Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1182

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub

İlk öncə unudulmaz aktyorun həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin qatıldığı tədbirdə teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Xalq artistləri İlham Namiq Kamal, Şamil Süleymanov, Əməkdar artistlər Suğra Bağırova, Sabir Məmmədov və başqaları çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik H.Sadıqovun həyat və yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, sənətdə 50 ildən çox xidmətləri olan aktyor “Əfilər”, “Xasay”, “El oğlu”, “Bir saat xəlifəlik”, “Müfəttiş”, “Evlənmə”, “Bəxtsiz cavan”, “Yaşar”, “İki ağanın bir nökəri”, “Qar Kraliçası”, “Tamahkar”, “Ovod” və onlarla digər səhnə əsərində yaratdığı obrazlar qalereyası ilə tamaşaçı yaddaşında dərin iz buraxıb. Teatrda yaratdığı obrazlarla yanaşı, aktyor “Ad günü”, “Alma almaya bənzər”, “Bəxtiyar”, “Əhməd haradadır?”, “Dəli Kür”, “Yeddi oğul istərəm”, “Qaraca qız”, “Sehrli xalat”, “Yenilməz batalyon” kimi 40-dək filmdə müxtəlif səpkili rollarla tamaşaçılar tərəfindən sevilir. Aktyorun sonuncu çəkildiyi film “Babamızın babasının babası” filmidir.

Tədbir çərçivəsində aktyorun rol aldığı tamaşa və filmlərdən fraqmentlər təqdim edilib.

Sonda görkəmli sənətkarın qızı Tamilla Sadıqova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Qeyd edək ki, Hüseynağa Sadıqov 1983-cü il fevralın 23-də Bakıda vəfat edib.

XƏBƏRLƏR

13.12.2019 14:42
Regionlarda ustad dərsləri davam edir
13.12.2019 10:52
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13.12.2019 08:59
“Doğma diyar” adlı respublika uşaq rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
12.12.2019 17:50
Sumqayıtın mədəniyyət müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirilib
12.12.2019 17:38
Daşkənddə Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
12.12.2019 17:36
Xaçmazda “Yaradıcı sənaye və regional inkişaf perspektivləri” mövzusunda görüş keçirilib
12.12.2019 15:53
Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan mədəniyyətinin və incəsənətinin böyük himayədarı idi
12.12.2019 09:24
Muğam Mərkəzində görkəmli xanəndə Hacıbaba Hüseynovun xatirəsi anılıb
12.12.2019 09:19
"Mirvarid Dilbazi Məclisi"nin növbəti tədbiri Əminə Dilbazinin 100 illiyinə həsr olunacaq
11.12.2019 17:55
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni loqotipinin hazırlanması ilə bağlı müsabiqə elan edir
11.12.2019 17:32
Özbəkistanda “Mən mülki-cahan, cahan mənəm mən!” adlı konsert keçirilib
11.12.2019 16:59
Milli Kitabxanada ulu öndər Heydər Əliyevin xatirəsi yad olundu
11.12.2019 11:55
Xalq teatrlarına dair yeni metodiki vəsaitlər işıq üzü görüb
11.12.2019 11:08
“ÇÖLÇÜ” filminin yeni uğuru
11.12.2019 09:00
Bakıda keçirilən III Eksperimental Teatr Festivalı başa çatıb
11.12.2019 08:54
Kukla Teatrında “O qadın” tamaşası nümayiş olunub
10.12.2019 17:34
“Estrada sənəti” sinfinin inkişafı müzakirə olunub
10.12.2019 17:09
Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev son mənzilə yola salındı
10.12.2019 16:32
"Mən ağacam" tamaşası növbəti dəfə "Yuğ"un səhnəsində
10.12.2019 14:03
"Paris Notr-Dama ithaf" tamaşası növbəti dəfə nümayiş ediləcək
10.12.2019 11:48
Görkəmli kinorejissor, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, professor Yalçın Heydər oğlu Əfəndiyev vəfat etmişdir
10.12.2019 11:12
“Haqq mənəm” tamaşası yenidən teatrsevərlərin görüşünə gəlib
10.12.2019 11:05
“Xalça diyarına səyahət” festivalı keçirilmişdir