Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
496

“Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu” mövzusunda seminar keçirilib

 10 iyul 2019-cu il tarixində Ağcabədi rayonunda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Ağcabədi Regional Mədəniyyət İdarəsi ilə birgə “Gənc mədəniyyət işçilərinin kreativ koordinasiya qrupu”nun  üzvləri arasında “Narkomaniyaya qarşı mübarizədə mədəniyyət müəssisələrinin rolu”  mövzusunda seminar keçirilib.

Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyində keçirilmiş tədbirin məqsədi sağlam gənc nəslin yetişdirilməsi, narkomaniyaya qarşı mübarizə və gənclər arasında təbliğat işlərinin aparılması, həmçinin milli şüurun inkişaf etdirilməsi, vətənpərvərlik hisslərinin aşılanmasıdır.

Tədbiri Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Rza Quliyev açaraq, qeyd etdi ki, regionun mədəniyyət müəssisələri, həmçinin kitabxanalar narkomaniyaya qarşı müxtəlif tədbirlər və aksiyalar keçirir. 

Mərkəzin elmi katibi Cavid Əliyev “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na əsasən Mədəniyyət Nazirliyi tərəfindən görülən və görüləcək işlərdən bəhs etdi.

 Mərkəzin əməkdaşları Ceyhun Əhmədov “Narkomaniya – gənclərin mübarizə istiqaməti kimi” mövzusunda, Elnur Hacıbabayev “Gənc mədəniyyət işçilərinin narkomaniyaya qarşı mübarəzədə rolu” mövzusunda, Rəfiqə Nəsirova “Çərçivədən kənar” təbliğat xarakterli movzusunda məruzələri ilə çıxış ediblər.

Çıxışlarda qeyd olundu ki,  son vaxtlar gənclərin zərərli vərdişlərə meylinin artması olduqca narahatlıq doğurur. Bu problemdən çıxış yolu ancaq gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, problemə müasir formada yanaşma tərzi, onların asudə vaxtlarının faydalı keçirilməsi, kütləvi mədəniyyət, təhsil və idman tədbirlərinə cəlb edilməsidir.

 Məsələ ilə bağlı metodiki vəsaitlər və xalq teatrlarında yeni təbliğat xarakterli tamaşaların hazırlanmasına dair təkliflər səsləndirildi.  Mövzu ətrafında  müzakirələr  və geniş fikir mübadiləsi aparılıb. Seminar interaktiv şəkildə davam etdirilib.

Seminarın fəal iştirakçıları sertifikatlarla təltif olunub.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi