Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1830

Ağdaş rayonunda Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbinin yaradılmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

22 dekabr 2017-ci il tarixində Habil Əliyev adına Ağdaş şəhər uşaq musiqi məktəbində rayonda musiqi məktəbinin yaradılmasının 80 illiyi yubileyi münasibətilə tədbir keçirilmişdir.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rafiq İsgəndərov iştirakçıları salamlayaraq Ağdaş şəhər uşaq musiqi məktəbinin 80 illik fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Məktəbin xor kollektivinin və Xalq Çalğı Alətlərii ansamblının çıxışlarından sonra musiqi məktəbi haqqında  videoçarx nümayiş etdirilmişdir.Sonra söz Ağdaş Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Tahir Əliyevə verilmişdir.O,öz çıxışında məktəbin müəllim və şagird kollektivini yubiley münasibətilə təbrik etmiş,məktəbin yeni binasının 2009-cu ildə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilərək istifadəyə verilməsindən bəhs etmiş və bu böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirmişdir.Çıxışının sonunda Tahir Əliyev məktəbin kollektivinə uğurlar arzulayaraq onlara hədiyyə təqdim etmişdir.Sonra çıxış edən Ağdaş şəhər uşaq musiqi məktəbinə 38 il rəhbərlik etmiş Möysünə Hüseynova məktəblə bağlı öz xatirələrini bölüşmüşdür.Çıxışçılardan Göyçay rayon uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov,Ucar rayon uşaq incəsənət məktəbinin direktoru Könül Kərimova,Ağdaş rayon Ağsaqqallar Şurasının sədri Rafiq Nəbiyev və digərləri Məktəbin kollektivini təbrik edərək onlara uğurlar arzulamışlar.Sonra çıxış edən Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai siyasi və  humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimovun təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırmış və məktəbin Ağdaş rayonunun ictimai-mədəni həyatında mühüm rol oynadığını vurğulamışdır.

Yubiley tədbirində Ağdaş rayonu ilə yanaşı Ağdaş Regional Mədəniyyət və Turizm idarəsinə aid olan Göyçay,Ucar və Zərdab rayonlarının mədəniyyət işçiləri,musiqi kollektivləri iştirak etmişdir.

Tədbir rəngarəng konsert proqramı ilə başa çatmışdır.

XƏBƏRLƏR

20.10.2018 13:13
Bakıda dünya şöhrətli keçə ustalarının master-klassları keçiriləcək
20.10.2018 12:19
“Ana” pyesinin səhnə həyatı maraqla qarşılanıb
20.10.2018 12:00
Görkəmli opera müğənnisi Lütfiyar İmanovun xatirəsi anılıb
20.10.2018 11:40
Bakıda dünya şöhrətli nasir Çingiz Aytmatovun 90 illiyi qeyd olundu
19.10.2018 16:01
Tanınmış kinorejissor Oqtay Mirqasımovun 75 illik yubileyinə həsr olunmuş “KİNO HƏYATIN BIR ZƏRRƏSİDİR” adlı tədbir keçirilib.
19.10.2018 15:31
Beynəlxalq Muzeylər Şurasının komitə prezidenti:Xalça Muzeyi bütün standartlara cavab verir
19.10.2018 15:24
Türkiyədən ölkəmizə hədiyyə olunan kitabların təqdimatı keçirildi
19.10.2018 09:08
"I am jazzman!" müsabiqəsinin qalibləri məlum olub
18.10.2018 16:19
Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları Qəbələ, Şəki və Kiş qoruqlarına təcrübə mübadiləsi layihəsi çərçivəsində səfər etmişdir
18.10.2018 15:46
Qobustan Milli Tarixi-Bədii Qoruğunda Müstəqillik Günü qeyd olundu
18.10.2018 14:32
Respublika Gənclər Kitabxanasında “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirilmişdir
18.10.2018 12:00
Sumqayıtda Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 11:46
Sumqayıt Regional Mədəniyyət İdarəsinin 9 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirilib
18.10.2018 10:56
“İSESKO-ya üzv ölkələrdə icma əsaslı iqtisadiyyatın inkişafında əl sənətinin rolu” mövzusunda regional seminar keçirilir
18.10.2018 10:49
Qazax rayon MKS tərəfindən Müstəqillik Günü münasibətilə silsilə tədbirlər keçirilib
18.10.2018 09:29
Musiqili Teatrda Marat Haqverdiyevin 80 illiyi qeyd olunacaq
17.10.2018 17:48
Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi qeyd olundu
17.10.2018 16:44
Rəssam Fərhad Həmzəliyevin “Həyat Yaradıcılıqdır” adlı ilk fərdi sərgisi keçiriləcək
17.10.2018 12:06
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
17.10.2018 10:14
Sumqayıt şəhər Tarixi Muzeyində “Müstəqillik Günü”nə həsr edilmiş tədbir keçirildi
17.10.2018 09:12
Azərbaycan Xalça Muzeyində beynəlxalq konfrans uğurla yekunlaşıb
16.10.2018 19:24
İlk maarifçi qadınlarımızdan Sona Axundova-Qarayevaya həsr olunan kitabın təqdimatı keçirildi
16.10.2018 10:22
Sumqayıt Dövlət Dram Teatrında şəhid Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm ana vətən” adlı filmin təqdimatı keçirilib