Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
287

Abdulla Şaiqin xatirəsi anılıb

15 oktyabr 2019-cu il tarixində Abdulla Şaiqin Mənzil Muzeyində ədibin vəfatının 60 illiyinə həsr edilmiş tədbir keçirildi. “Abdulla Şaiq “Türk ocağı”nın qurucularından biri kimi” adlı tədbir Azərbaycanda bərpa edilmiş “Türk ocağı” cəmiyyəti ilə birgə təşkil edilib.

Anım gününə həsr olunmuş tədbirdə “Şərq” qəzetinin baş redaktoru, “Türk ocağı” cəmiyyətinin sədri Akif Aşırlı, tarixçi alim Firdövsiyə  Əhmədova, cəmiyyətin üzvləri, Bakı muzeylərinin əməkdaşları, universitet müəllimləri və kitabxananın nümayəndələri  iştirak edib.  

Tədbiri giriş sözü ilə muzeyin direktoru Ülkər Talıbzadə açaraq ədibin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbir muzeyin əməkdaşı Arzu Hacıyevanın  “Abdulla Şaiq – milli ideoloq kimi” adlı məruzəsi ilə davam etdi. Şaiq irsinin tədqiqatçısı milli ideologiyanın  formalaşdırılmasında  ədibin  misilsiz xidmətlərindən  danışdı.

“Türk ocağı”  cəmiyyətinin sədri Akif Aşırlı  belə bir tədbirin A.Şaiqin adını daşıyan mədəniyyət ocağında  keçirilməsindən məmnunluğunu bildirdi. O, ədibin  türkçülüyə  dair əsərlərinin, həmçinin  publisistikasının  tədqiq  olunmasına  ehtiyac olduğunu bildirdi. Çıxışının sonunda  Akif Aşırlı “Türk ocağı” Azərbaycanda”  kitabının Bakı-2015 və  İstanbul-2016 nəşrlərinin nüsxələrini təqdim  etdi.

Firdövsiyə  Əhmədova  gənc nəsillərin təlim və tərbiyəsinin  məhz Şaiq kimi munis bir təbiətə malik,  vətənsevər, türkçü  bir pedaqoqa  həvalə olunmasını  bizim xoşbəxtliyimiz  kimi  dəyərləndirdi. Firdövsiyə xanım  onu  da bildirdi ki,  uşaq şairi  hesab  etdiyimiz  Abdulla  Şaiq əslində  coşqun təbiətli  bir  şairdir. Onun  turançılıq  təbliğ  edən  şeirləri  buna  nümunədir.

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Mübariz Süleymanlının çıxışı ilə davam etdi. M.Süleymanlı türkçülük  əqidəsinin Talıbzadələr nəslinə xas xüsusiyyət kimi  səciyyələndirdi. O, A.Şaiqin atası - Zaqafqaziya  şeyxülislamı  Şeyx Əhməd Səlyaninin müavini Axund Mustafa Talıbzadədən və Şaiqin  pedaqoji  sahədə əvəzsiz  xidmətlərindən danışdı. Tədbirdə  Abdulla Şaiqin  həyat  və fəaliyyətini əks  etdirən  slayd-şou nümayiş  etdirildi.  Bədii  hissədə  muzeyin  əməkdaşları ədibin şeirlərini  səsləndirdilər.

XƏBƏRLƏR

13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib
12.11.2019 09:05
“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə “Yuğ” Teatrında
12.11.2019 09:02
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
09.11.2019 11:21
Filarmoniyada Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib
09.11.2019 11:12
Azərbaycan Milli Xalça Muzeyinin fiziki imkanları məhdud şəxslərə uyğunlaşdırılmış ikinci mərtəbəsinin açılışı olub
09.11.2019 10:55
Şirvan aşıqları Beynəlxalq Muğam Mərkəzində geniş konsert proqramı ilə çıxış ediblər
08.11.2019 17:04
Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinə dair beynəlxalq konfrans keçirilib
08.11.2019 16:45
Mərkəzi İncəsənət məktəbində “BAYRAĞIMIZ- QÜRURUMUZDUR!” adlı tədbir keçirildi
08.11.2019 16:20
Dövlət Bayrağı Günü münasibətilə regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə tədbirlər keçirilir