Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
961

Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı ölkəmizdə aşıq sənətinə verilən qiymətdən danışıb. O, ötən müddətdə Paris, Strasburq, London və dünyanın müxtəlif ölkələrində  UNESCO səviyyəsində keçirilən mərasimlərdə Azərbaycan aşıq sənətinə verilən yüksək qiymətin bütövlükdə xalqımızın milli-mənəvi dəyərlərinə olan hörmət kimi səciyyələndirib. “Sevindirici haldır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir. Azərbaycanın aşıq ensiklopediyası hazırlanıb. Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Artıq aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur. Ölkəmizdə aşıq festivallarının keçirilməsi və dünya   miqyasında buraya sənətkarların cəlb olunması Azərbaycan aşıq sənətinin böyük irəliləyişinə səbəb olub. 2010-cu ildə və 2013-cu ildə keçirilən Beynəlxalq aşıq festivalları, aşıqların VI Qurultayı böyük uğurların ortada olduğunu göstərdi.

Konsertdə “Çeşmə” folklor qrupu,”Ruhani” sazçı qrupu,ustad aşıqlar Ağamurad Şirvanlı, Qələndər Zeynalov, Altay Məmmədli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, Bəhmən Göyçəli, Əli Pənahoğlu, Kəmalə Qubadlı, Babək Şakirli, Elvin Laçınlı və başqaları klassik saz havaları üzərində maraqlı ifalar təqdim etmişlər. Təqdim olunan mahnılar vətənpərvərlik, qəhrəmanlıq, milli dövlətçilik ideyalarının təbliğınə həsr edilmişdir.

Aşıqlar Birliyi tərəfindən UNESCO-da aşıq sənətinin qeydə alınmasının 10 illiyi ilə bağlı bölgələrdə də silsilə tədbirlər keçiriləcəkdir.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb