Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
528

Azərbaycan Xalça Muzeyində konservasiya üzrə növbəti ustad dərsləri keçirilib

Azərbaycan Xalça Muzeyində tekstilin konservasiyası üzrə ustad dərsləri təşkil olunub. Ustad dərsləri ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi ilə birgə əməkdaşlıq çərçivəsində reallaşıb.

Ustad dərslərinin keçirilməsi məqsədilə Doha şəhəri İslam İncəsənəti Muzeyinin tekstil üzrə aparıcı bərpaçısı Tatyana Jdanova Bakıya dəvət olunub.

Ustad dərslərinin proqramı “Tarixi tekstilin konservasiyası” mövzusunda mühazirə və praktiki dərslərdən ibarət olub. Həmin proqram tekstilin sənədləşdirilməsi, liflərin identifikasiyası və mikroskopik analizi, xalça strukturunun identifikasiyası kimi incəlikləri əhatə edib. Azərbaycan Xalça Muzeyinin kolleksiyasından XVII əsrə aid “Xətai” xalçasının təmizlənməsi və konservasiyası həyata keçirilib.

Tatyana Jdanova arxeoloji və tarixi tekstilin elmi bərpası və konservasiyası üzrə mütəxəssisdir. Onun əsas fəaliyyət dairəsi toxuculuq liflərinin identifikasiyası, toxuculuq məmulatlarının, xüsusilə Şərq xalçalarının texniki analizi və İslam İncəsənəti Muzeyinin tekstil kolleksiyası üzrə məlumat bazasının hazırlanması ilə əlaqəlidir.

Qeyd edək ki, konservasiya üzrə ustad dərsləri Azərbaycan Xalça Muzeyində 2016-cı ildən etibarən həyata keçirilən “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində təşkil edilir. Layihənin məqsədi Azərbaycanın mədəni sərvətinin qorunub saxlanılması və xalq yaradıcılığının unudulmaqda olan növlərinin dirçəldilməsidir. Həmin layihə müxtəlif tikmə növləri, xovsuz xalçalar, misgərlik, zərgərlik, keramika və digər milli dekorativ-tətbiqi sənət növlərini əhatə edir. Belə ki, 2016-2017-ci illərdə sözügedən layihə çərçivəsində Azərbaycan Xalça Muzeyində Almaniya və Rusiyadan dəvət olunmuş bərpaçıların iştirakı ilə tekstilin konservasiyası və bərpası üzrə ustad dərsləri, Dağıstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş tikmə ustalarının iştirakı ilə isə tikmə sənəti üzrə ustad dərsləri keçirilib.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı