Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1189

Astarada ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş X Kitab bayramı keçirilmişdir

Mayın 10-da xalqımızın ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş X Ümumrespublika Kitab bayramı keçirilmişdir.

Kitab bayramı şəhərin Heydər Əliyev parkında təşkil olunmuşdu. Bayramda rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayon ictimaiyyəti, mədəniyyət və təhsil müəssisələrinin əməkdaşları və məktəblilər iştirak edirdi.

Kitab bayramının açılışında kiçik yaşlı məktəblilər bayram iştirakçılarını gül-çiçəklə qarşıladılar, ulu öndər Heydər Əliyevin adına şeirlər söylədilər.

Rayon MKS-in direktoru Tural Eyvazov ayrı-ayrı bölmələrdə nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına məlumat vermiş, keçirilən Kitab bayramının çox əhəmiyyətli olduğunu vurğulamışdır. O, qeyd etmişdir ki, bu gün kitabxana sahəsində həyata keçirilən yeni layihələrin nəticəsi olaraq son illərdə kitabxanaya gələn oxucuların sayı xeyli artmışdır. 

Kitab bayramında Astara – doğma diyar”,  “Dahi rəhbərimiz”, “Ümummilli liderin layiqli davamçısı”, “Astara yazarları”, “Alnımım yazısı Vətən”, “Yeni kitablarımız”, “Azərbaycan Xalq Cümhuriyyəti-100”, “Dünya xalqlarının nağılları”, “Göydən üç alma düşdü”, “Bizim nağıl dünyamız” və s. mövzularda 1000-dən çox kitab nümayiş olunmuşdur.

Tədbir rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının  və Astara Uşaq Musiqi məktəbinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etmişdir. Konsertdə Kijəbə qəsəbə Körpələr evinin “Qönçələr” rəqs qrupunun hazırladığı müxtəlif ölkə rəqsləri tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.

XƏBƏRLƏR

21.08.2018 12:26
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
21.08.2018 12:08
Maestro Niyazinin doğum günü qeyd olundu
20.08.2018 17:44
Daşkənddə Özbək ədəbiyyatının azərbaycanlı klassiki, şair, dramaturq, tərcüməçi Maqsud Şeyxzadə haqqında “İki xalqın qüruru” adlı sənədli film hazırlanır
20.08.2018 12:13
Azərbaycan muğamının “Xan”ı
17.08.2018 18:27
Müslüm Maqomayevin xatirəsi yad olundu
17.08.2018 11:34
Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib
16.08.2018 10:49
Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunmuş mərasim keçiriləcək
16.08.2018 09:11
“Əl Fəcr” qəzeti: Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətidir
16.08.2018 09:02
Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.08.2018 14:53
“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib
14.08.2018 16:11
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub
13.08.2018 16:44
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sonuncu ünvanı Tovuz olub
10.08.2018 09:23
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.08.2018 15:50
“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb
08.08.2018 14:48
“Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti videoçarx hazırlanıb
08.08.2018 11:29
X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
07.08.2018 12:47
Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək
07.08.2018 12:27
Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib
06.08.2018 09:34
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu
06.08.2018 09:21
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda
03.08.2018 17:42
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin növbəti uğuru