Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1169

Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusu əsaslı bərpa və yenidənqurmadan sonra açılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

Dekabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyinin üçüncü korpusunun əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə tanış oldular.

Mədəniyyət naziri Əbülfəs Qarayev dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verdi.

Qeyd edildi ki, Azərbaycan Milli İncəsənət Muzeyi XIX əsrdə inşa edilən iki yanaşı tarixi binada yerləşir. 1891-1893-ci illərdə Bakının baş memarı Nikolay fon der Nonne tərəfindən inşa edilən binada ayrı-ayrı vaxtlarda müxtəlif idarə və təşkilatlar yerləşib. 1936-cı ildə əsası qoyulan İncəsənət Muzeyi 1951-ci ildən bu binada fəaliyyətini davam etdirib. Burada çox sayda qiymətli sənət əsərinin yerləşdirilməsi və ekspozisiyanın ildən-ilə zənginləşdirilməsi bu sənət məbədinə marağı daha da artırıb. Zaman keçdikcə təbii aşınmalar nadir sənət nümunələrinin toplandığı bu binanın təmiri zərurətini yaradıb. Əvvəllər burada belə genişmiqyaslı təmir işləri aparılmayıb. Prezident İlham Əliyevin Sərəncamı ilə muzeydə əsaslı təmir və yenidənqurma işləri görülüb. "Mariinski Qadın Gimnaziyası" adlanan birinci korpus 2009-cu ilin sentyabrında istifadəyə verilib.

2014-2018-ci illərdə isə muzeyin "De Burun malikanəsi" adlanan korpusunda İtaliya və Azərbaycan mütəxəssislərinin birgə səyləri ilə əsaslı təmir işləri həyata keçirilib. Bərpa-təmir işlərinə başlamazdan əvvəl muzey binasında xüsusi tədqiqat aparılıb. Binanın fiziki və texniki vəziyyəti öyrənilib. Ölkə əhəmiyyətli bu memarlıq abidəsinin tavan və divarlarında mövcud yapma rəsm bəzək və digər işlər ilkin vəziyyətə gətirilib. Memarlıq və bəzək elementləri təmizlənib, bərkitmə işləri yerinə yetirilib. Uzun illər ərzində cari təmir işləri aparmaqla tavan və divarlarda yeddi qat üst-üstə vurulan boya xüsusi texnologiya ilə təmizlənərək birinci rəng qatı müəyyən edilib. Əsas giriş qapıları və bir çox daxili qapılar təmizlənərək bərpa olunub. Milli İncəsənət Muzeyində yeni yaradılan şərait sərgi zallarında yerləşdirilən əsərlərin bütün təsiredici amillərdən - nəmişlik, temperatur, ultra şüalar və digər amillərdən qorunmasını və təhlükəsizliyini təmin edir, bununla bərabər, muzeyə gələn insanların rahatlığına, eyni zamanda, baxdıqları əsərlərdən zövq almalarına şərait yaradır.

Binanın memarlığı və qədimliyi saxlanılmaqla həm texniki, həmdə texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı təmin edilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, binada ekspozisiya zalları genişləndirildib, binanın seysmik davamlılığı artırılıb. On səkkiz mindən çox eksponatın saxlanıldığı Milli İncəsənət Muzeyində rəngkarlıq, qrafika, heykəltaraşlıq və tətbiqi sənət nümunələri nümayiş olunur. Üçüncü korpusda isə 2 mindən çox eksponat saxlanılır.

Bildirildi ki, Azərbaycan Milli İncəsənət Muzeyinin mövcud binaları arasında mərkəzləşdirilmiş giriş yaratmaq üçün 2013-cü ildə açılışı olan keçid korpusu da var. Bina memarlığın həm ampir, həm də barokko üslublarının istifadə edildiyi tarixi memarlıq abidəsidir. Xüsusi sifariş edilmiş güzgülər, çıraqlar və sobalar bu məkana gözəllik verir.

Muzeydə dünya incəsənəti nümunələri də nümayiş etdirilir. Ekspozisiya planına əsasən kolleksiyanı Qərbi Avropa, o cümlədən İtaliya, Hollandiya, Almaniya, Fransa, həmçinin Rusiya və Çin, Türkiyə, İran və Hindistan da daxil olmaqla Şərq incəsənəti təşkil edir. İlk dəfə olaraq yeni ekspozisiyada qədim dünya incəsənəti də təqdim olunur: buraya qədim Misir, qədim Yunanıstan, qədim Roma və qədim İran incəsənətləri daxildir. Bununla yanaşı, ilk dəfə olaraq Fransa zallarında fransız impressionistlərin əsərlərini görmək mümkündür. Bundan başqa, muzeyin ekspozisiyasında Rusiya avanqardı ilə yanaşı, avanqard çini məmulat və əsərləri də seyr etmək imkanı olacaq. Dünyanın istənilən muzeyi burada təqdim olunan əsərlərlə fəxr edə bilər.

Binada aparılan yenidənqurma və əsaslı təmir işləri, nümayiş etdirilən zəngin kolleksiya ilə yaxından tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət ocağının fəaliyyətinə uğurlar arzuladılar.

 

XƏBƏRLƏR

17.06.2019 13:15
Böyük bəstəkar Arif Məlikovun Fəxri xiyabanda məzarı ziyarət olunub
17.06.2019 12:02
Qobustan Milli Tarix-Bədii Qoruğunda Yoqa və Sağlamlıq Festivalı çərçivəsində tədbir təşkil edilib
15.06.2019 11:25
Tovuzda Milli Qurtuluş günü qeyd olunub
15.06.2019 11:02
“Bölgələrdən bölgələrə” II Yaradıcılıq Festivalının yekun tədbiri keçiriləcək
15.06.2019 10:37
Azərbaycan rəssamlarının əsərlərinin ilk Respublika satış-sərgisi açılıb
15.06.2019 10:26
Xalq artisti Amaliya Pənahovanın xatirəsi anılıb
15.06.2019 10:23
Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi münasibətilə “Qətibə İnanc” tamaşası nümayiş olunub
14.06.2019 16:58
Respublika Gənclər Kitabxanasında “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirildi
14.06.2019 16:50
Gəncədə muzey işçilərinin peşə səriştələrinin artırılması məqsədilə kurslar təşkil olunub
14.06.2019 14:53
Milli Qurtuluş Günü Sabirabadda təntənəli şəkildə qeyd edildi
14.06.2019 14:35
Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində “Milli Qurtuluş Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib
14.06.2019 14:22
Mərkəzi İncəsənət məktəbində görkəmli musiqiçilərin ustad dərsləri keçirildi
14.06.2019 10:19
Milli Qurtuluş Günü Ağstafada təntənə ilə qeyd olunub
14.06.2019 09:15
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub
13.06.2019 18:37
Dünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın nümunəsidir
13.06.2019 15:27
Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olundu
13.06.2019 15:11
Gəncədə “Müstəqillik və vətənpərvərlik ruhunun aşılanmasında kinematoqrafiyanın rolu” mövzusunda debat keçirilib
13.06.2019 10:17
Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın yubiley gecəsi keçiriləcək
13.06.2019 10:01
Qusarda “Oxu Günü” keçirilib
13.06.2019 09:37
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
13.06.2019 09:34
Parisdə UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub
12.06.2019 17:24
“Çölçü” bədii filmi beynəlxalq mükafatlara layiq görülüb
12.06.2019 16:51
Gəncədə “Mədəniyyət həftəsi” çərçivəsində növbəti tədbir keçirilib
12.06.2019 16:01
Kitabxanada Milli Qurtuluş Günü qeyd olunub
12.06.2019 14:27
Bakıda II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib
12.06.2019 14:22
Sumqayıtın musiqi məktəblərinin hesabat konsertləri keçirilib
12.06.2019 12:05
Dərbənddə “Nəsimi ili-Nəsimi dili” tamaşası təqdim olunub
11.06.2019 17:47
Çingiz Fərzəliyev Rusiya Rəssamlıq Akademiyasının Qızıl medalına layiq görülüb
11.06.2019 17:45
Gəncədə “Mədəniyyət həftəsi” “Dönməz iradə” adlı seminarla başlanıb