Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
743

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Oş şəhərində keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

“Oş - Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Oş şəhər Milli Dram Teatrında böyük Qala - konsert keçirilib.

Qonaqları Oş şəhərinin meri Taalaybek Sarıbaşov salamlayıb, qədim Oş şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlərə qatıldıqları üçün qonaqlara minnətdarlıq edib, türkdilli dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, müxtəlif sahələrdə birgə proqram və layihələrin həyata keçirilməsinin vacibliyindən söhbət açıb.

Konsertdə TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, “Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirlərinə dəvət olunan nümayəndə heyətləri, türkdilli dövlətlərin rəqs kollektivləri o cümlədən Azərbaycan ifaçıları fəal iştirak edib.

“Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi çərçivəsində TÜRKSOY tərəfindən keçirilən Beynəlxalq rəqs müsabiqəsində Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun bədii rəhbəri olduğu F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı uğurlu çıxışına görə birinci yerə layiq görülüb. Nazir Azamat Jamankulov rəqs ansamblını bu qalibiyyət münasibətilə təbrik edib.

Sonda Oş şəhərinin meri Taalaybek Sarıbaşov tədbirlərdə iştirak edən rəqs kollektivlərinə diplomlar da təqdim edib.

XƏBƏRLƏR

22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək