Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
448

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Özbəkistanın Səmərqənd şəhərində “Azərbaycan Mədəniyyət Həftəsi” keçiriləcəkdir

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı, Səmərqənd şəhər Hakimiyyəti, Səmərqənd Vilayəti üzrə Azərbaycan Cəmiyyətinin dəstəyi ilə  ölkənin ikinci böyük şəhəri olan Səmərqənddə  “Azərbaycan mədəniyyəti həftəsi”  keçiriləcəkdir.

Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və 15 iyun – Milli Qurtuluş gününə həsr olunacaqdır.

Cari ilin 9-11 iyun tarixlərində keçiriləcək “Azərbycan mədəniyyəti həftəsi” tədbirləri çərçivəsində Səmərqənd Dövlət Universitetində “Əbədi ezamiyyət” filminin təqdimatı olacaq.

Növbəti gün isə Səmərqənd şəhərinin mərkəzində yerləşən Həmid Alimcan adına Səmərqənd Vilayət Musiqili Dram Teatrının qarşısında – açıq havada “Cümhuriyyətinin 100 illik yubileyi mübarək, Azərbaycan!” adlı tədbir və möhtəşəm konsert proqramı keçiriləcəkdir.

Tədbirdə Özbəkistanın tanınmış musiqiçilərinin, habelə azərbaycanlı saz ustalarının, milli geyimli rəqs kollektivlərinin çıxışları təqdim olunacaqdır.  Tədbirdə özbək pəhləvanları  

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin yeni milli geyimlər kolleksiyasına aid Qarabağ geyimləri nümayiş olunacaqdır.  Açıq havada keçiriləcək  Moda sərgisində  ilk dəfə olaraq Azərbaycanın Qarabağ bölgəsinə aid bəylərin geyimləri, zadəgan, habelə Qarabağ xanımlarının mərasim geyimləri iştirakçılara təqdim olunacaqdır.

Tədbir çərçivəsində “Şərqin ilk parlayan ulduzu – Azərbaycan Xalq Cümhuriyyəti” adlı fotosərgi, kitab sərgisi, habelə milli mədəniyyətimizi, adət və ənənələrimizi özündə əks etdirən stend qurulacaqdır. Sərgidə Azərbaycan suvenirləri, xalçalarımız, kəlağayılarımız  nümayiş olunacaqdır.

Tədbirdə Səmərqənd Vilayət Hakimiyyətinin nümayəndələri, şəhərin elm, mədəniyyət, təhsil işçiləri, ali məktəblərin müəllim və tələbələri, yerli azərbaycanlılar, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak edəcəklər.

“Azərbaycan mədəniyyəti həftəsi” zamanı ölkəmizə dair zəngin kitab kolleksiyası -  Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son 5 ildə Özbəkistanda özbək dilində çap olunmuş 50 adda kitab Səmərqənd Vilayət Mərkəzi kitabxanalarına hədiyyə ediləcəkdir.

XƏBƏRLƏR

17.07.2018 17:49
Sumqayıt Dövlət Dram Teatrının yeni direktoru kollektivə təqdim edilib
17.07.2018 16:56
Milli Konservatoriyada Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin növbəti tədbiri keçirilib
17.07.2018 14:17
Ağstafa regional mərkəzdə səyyar seminar-treninqə bu gün start verildi
17.07.2018 09:41
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.07.2018 09:32
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransının açılış mərasimi olub
16.07.2018 15:59
Azərbaycan Respublikasının mədəniyyət naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16.07.2018 15:48
Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə yekun vurub
16.07.2018 15:01
“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Mingəçevir şəhəri olub
16.07.2018 14:49
Bakıda kitabxanaların əməkdaşlığı genişlənir
16.07.2018 09:10
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı xalqımızın mədəni irsinin təbliğinə xidmət edir
13.07.2018 17:55
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Ümumdünya Konfransı Bakı şəhərində keçiriləcəkdir
13.07.2018 17:45
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümə “Leyli və Məcnun “ tamaşası ilə yekun vuracaq
13.07.2018 15:06
Mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası
13.07.2018 14:49
Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş keçirildi
12.07.2018 18:55
Dövlət Xidmətinin rəisi Qəbələ Dövlət tarix-bədii qoruğunda olub
12.07.2018 17:56
Xüsusi qayğıya ehtiyacı olan sənətkarların seminar və sərgi təşkil olunub
12.07.2018 16:40
Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq
12.07.2018 15:45
Mədəniyyət Nazirliyində regional mədəniyyət idarələrinin tabe rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
12.07.2018 12:04
İyulun 12-də TÜRKSOY-un yaradılmasının 25 ili tamam olur
11.07.2018 18:53
Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 18:51
Kukla teatrı mövsümü başa vurur
11.07.2018 18:45
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib
11.07.2018 17:57
Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir
11.07.2018 12:30
Akademik Milli Dram Teatrı mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 12:20
Salyanda yeni “DAMA” art-studiyası yaradıldı
11.07.2018 12:16
Xüsusi qayğıya ehtiyacı olan insanlara ustad dərsləri və onların yaradıcı işlərindən ibarət sərgi keçiriləcək
10.07.2018 16:34
Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirildi
10.07.2018 14:36
Şəmkir regional mərkəzdə səyyar seminar-treninqə start verildi
10.07.2018 14:23
Musiqili Teatrın dirijoru Beynəlxalq Festivalda iştirak edib
09.07.2018 18:22
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.07.2018 18:08
Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib
09.07.2018 18:03
Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin direktoru Azərbaycan Milli Kitabxanasında olmuşdur
09.07.2018 12:50
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakıda 33-cü Ümumdünya Konfransı keçiriləcəkdir
09.07.2018 12:26
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonu olub
09.07.2018 09:02
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb