Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
824

Aşıq Pəri məclisinin üzvləri konsert proqramı ilə çıxış ediblər

İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçirilib.

Gecədə çıxış edən Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı Aşıq Pəri məclisinin yaranmasının 35 illiyinin ölkə miqyasında geniş qeyd olunduğunu bildirib. Diqqətə çatdırıb ki, 1984-cü ildə Xalq şairi Hüseyn Arif və Narınc Xatın belə bir məclisin ərsəyə gəlməsini qərara alıblar. İllər boyu onun başında unudulmaz sənətkarımız Narınc Xatın dayanıb. Lakin Hüseyn Arifin də, Zəlmxan Yaqubun da diqqəti daim bu məclisin üzərində olub. Məclisdə çox böyük istedadlar yetişiblər. Belə ki, qadın aşıqlığı əski çağlara bağlı qaynaqlara söykənir. Bir çox dastanlarda kişilərlə bərabər meydanda olan qadın aşıqlar onlarla deyişirlər.

M.Qasımlı qeyd edib ki, XX yüzillikdə aşıq sənətinin görkəmli simaları olub. Onlardan biri də maralyanlı Aşıq Pəridir. Hətta Borçalıdan, Göyçədən, Gəncəbasardan istedadlı aşıqlar da meydanya çıxıblar. Onların arasında SSRİ Yazıçılar İttifaqının üzvü, Naxçıvandan yetişərək aşıq sənətini SSRİ miqyasında təqdim və təbliğ edən Aşıq Nabat Cavadovanı xüsusi qeyd etmək lazımdır. Narınc Xatının başında durduğu Aşıq Pəri məclisi bu sənətin inkişafına mühüm töhfə verib.

Diqqətə çatdırılıb ki, Aşıq Pəri məclisi indiyədək onlarla istedadlı el şairi, saz ifaçısı yetişdirib. Onların arasında Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Ulduz Quliyeva da var. Son illər bu sənətin inkişafında Narınc Xatından sonra Gülarə Azaflının da mühüm xidmətləri var. O da bir çox istedadlar yetişdirib. Onların arasında Pərvanə Zəngəzurlunun dəyərli işləri bu gün də göz qabağındadır. O, Aşıq Pəri məclisinin nüfuzunu qaldırıb, Gürcüstandan Turkiyəyə qədər bu məclisi geniş təbliğ edib.

Qeyd olunub ki, bu sənət öz qanadlarını Göyçədən, Borçalıdan, Qazaxdan, Qarabağdan, Lənkərandan, Güney Azərbaycandan götürür. Oradan olan ifaçılar özlərini Aşıq Pəri məclisinin üzvü hesab edirlər. Qadın səsi çox məlahətlidir. Xanımlar bütün hallarda öz gözəllikləri, davranışı ilə sazın mehri-məhəbbətini yaymaqda hamıdan üstündürlər. Azərbaycanda digər aşıq məclisləri olsa da, Aşıq Pəri məclisinin özünəməxsus dəsti-xətti, ənənəsi var.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Konsertdə tanınmış aşıqlar Gözəl Kəlbəcərli, Familə Göyçəli, Kəmalə Məhyəddin qızı, Xavər Zəngilanlı, Aidə Gülzar, Əfsanə Kərimli, Xəyalə Qərib qızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna, Nargilə Mehdiyeva və digərlərinin ifaları maraqla dinlənilib.

XƏBƏRLƏR

14.11.2019 14:28
Mərkəzi İncəsənət məktəbində “Uşaqlar gələcəyimizdir!” adlı tədbir keçirilib
14.11.2019 09:09
Polşanın Lodz şəhərində Azərbaycan cizgi filmləri nümayiş olunub
14.11.2019 09:07
“Haqq mənəm” tamaşasının premyerası olacaq
13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib
12.11.2019 09:05
“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə “Yuğ” Teatrında
12.11.2019 09:02
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
09.11.2019 11:21
Filarmoniyada Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib