdar hadisə həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq müstəvidə növbəti təsdiqidir.

Ölkəmizdə beynəlxalq miqyasda tanınmasını gözləyən hələ çox mədəni irs obyektləri vardır. Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl iş sayəsində ölkəmizin mədəni irs nümunələrinin UNESKO siyahısında sayı bundan sonra da artacaqdır.

XƏBƏRLƏR

18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq
16.09.2019 10:59
İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb
15.09.2019 15:23
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Arif Məlikova həsr olunan tədbir keçirilib